Uşaqlarda fobiyalar: Günahkar kimdir?

Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», “Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.

Ürkək, qorxaq ata-analar, uşaqlarını qorxutmasalar da, bu qorxaqlıq və ürkəkliklərini uşaqlarına keçirirlər. Hədsiz qorunan uşaqlarda qorxular daha da artır. Hədsiz qorumaq nəticəsində uşaqların özünə güvən hissləri getdikcə azalır və uşaqlar bilik əldə etməkdən, fikirlərini ifadə etməkdən, yenilik etməkdən qorxur. Məsələn, 5 yaşlı uşağa (tez-tez nəzarət etmək şərtilə) tək həyətə düşməyə icazə verilsə, dostları lə istədiyi kimi oyun oynamaq şansı verilsə, bu uşaq üçün daha yaxşı olar. Həm fobiyaların qarşısı alınar, həm də uşağın özünə güvən hissi azalar.

Ana və ata tərəfdən yaranmayan fobiyalar da var. Keçirilən qəza, evə oğrunun girməsi, yanğın, zəlzələ, su basqını, ildırım, ölümlə nəticələnən davalar, şiddətli və qorxulu filmlər, qaranlıq bir otaqda bağlanmaq və .s.

Gecə qorxuları da, uşaqda gecə çarpayısına getmək istəməmək, anasıyla yatmaq istədiyində kaprizlər edib hədsiz ağlamaq, anası ilə atasının arasında yatmaq istəməsilə ortaya çıxır. Bu qorxuların çoxu ana-ata davaları, bu davalar nəticəsində işlənən "Çıx rədd ol get",«Səni məhv edəcəyəm», “Cəhənnəm ol", «Səni öldürəcəyəm» yaxud «Məni sən öldürəcəksən», «Sənin üzündən öləcəyəm» kimi kobud ifadələr nəticəsində yaranır. Ana-atanın intim münasibətlərinə şahid olan uşaq bunu atasının anasını döyməsi, öldürməsi kimi başa düşür və qavrayır. Nəticədə uşaqda gecə qorxuları yaranır. Bunun da həlli yolununu anası ilə, yaxud ana-atasının arasında yatmaqda görür.

Uşağı qorxulardan uzaqlaşdırmaq üçün yuxarıda qeyd etdiyimiz səbəbləri aradan qaldırmaq, yəni yuxarıda qeyd olunan və oxşarı sözləri uşağa deməmək, cinsəl münasibətlərin uşağın görməsini qarşısını almaq lazımdır. Çünki bunlar başqa bir psixi problemlərin də yaranmasına səbəb olur. 

 

6 şərh

azadmamedov90
Bütün Valideynlər günahkardılar. Bele soz var= Agiilli Valideynin ovladi eziyyet cekmez…
MURAD_SEYFULLAYEV
Valideynləri bu məsələdə birbaşa günahkar saymaq düz olmaz, bəlkədə uşağı qorxutmaq, onu tərbiyə etmək üçün lazım olan üsullarından biridir. Ən azından özün valideyn olmadan gərək onları günahlandırmayasan.
MURAD_SEYFULLAYEV
azadmamedov90, bəzən də ağıllı insanların övladları axmaq, həyatda əziyyət çəkən olur — paradoks. :)
MURAD_SEYFULLAYEV
Birdə ki, ay Azad, sənin bu şərhində "ü","ə" var axı… Demək ki, klaviaturanda hər şey qaydasındadır və belə çıxır ki, yazının pis olmağını klaviaturanın üzərinə yıxmağın bir bəhanə və ucuz bir yalandır. Buna görə də sənin bu şərhinə sayı az, çəkisi ağır bir «mənfi» məndən!!! 
azadmamedov90
zənn etmirəm ki, məsələ klaviaturada deyil. çünki özü dəyişir dilini RUS-AZ-ingilis. nə isə, qaldı ki o övlada ki ağıllı valideyni var- Ağıllı övlad neynir dədə malını, axmaq övlad neynir dədə malını- hətta qurandan da sitat gətirmək olar ki, İbrahim Azərin tərbiyəsi ilə böyümüşdü, nəticədə peyğəmbər oldu, Kənan isə 1000ildən 50 il az yaşayan Nuh`un tərbiyəsi ilə böyümüşdü dağın üstündə boğuldu. məsələ qorxutmaqda deyil, uşaq psixoloqu da var, böyüklər üçün də var. ama BİZ`də heç birindən düzəməlli başlısı olmadığına görə hamıda bir ya da çox çatışmazlıq var.
 P,S, bu mənim iş klaviaturamdır. bu səbəbdən də AZLAT var və düz işləyir. )
MURAD_SEYFULLAYEV
Məncə bu məqalədə bu məsələ həddən artıq şişirdilib. İnanmıramki bu cür qorxular insanı bütün həyatı boyu təqib etsin, ən azı nə qədər pis olsa qorxu, uşaqların döyülməsi qədər onların həyatında iz buraxa bilməz.