Temperament, temperamentin növləri | psixologiya | Kayzen 

psixologiya → Temperament, temperamentin növləri

1. Temperament haqqında anlayış.
2. Temperament haqqında təlimlər tarixindən.
3. Temperamentin xassələri və tipləri.

1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər.
Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.
Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

2-ci sual. Temperament haqqında təlimlər qədim tarixə malikdir. Müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür:
1.  Humoral sistem; Qədim yunanlara (Hippokrat və b.) görə insan orqanizmində insan üçün lazım olan 4 cür maye var. Bu mayelər insanların hamısında eyni cürə paylanmayıb. Onlar insanları 4 tipə bölürdülər: sanqvinik -qan bunlarda daha yüksəkdir; xolerik - san öd çox üstündür; melanxolik - qara öd
üstündür; fleqmatik - selik üstündür.
2. Somatik sistem; XX əsrin 20-ci illərində temperamentin bioloji əsaslarının şərhində köklü surətdə dəyişikliklər baş verdi. E.Kreçmer, İ.Şeldon və S.Stivens temperamentin xüsusiyyətlərini insanın bədən quruluşunun xüsusiyyətləri ilə izah etməyə başladılar:

  • Atletiklər - gözəl bədən quruluşuna malik adamlardır.
  • Asteniklər - hündür, ucaboy, arıq adamlardır.
  • Pikniklər - alçaq boy, piyli adamlardır.

Kreçmerin fikrincə, piknik bədən quruluşuna malik olan şəxslər affektiv pozuntular verməyə meyllidirlər, astenik bədən quruluşuna malik olanlar isə təfəkkür pozuntularına daha çox məruz qalan şəxslərdir və şizoid qrupuna aiddirlər.
3. Sinir sistemi; İnsanın temperamentini İ.P.Pavlov ASF-nin tipləri ilə izah edirdi. Pavlov sinir sisteminin 3 xassəsini müəyyən etmişdir.

  • Oyanma və ləngimənin qüvvəsi (beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlüyünü müəyyən edir);
  • Onların müvazinət dərəcəsi (oyanma qüvvəsinin ləngimə qüvvəsinə müvafiq dərəcəsi və ya onların tarazlığı);
  • Oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəz etmə sürəti).

Pavlov 4 əsas tip müəyyən etmişdir: I tip zirək, II tip sakit, III tip coşqun, IV tip zəif.
Həmin təsnifata görə bu tipin aşağıdakı xassələri vardır:

  • Zirək tip - qüvvətli, tarazlı (müvazinətli), cəld - sanqvinik.
  • Sakit tip - qüvvətli, tarazlı, asta - fleqmatik
  • Coşğun tip- qüvvətli, müvazinətsiz - xolerik.
  • Zəif tip - zəif - melanxolik.

Temperamentin psixoloji xarakteristikası getdikcə genişlənmişdir. Roma alimi Tolen (II əsr), Hippokratdan fərqli olaraq, temperament tiplərini fizioloji, psixoloji və hətta əxlaqi xassələrilə birlikdə şərh etmişdir. XVIII əsrin sonlarında alman filosofu E.Kaum temperamenti yalnız psixoloji xassə kimi xarakterizə etmişdir. Son zamanlara qədər temperament əsasən psixoloji baxımdan izah olunurdu. Temperamentə belə münasibət temperament tipləri haqqında mövcud olan təsəvvürləri dəyişirdi. Temperament tipləri artıq fizioloji deyil, psixoloji xassələrin nisbəti kimi səciyyələndirilməyə başladı. Kosta görə temperament müyəssər cisimlərin və fəaliyyətin fəallıq dərəcəsinin nisbətindən ibarətdir. Vunta görə temperament «ruhi hərəkətlərin» qüvvə və sürəti arasından nisbətdir.

3-cü sual. İnsanın psixi fəaliyyətinin dinamikasını əks etdirən xassələrə temperament xassələri deyilir.
Temperament tiplərinin psixoloji xarakteristikası onun aşağıdakı xassələri ilə müəyyən edilir.
Aktivlik. Bu xassə insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsini, xarici və daxili maneələri necə aradan qaldırmasını nəzərdə tutur. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözümlülük və s. aktivliyin əsas göstəricisidir.
Reaksiyaların tipi. Bu xassə haqqında biz müxtəlif psixi reaksiya və proseslərin sürətinə, o cümlədən hərəkətlərin sürətinə, iqlim tempinə görə fikir yürüdürük.
Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti: Bu xassənin insanın iqlimin xarici təsirlərinə nə qədər tez uyğunlaşması (plastiklik) və ya əksinə, davranış, adət və mülahizələrin nə qədər ətalətli və süst (rigid) olmasından bilmək olar.
Emosionallıq. Müxtəlif hiss və emosiyaların, o cümlədən affektlərin və əhvalların əmələ gəlmə, cərəyan etmə və kəsilməsi xüsusiyyətlərini xarakterizə edən xassə və keyfiyyətlərlə bağlıdır. Əsas göstəriciləri mütəəssirlik, impulsivlik, emosional labillikdir.
temperament tipləri (xolerik ,fleqmatik, sanqvinik,melanxolik)
TEMPERAMENTİN TİPLƏRİ:
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanunlara əməl edən olur. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Onlarda ekstravertlik yüksək olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Ekstravertlik yüksəkdir. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndilər. Mimika və hərəkətləri dərin və ifadəli deyil. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər.
Həddindən artıq təkliyə qapanırlar. Tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. İntrovertlik yüksək olur.
temperament (xolerik,fleqmatik, sanqvinik, xolerik)

Həmçinin bax: Temperamentin növləri

  • ?
  • 08 sentyabr 2010, 15:00
  • pedaqoq


Şərhlər (3)

RSS qısalt / böyüt

Birinci şəkildə hansı temperamentə uyğun adamlardır?

+3

1. xolerik 2.fleqmatik 3.melanxolik 4.sanqvinik


Şəkil və topik çox maraqlı idi.

+4
Bu mövzu mənim çox maraqlandırdı. Temperament haqqında bir məqalə də mən yerləşdirdim. Çalışacam bu mövzuda ətraflı məlumat yerləşdirim.
+2
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.