Alisa Möcüzələr Ölkəsində Sindromu


İşdən evə gedərkən kibrit qutusu boyda avtobusun yaxınlaşdığını görürsünüz. Avtobus yaxınlaşsa da ölçüsü böyümür. Dinozavr böyüklüyündə bir sərçə pəncərənin şüşəsinə çırpılır, ağaclar göy üzünə göydələnlərdən daha yaxındır.

Yuxuda deyilsinizsə, bu Alisa Möcüzələr Ölkəsində Sindromunun (AİWS) göstəriciləridir. Alisa Möcüzələr Ölkəsində Sindromlu xəstələrdə cisimləri olduğundan böyük və ya kiçik görmək kimi problemlərə rast gəlinir. Problem görmədə deyil, alqılamadadır.

Əlamətlər:
— Hərəkətlərdə assimetriya
— Görmə, məsafə, zaman alqısında pozulmalar
— Toxunma hissində pozulmalar (sərt əşyaya toxunub yumşaq kimi hiss etmək)
— Səs alqısında pozulmalar (təbiətin səslərini daha güclü eşitmək)
— Karlik hallüsinasiyalar

Bu kimi əlamətləri bəzən sağlam insan da yuxusuz və yorğun vaxtlarında özündə hiss edə bilər. Bəziləri «Alisa Möcüzələr Ölkəsində» kitabının müəllifi Luis Carrol-un da AİWS-dan əziyyət çəkdiyini iddia edirlər. Dəlil olaraq, əsərdəki «Bir quzğun niyə iş masasına bənzəsin ki?» cümləsini göstərirlər.
loading...
 

0 şərh