Bəzi bölmələrdə açıq-saçıq şəkillər qoyulsun ya yox?

https://kayzen.az/blog/seks/334/kişi-və-qadinlarda-orqazm.html mövzusunda və şəxsi mesajlarda bildirildi ki,intim mövzularda açıq-saçıq və erotik məzmunlu şəkillərin yerləşdirilməsi yaxşı deyil. Belə şəkilləri yerləşdirməyin həm müsbət,həm də mənfi cəhətləri var. ekun qərar üçün səsverməyə qoyulur.
 

28 şərh

fidan
Mən başa düşmürəm bəzi şeyləri. Əgər bu şəkillər əsas səhifəyə düşsə,yəni insanın istəmədən görməyi mümkün olsa,onda irad başa düşülər.Axı şəkillər katın altında qalır.Yəni o şəkilləri görmək üçün mütləq topikə daxil olmaq(Ardını oxumaq) lazımdır. Əgər kimsə görmək istəmirsə,oxumasın topiki.
papatürk
Əgər şəkillərdə açıq-aşkar porno səhnələr yoxdursa,etiraz etmirəm. Şəkilsiz topik çox pis görünür. İntim mövzularda da ağac şəkli qoyulmayacaq ki? hər halda sevgi şəkilləri olacaq da…
bankir
Eldar şamı ağacı qoysaq yaxşı olar:-)
Wizard
İki qoz ağacı :)
səlahəddin
Hər şeyə göz yumduğumuz üçün də əxlaq əldən gedir. bir tərəfdən saytda yazılıb kayzen idayesı,nümunəvi olmaq,bir tərəfdən də belə şəkillər.Heç uyğun gəlmir. elə şəkilləri yığışdırmaq lazımdır.
Raskolnikov
Şəkil görmək istəyən milyon dənə erotik saytlar var ordan baxa bilər. Blogda bucür şəkillərin olmasını düzgün qəbul etmirəm. Hətta dünyanın ən məşhur blog saytlarında belə əxlaq normalarından qaçınılmır. Biz niyə onlardan geri qalaq
fidan

Bu mövzu üçün sizcə hansı şəkilləri qoymaq lazımdır?Maşın şəkilləri?

bankir

Leonardo da Vinçi,Səttar Bəhlulzadə, təbiət şəkilləri...:-)

Raskolnikov
başa düşmədiyim şey odur ki niyə hər kəs özünü şəkil qoymaq məcburiyyətində hiss edir? inanın ki şəkil qoyulmasa da mövzu oxunacaq.
2ral
mən,siz,papatürk və s. razıdır şəkilsiz olmasına. biz onsuz da oxuyuruq.amma çoxları şəkil istəyir.Söhbət heç də şəklin cazibəli olub-olmamasından getmir. Papatürkün slavyanlar haqda postuna baxın. Slavyanlara aid şəkil daha çox şey deyir nəinki yazılar. İnsan vizual informasiyanı daha yaxşı qavrayır nəinki mətn informasiyası.
Raskolnikov
Slavyanlar mövzusu ilə fərqləndirməyə dəyməz. Düzdü orda şəkillər çox şey anladır. Amma erotik mövzularda şəkil qoyularkən biz nəyi daha yaxşı anlayırıq? mövzu kamasutra filan olsa nəisə deyərdim ki şəkil vacibdir.amma başqa cür heç bir halda razı deyiləm
Nailə_Rzayeva
Məncə də olmaması daha yaxşı olardı. Belə fikirlər irəli sürülür ki, istəməyən oxumasın və özünüz də eyni zamanda öz dediklərinizi təkzib edirsiniz ki, insanları bilgiləndiririk. Əgər bilgiləndirirsinizsə deməli məlumatları olmaq üçün oxumalıdırlar, amma o şəkilləri görən bir çox insan o məqaləni oxumaqdan imtina edir. Raskolnikovun fikri ilə razıyam məlumat almaq istəyən şəkil olmadan da sadəcə məqaləni oxumaqla buna nail ola bilər…
Elvin85
Mən də bu tip şəkillərin əleyhinəyəm. Şəkilsiz keçinilməsi mümkün deyilsə, o halda anatomiya kitablarındakı şəkillərdən istifadə oluna bilər. Kitablarında cinsi orqan şəkillərində bəyəm porno filmdən skrinşot olur? Hər mövzunun özünə uyğun şəkil olmalıdır, burda mən gördüyüm 18+ yazılardakı şəkillər əsasəm erotik, postun özü isə sırf informasiya xarakterli olub, yəni tam uyğunsuzluq — mətn beyinə xidmət edir, şəkil isə…
Yəqin ki, bundan sonra bəs nə şəkli qoyaq deyə sual verməz bloqqerlər.
Wizard
+18 Erotik, +21 isə pornoya aiddir ki erotika ziyannı şey deyil.Bir şərtlə ki adam minimum 1992-ci il təvəllüd olsun.Pornonu  deyə bilmərəm amma erotika bəzən incəsənətin bir sahəsi kimi də qeyd olunur.Qoy erotik şəkillər olsun.Mentalitetə qalanda mentalitet virtual yox real Azərbaycanımızda qorunmalıdır ki, o məsələ də əməlli başlı düyünə düşüb! Xahiş edirəm ki, bəziləri kimi mentaliteti əsas gətirərək, dəlilsiz fikir deməyin! Mən lehinəyəm!
Wizard
Bir nüansa aydınlıq gətirək! Ya adam razıdı ya da yox! İyirmi variant nəyə lazımdır?
bankir
Mənim üçün fərqi yoxdur cavabı maraqlıdır:-) İmpotensiya meylləri yoxdur o adamda?:-)
Leyla
Əvvəlcə qoyulsun,sonra yığışdırılsın.
Arzt
Mövcud olan şəkillər insanda şəhvət hissi oyatmayacaqsa qoyulmasına razıyam.Amma sırf şəkillərinə narazılıq yaranan bu mövzunu şəkilsiz də təşkil etmək olar.Şəkil hansısa insandan danışılanda və ya təsəvvür edilməsi çətin olan ya da şəkil qoyulsa daha da maraqlı olacaq olan mövzularda istifadə edilsə yaxşıdır.Bir növ qarışıqlığa aydınlıq gətirən vasitə kimi istifadə edilməlidir.
Wizard

Belə görürəm ki, TOP 10 razıdır :)


 

X_Pirat
Bilirsiniz. Bir çox forumlarda mən İntim+18 bölmələrinə rast gəlmişəm. Orada olduqca biabırçı şəkillər və s. Yerləşdirilir məncə ona baxmağa dəyməz. Ancaq nəsə bir maraqlı məqalə dərc edilirsə yaxşı olar ki, şəkillər qoyulmasın. Mən bir daha xahiş edirəm onu nəzərə alasınız. Çün ki, əxlaq baxımından zidd olan bir hərəkətdir.
2ral
Şərhləri qalınkursivlə yazmayın.
cahandar
Qəti şəkildə etirazımı bildirirəm.Bunun üçün saytlar var.kifayət qədərincə də baxılır.Hətta kayzen kimi intellektual sayta deyil ilk öncə elə saytlara girilir və daha sonra məntiq,intellekt artıran saytlara girilir.bacılarımız hörmət etdiyimiz xanımlar bura daxil olur ki onlara əngəl olmuruq səviyyəli saytdır deyə.Odur ki yığışılsın səsvemədə də əleyhinə olanların faizi daha çoxdur.
Xrizoberil
))) ən maraqlı topikə verilən minusdur…
kulturoloq
Əxlaqsız mənəviyyatsız yazılar kimi açıq şəkillərdəndə yan keçmək lazımdır!!!
MaksiMuS
Her seksle bagli topike yox,ama sirf topikle birbawa elaqesi olan,izahedici,tesviredici xaraktere malik resimler olarsa yerlewdirmek mumkundu.Ama bu halda topikin adinda (+18 resimler) adli bildiriw qeyd olunsun
umud600
Məncə deyilən topiklə bağlı məqalələri oxuyarkən təfərrüata ehtiyac yoxdur. İstifadəçilərdə təsəvvür güclüdür. Təsəvvürü zəif olanlar başqa saytlara müraciət edə bilər. Təklif qəbul olunarsa, ardı da olacaq. Video rolikləri nəzərdə tuturam.
Ferbara
cahandar və  umud600 ilə tamamilə razıyam.
kayzen

Topik əsilndə çox əvvəl nəşr olunmuşdu. Yenidən müzakirə etməyə ehtiyac yoxdur. Şərh yazmaq imkanı bağlanır.

Topik müəllifi şərh yazmağa qadağa qoyub