Test- Kədərli insansınız?

Nə zaman kədərli olursunuz?

Heç vaxt

Təsadüfən

Tez-tez
 

Danışmaq və söhbətləşmək üçün yaxın insanın olmadığını nə zaman düşünürsünüz?

Heç vaxt

Təsadüfən

Tez-tez 

Tənhalıqdan xilas ola bilməyəcəyinizi düşünürsünüzmü?

Heç vaxt

Təsadüfən

Tez-tez

Sizi heç kimin başa düşmədiyini düşünürsünüz?

Heç vaxt

Təsadüfən

Tez-tez
 
Gözlədiyiniz və axtardığınız insanın gəlib sizi tapmağını istəyir və düşünürsünüzmü?

Heç vaxt

Təsadüfən

Tez-tez
 
Danışmağa ehtiyacınız olan zaman heç zəng edib dərdləşməyə adam tapmırsınız?

Heç vaxt

Təsadüfən

Tez-tez
 

İnsanların sizi çox tənqid etdiyini düşünürsünüz?

Heç vaxt

Təsadüfən

Tez-tez

Xoşladığınız bir insanla ünsiyyət qurmaq üçün çox əziyyət çəkirsiniz?

Heç vaxt

Təsadüfən

Tez-tez

Dostluğun çox çətin olduğunu düşünürsünüz?

Heç vaxt

Təsadüfən

Tez-tez

Özünüzü insanlar tərəfindən pis və kənar edilmiş kimi hiss edirsiniz?

Heç vaxt

Təsadüfən

Tez-tez

 

Nəticələr:

Heç vaxt cavabı çoxluq təşkil edirsə, siz çox güclü insansınız və təhnalıq sizin üçün deyil. Təbii ki, hərdən siz də kədərlənir və özünüzü tənha hiss edirsiniz. Çünki sizin də duyğularınız var və onları həmişə idarə etmək olmur. Güclü insan o demək deyil ki, heç vaxt ağlamır və kədərlənmir. Sadəcə bunun öhtəsindən gəlməyi bacarmaq lazımdır. Pozitivliyiniz bütün problemləri həll etməyə və həyatdan zövq almağa imkan verir.

Təsadüfən cavabı çoxluq təşkil edirsə, hərdən özünüzü çox yalnız hiss edirsiniz. Lakin ətrafınızda olan dostlar sizə imkan vermir. Dostlarınız və yaxınlarınız həmişə sizə dəstək olur.

Tez-tez cavabı çoxluq təşkil edirsə, uzun müddətdir ki, çox sıxıcı vaxt keçirirsiniz. Dostlarınızın başı şəxsi həyatına və problemlərinə qarışdığı üçün sizinlə heç kim maraqlanmır. Lakin bunu düzəltmək sizin öz əlinizdədir. Dostlarınızla qarşı-qarşıya oturun və problemi həll etmək üçün münasibətlərinizi müzakirə edin.