Netty yarışında iştirak

Bildiyimə görə kayzen.az saytı hər il keçirilən Netty müsabiqəsində iştirak etmir. Bunun səbəbini öyrənmək istərdim. Nəyə görə də etməyək?
bilməyənlər üçün qeyd edim ki,
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2010-ci ildə mükafat artıq altıncı dəfədir ki, keçiriləcək.
Müsabiqədə iştirak edən saytlara baxanda görürəm ki,kayzen.az saytına heç yaxın düşə biləcək belə sayt yoxdur. niyə görə iştirak edilməsin?Qalib olsaq bu saytın populyarlaşmasında çox böyük rol oynaya bilər. Təklif edirəm ki aşağıdakılar həyata keçirilsin:
1. Yarışda sayt qeydiyyatdan keçirilsin.
2. Saytımızın aktiv istifadəşçiləri virytual jüri kimi qeydiyyatdan keçib sayta səs versin.
3.Saytın qalib olması üçün lazımi bütün işlər görülsün.
Sayt administrasiyasının cavabını gözləyirəm.

13 şərh

2ral
Yarışda iştirak məqsədəuyğun hesab olunmur.Odur ki,Netty müsabiqəsində kayzen.az iştirak etməyəcək.
HTML
Əgər sayt qalib olmayacaqsa siz dediyinizi başa düşmək olar. Amma axı indi saytın qalib olması tam realdır. rəqiblər yoxdur.
Bir blogger kimi mən tələb edirəm ki üzvü olduğum sayt yarışda iştirak etsin. Xahiş edirəm başqa istifadəçilər fikirlərini bildirsin. Yaranmasında əziyyətimiz olan sayt niyə görə də iştirak edib qalib olmasın?
Cavid
Mən də bu müsabiqədə iştirak etməyin tərəfdarıyam, nəyə görədə yox. Düzdü hələ qalib gəlmək bir az çətindir amma şansımızı yəxlaya bilərik həm də müəyyən qədər də saytın tanınmasına da köməkliyi olar. Mən HTML ilə razıyam. Bunun nə kimi mənfi nəticələri ola bilər 2ral?
fidan
Deyildi ki,olmaz.Deməli olmaz.Görünür səbəb var ki iştirak etmək məsləhət bilinmib.
HTML,kayzen.az saytının sənə borcu yoxdur.Xoşuna gəlmirsə get başqa saytlarda bloqunu yarat. Minnət qoymaq lazım deyil. Kimsə bloq yaradıb deyə sayt administrasiyasından nəsə tələb etməməlidir. Bilənlər bilir ki,sayt administrasiyası saytın inkişafı üçün əlindən gələni edir. Yaxşı şey olsaydı iştirak edilərdi.
Elvin85
Çox nəzakətli cavabdır.
fidan
Təşəkkür edirəm. Hesab edirəm siz də razılaşarsınız ki,istifadəçinin əlavə etdiyi bloqa görə sayt administrasiyasına minnət qoyub tələb etməsi düzgün deyil. Siz özünüz də internetlə yaxın adam olduğunuz üçün yəqin ki bunu yaxşı bilirsiniz. Netty yarışında iştirak etməyə yetərli səbəb yoxdur. Sizə yarışda uğurlar.
ramzes
Fidan xanım o səbəbi bilmək olar?
bankir
HTML-in tələb etmək iddiası yoxdur. burda o səhv edir.amma mən də səbəbi bilmək istəyərdim. Qalibi olacağımız yarışda niyə iştirak etməyək?
HTML
Mən də bu səbəbi bilmək istəyirəm.Niyə görə axı yarışda iştirak etməyək? Mən axı pis şey demədim.Bilirəm ki,sayt adminisrtasiyası bizim üçün çalışır,nə edirsə bunu biizm xeyrimiz üçün edir,amma bir açıqlama istəyirik.
admin
Administrasiya saytın tanıtımı üçün lazımi tədbirlər görür. Bu işdə istifadəçilər də təşəbbüs göstərir və yardım edirlər. Təkliflərə görə də sağ olun. Amma sayt administrasiyasının heç kimə borcu yoxdur və bloggerin bizdən nəyisə tələb etməsi düzgün deyil. Yəqin ki bu sonuncu dəfə olacaq.
Netty məsələsində isə hər şey heç də istifadəçilərin fikirləşdiyi kimi deyil. Tutaq ki yarışda iştirak üçün müraciət oldundu.Hansı nominasiyada iştirak edəəyik?Elm və təhsil, informasiya və xəbərlər,servis saytlar,cəmiyyət. Bu nominasiyaların hansında iştirak edilsin? Göründüyü kimi kayzen.az saytı bu nominasiyaların hamısında iştirak etməyə və hamısında da yüksək yerləri tutmağa qadirdir,amma şərtlərə görə yalnız bir nominasiya üzrə çıxış etmək olar.
Digər bir məsələ. Kayzen az saytının administrasiyası hansı nominasiyada olmasından asılı olmayaraq orada bütün parametrlərdə ondan aşağı saytlarla rəqabət aparacaq. Yarışda qalib olmağa layiq saytlar barmaqla sayılası qədərdir. Belə bir yarışda iştirak etmək məqsədəuyğun deyil.
Daha bir məsələ isə Netty yarışmasının təşkilati işləri ilə bağlıdır.Yarış təşkilati cəhətdən bir çox tələblərə cavab vermir.Ona görə də Netty-2010 yarışı bizim üçün önəm daşımır.
Kayzen istifadəçilərinin nəzərinə çatdırılır ki,sayt administrasiyası istifadəçilərin rahatlığı və yaxşılığı üçün hər bir şeyi görür.Netty yarışmasında iştirak kayzen istifadəçilərinin marağına cavab versəydi,orada ilk qeydiyyatdan keçənlərdən biri kayzen.az administrasiyası olardı.
HTML
Bu dəfə məsələyə admin özü şəxsən qarışdı:) Ətraflı və dolğun cavab üçün təşəkkürlər. İndi hər şey aydındır.
papatürk
Freddie
Admin şeyi başa saldı. Doğrusu Netty haqda ilk dəfə burda eşitdim. Amma məncə kayzen.az kimi saytda anti-reklamlar aparmaq düzgün deyil. Bura küçə deyil ki, əlimizdə plakat tutub əcnəbi dildə «say  no to Netty-2010» qışqıraq ki, xarici telekanalların nümayəndələri nə dediyimizi başa düşsünlər. Xahiş edirəm, bele işlərdə diqqətli olaq. Təşəkkürlər.