Test- Mən qorxağam, yoxsa cəsarətli ?

Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10

2. Faciəli, qorxulu filmlərə baxmağa marağınız varmı?
a) Bəli — 1
b) Xeyr — 10
c) Şəraitdən asılı olur — 5

3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez — 10
b) Hərdən — 5
c) Çox nadir hallarda – 1

4. Sizdə «qarabasma» halları olubmu?
a) Heç vaxt olmayıb – 1
b) Nadir hallarda olur — 5
c) Tez-tez olur — 10

5. Gecə qapının zəngi qəfil çalınır. İlkin olaraq ağlınıza gələn...?
a) Nəsə olub — 10
b) Görəsən kimdi gecənin bu vaxtı...? — 5
c) Ehtiyatla gedib kim olduğunu yoxlayırsınız — 1

6. Hər hansı bir nəqliyyat növünə minəndə onun qəzaya uğrayacağı haqda düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə — 10
b) Qətiyyən yox — 1
c) Təyyarə və gəmi olanda – 5

7. Gecə hara isə tələsirsiniz. Yolunuz isə qəbristanlığın yanından keçir. Nə edərsiniz?
a) Yolumu dəyişərəm — 10
b) Birtəhər gedərəm — 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa dəyməz – 1


Nəticə:

7-20 xal: Sizdə qorxu hissi müsbət, qənaətbəxş səviyyədədir. Lazım olanda ona qalib gəlməyi bacarırısınız. Sizin əsəb sisteminiz və xarakteriniz qorxu baxımından möhkəmdir. Əgər sizə qorxaq kimi baxanlar varsa, əmin ola bilərsiniz ki, onlar yüz faiz yanılırlar. Deməli, onlar hələ sizi yaxşı tanımırlar.

21-45 xal: Qorxu hissləri gündəlik həyatınızda mühüm yer tutur və sizi narahat edir. Hərdən sizi üstələməyə də qadir olan bu təbii hisslərin təhlükəli olduğunu unutmayın. Qorxuya qalib gəlmək üçün öz üzərinizdə ciddi işləyin, əks halda sizə «qorxaq» deyənlərin sayı arta bilər. Siz bu sahədə mübarizə aparmağa qadirsiniz.

46-70 xal: Siz qorxaqsınız. Buna şübhəniz olmasın. Qoxu hissi sizdə o qədər güclüdür ki, iradənizin ziddinə olaraq çox şeylərə boyun əyməyə məcbur ediləcəksiniz. Qorxudan yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə özünüzə inamı artırın. Axı siz də başqaları kimi ona qalib gələ bilərsiniz. Özünüzü ələ alın, həyat və fəaliyyətinizə mane olan xoşagəlməz hisslərdən qurtulmağa çalışın.

8 şərh

pascal
Tərəddüdsüz «Cəsarətliyəm» deyirəm. Amma bir də yoxlayım, görüm, məni məndən yaxşı tanıya bilən psixoloqlar nə deyir? ;) :)

33 xal yığdım. Və bir daha əmin oldum ki, bu testlər boş şeymiş. :)

Someone

mən hələ  yoxlamamışam. indi baxım görüm nə göstərir. Ancax məncə qorxaqlıq var məndə bu yazılanlarla bağlı. Yəqin ki qorxaq olduğum üzə cıxacaq :)))

Someone

56 xal ))

pascal
Mənim şərhim də təsəlli olmadı sənə, Someone? :)
Qorxma, sən qorxaq deyilsən! ;) :) 
pascal
2-ci sualda «Faciəli, qorxulu filmlərə baxmağa marağınız varmı?» sualını verir və «bəli» cavabına da 1 xal verir. Minimum bal da cəsarətli olmağı təsdiqləməkçün lazım olan xallar sırasındadı. Mən, ümumiyyətlə faciə, qorxu və fantastik filmləri xoşlamıram. Burda isə bu sualı qoymaqda testi tərtib edənin məqsədi, özündə və insanlarda o fikri yaratmaqdır ki, guya sən qorxduğuna görə bu filmləri izləmirsən. Amma insandan insana fərq var. Məsələn, mən bu tip filmləri mənasız bir şey kimi qiymətləndirdiyimdən baxmıram, qorxduğumdan deyil. 
Qarabasma halları da 2-ci sual tipindədir.
Ümumiyyətlə, bu testi hazırlayan psixoloqun insanın qorxusu və cəsarətli olub-olmamağı kimi psixoloji durumunu ortaya çıxarmaqçün tam düzgün araşdırma apardığını görmədim.
Someone
doğurdan baxmaqı xoşlamıram, lap yanımda kimsə olsa belə. sonra tək olanda yadıma düşür gəl indi də qorxma. )) Lap reallıqdan uzaq, uyudurma şeylər olsa belə baxmaq istəmirəm. sinirlərim pozulur (((
asel
2-ci variant :))