Filofobiya

Filofobiya (sevgi qorxusu) — yunanca «filos» sözündən götürülüb sevgi dolu və ya sevilən mənasını verir və sevgiyə fobiya olaraq adlandırılır. Filofobik bir şəxs hər kəsə hər növdə bir bağlılıq yaratmaq barəsində son dərəcə ehtiyatlıdır və buna görə yarana biləcək bütün bağlılıqlardan qaçar.

Bu şəxslər daxilən müəyyən hisslər yaşasa belə, o hissdən qaçmaq və yaranacaq emosional bağlılıqdan uzaq durmaq üçün hər yola baş vururlar.

Fobiya onları təcrid olunmuş həyat yaşamağa yönləndirdikdə, artıq bu ciddi problem olur.

Fobiyanın yaranma səbəbləri bunlardır:
• Əvvəlcədən yaşanılan travmatik təcrübələr-uğursuz sevgi və ya evlilik; uşaqlıqda valideynlərində gördüyü problemlər; hər hansı bir hadisədən həddən artıq təsirlənmək.
• Mədəni və etnik normalar — inanclar və s.
• Depressiya

Filofobiyada görülən əsas göstəricilər:
• Birini sevmək və münasibətə başlamaq barəsində həddən artıq şübhə və hirs
• Daxili hissləri mümkün qədər ört-basdır etmək
• Cütlüklərin çox olduğu yerlərdən uzaq durmaq
• “Birindən xoşum gələr” düşüncəsi ilə təcrid olunma
• Sevgi və romantizm ilə bağlı hər hansı bir şeylə qarşılaşarkan fizioloji dəyişikliklər: ürək ritminin artması, nəfəs darlığı, tərləmə, uyuşma və hətta ürəyi getmə halları.
 

0 şərh