Van Qoq sindromu

Van Qoqda şəxsiyyətin ikiləşməsi hiss olunurdu – o, ailə və uşaqlar haqda arzulayırdı, lakin özünü incəsənətə həsr etmişdir. Psixi xəstəliyi ömrünün son illərində özünü daha çox biruzə verirdi: Van Qoq gah güclü ağıl çatışmazlğı sindromları keçirirdi, gah da, çox məntiqli və ağıllı düşünürdü. Rəssamın psixi xəstəliyində sirli məqamları çox idi. Məlumdur ki, psixi sarsıntılar zamanı rəssam əsəbi olurdu, boyaları yeyirdi, saatlara otağında qaçır və donub yerində dayanırdı. Van Qoqun öz sözlərinə görə, o, həmin zaman çəkəcəyi rəsimləri görürdü.

Həkimlərin rəssamın xəstəliyi haqqında fikirləri müxtəlif idi. Feliks Rey hesab edirdi ki, Qoq, epilepsiya xəstəsidir. Sen – Remi psixiatrik klinikasının həkimi Peyrom düşünürdü ki, rəssam kəskin ensefalopatiyadan əziyyət çəkir. Rəssamda psixozun yaranma səbəbi qəbul etdiyi absent (alkoqollu içki) idi. Bu maddə insanın orqanizminə daxil olanda əsəb sinirlərinə toxunur və psixi xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayır.

“Van Qoq sindrom” diaqnozu xəstələrə, özlərinə zədə vurduğu və təkidlə həkimdən cərrahiyyə əməliyyat olunmağını istəyən halda qoyulur. Deyilənlərə görə, Van Qoq qulağında olan dözülməz səslərə görə, qulağını kəsib.

Ümumilikdə, tədqiqatçılar hesab edirlər ki, dahi rəssam depressiyadan əziyyət çəkirdi: səslər eşitmələrinə, absent qəbuluna, əsəbi sarsıntıya və nəticədə şizofreniya xəstəliyinə səbəb ola bilərdi. Bu xəstəlikdən N.Qoqol, A.Düma-oğul, E.Heminquey, A.Dürer də əziyyət çəkiblər.
 

0 şərh