İnsanlar saxtakarlığa niyə haqq qazandırır?

Bu suala cavab almaq üçün belə bir eksperiment aparılıb. İştirakçılar 1 saat ərzində mənasız və yorucu bir işlə məşğul olurlar. Vaxtın tamamında iştirakçılardan bunun necə bir iş olduğu soruşulur. Onlar hamısı işin çox mənasız və zəhlətökən olduğunu dedilər. Onlardan xahiş olunurdu ki, otaqdan çıxanda, növbə gözləyən adamlara çox maraqlı bir işlə məşğul olduqlarını desinlər.

Yəni, növbə gözləyən adamları aldatsınlar. Bu yalan müqabilində iştirakçıların bir qisminə 20 dollar, digər qisminə 1 dollar pul verilirdi. Onlar pulu götürmüş və eksperiment aparanların xahişini yerinə yetirmişdilər (dəhlizdə növbə gözləyən adamlara yalan söylədilər).

Daha sonra həmin adamlar yenidən sorğu olunur: gördüyünüz iş həqiqətənmi mənasız bir iş idi? Başqa adamlara yalan dediyinizə görə indi nə hislər keçirisiz?

20 dollar almış adamlar əvvəlki fikirdə qalmışdılar. İşin zəhlətökən olduğunu yenə də təsdiq etdilər, başqa iştirakçılara yalan danışdıqlarına görə utanc hiss etdikləri müşahidə olunmadı. 1 dollar almış adamların fikri dəyişmişdi. Onlar əvvəlki fikirlərinin əksinə olaraq, işin çox da mənasız olmadığını, guya nəsə bir şeylər öyrəndiklərini sübut etməyə çalışdılar. Psixoloqlar bunu belə izah edirlər:

Adamların yalana (başqalarını aldtmağa) görə nə dərəcə vicdan əzabı çəkməsi və ya utanması onların bu yalana görə nə qədər qazanmasından asılıdır. 20 dollar pul bu xırda yalana görə vicdan əzabını susdurmaq üçün yetərlidir, 1 dollar isə yox. Buna görə, 1 dollar alanlar öz hərəkətinə bəraət qazandırmağa çalışırlar. Görülmüş işin mənasız olmadığını sübut etməyə çalışarkən onlar əslində özlərinə təlqin edirlər ki, başqa iştirakçılara dedikləri açıq-aşkar yalan deyildi, onları həyasızcasına aldatmayıblar.

Beləliklə, məsələn, cüzi maaş aldığına baxmayaraq sistemi müdafiə edən, baş verənlərə haqq qazandıran sıravi insanlar əslində öz vicdanları ilə mübarizə aaprırlar. Öz-özlərini aldadırlar. Öz cılız ləyaqətini müdafiə etməyə çalışırlar. Öz miskin dünyasında haqlı görünmək istəyirlər. Başqa sözlə, onları riyakarlığa vadar edən səbəb sadəcə qorxu, əlində olanı itirmək deyil, bu, onlar üçün həm də vicdan, qürur oyunudur.
 
loading...

0 şərh