Piqmalion effekti

Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır.

Məsələnin tarixi
Əfsanəyə görə Kiprin mifoloji çarı və həm də eyni zamanda yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. O, öz əl işinin nəticəsinə nə qədər çox baxırdısa bir o qədər heyran olur və heyran olmaq üçün də daha çox xırda özəlliklər tapırdı. Tezliklə Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun əlləri ilə ucaltmış olduğu heykəlin möhtəşəmliyi ilə müqayisəyə gəlməz. O, öz heykəlini Qalateya adlandırır, gecə və gündüzünün fil sümüyündən hazırlanmış məftunedici heykəlin çılpaq vücudunun seyrinə sərf edir, o heykəli səxavətli bəxşişlərə qərq edərək, qulağına sevgi sözləri pıçıldayır.

Bayram günü aşiq heykəltəraş ilahə Afroditaya müraciət edib, ona dil töküb, ürəkdən yalvarır ki, onun cansız sevgilisinə ruh bəxş etsin, Qalateyanı canlandırsın. Gözəllik və məhəbbət ilahəsi onun bu qəlbinin hayqırtısına haray verir və Piqmalionun bu arzusunu yerinə yetirməyə razılaşır. Sevincindən özünü itirən aşiq öz emalatxanasına çatmağa tələsir. Canlı, isti və sevən – Qalateya məhz yaradıcısının onu təsəvvür etdiyi, görmək istədiyi kimi idi. Piqmalion istədiyini əldə edir, onun inam və ehtiraslı arzusu onu istəyinin gerçəkləşməsinə, arzunun həyata keçməsinə kömək edir. Ümidlərin yerinə yetməsi ilə müşahidə olunan psixoloji fenomenin əsasında Piqmalion effekti dayanır.

Piqmalion effekti (və ya Rozental effekti) –elə bir psixoloji fenomendir ki – bu zaman insanın peyğəmbərliyin gerçəkləşməsi ilə bağlı gözləntiləri onun fəaliyyətinin xarakterinə və onun ətrafdakı insanların reaksiyasını necə dərk etməsinə təsir göstərir, bir növ onun düşüncə tərzini müəyyənləşdirir, bu da peyğəmbərliyin öz-özünə gerçəkləşməsinə təhrik edir.

Ya da daha asan sözlərlə desək biz hər-hansı bir informasiyanı mötəbər mənbədən olduğuna və onun etibarlı və dürüst olduğuna qəti əmin olsaq, həmin bu informasiya real təsdiqini tapır, yəni doğru çıxır. Bu fenomenin ən inandırıcı sübutu 1968-ci ildə psixoloq Robert Rozental və Leanor Yakobson tərəfindən həyata keçirilən təcrübədir.

Rozentalın uşaqları
Tədqiqatçılar Rozental və Yakobson təhsil ilinin əvvəlində San-Fransiskodakı məktəblərin birinə gəlirlər ki, təhsil alanların intellekt səviyyəsini müəyyən etsinlər. Nəticədə onlar hər sinifdə bir-neçə şagird seçirlər, psixoloqların fikrincə bu şagirdlər xüsusi əqli qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər, — «hətta bu vaxtacan bu uşaqlar heç nə ilə yadda qalmamış olsa da, çox yaxın müddətdə onların istedadı özünü büruzə verəcək və onların intellektual potensialı mütləq üzə çıxacaq! Gözləyin! » Rozental və Yakobson əmməli-başlı təəccüb içində olan müəllimləri əmin etməyə çalışırdı.

Pedaqoqların təəccübləri əsaslı idi –məsələ ondadır ki, tədqiqatçıların xüsusi intellektual qabiliyyət sahibi kimi seçdiyi tələbələr hələ indiyəcən əqli fəaliyyətə xüsusi meyllilik nümayiş etdirməmişdi. Düzdür, onları “sinfin zəifləri” və ya “geridə qalan” şagird adlandırmaq da olmazdı, amma onlar sinfin “ulduzlarına” da çata bilməzdilər. «Nə etmək olar, yəqin ki, tədqiqatçılar bizdən daha yaxşı bilər» — müəllimlər belə qənaətə gəldilər və perspektivli şagirdlərdən vəd edilən nəticələri gözləməyə başladılar.

Bununla yanaşı qeyd edək ki, guya ki, yüksək İQ dərəcələri olan məktəbliləri alimlər tamamı ilə təsadüfən, bəxtəbəxt seçmişdir. Amma ən maraqlısı odur ki, təhsil ilinin sonunda Yakobson və Rozental yenə bu məktəbə gələndə və şagirdlərin intellektual əmsalını yoxlamaq üçün sınaq keçirəndə, onlar müəyyən etdilər ki, onlar tərəfindən xüsusi istedadlı elan edilmiş uşaqlar, həqiqətən də yüksək İQ nümayiş etdiriblər.

Yəni eksperiment kifayət qədər inandırıcı şəkildə sübut etdi: biz nəyə inanırıqsa, onu da əldə edirik. Beləliklə, ayrı-ayrı şagirdlərin yüksək intellektual potensialının olduğunu təkidlə inandırılmış məktəb müəllimləri istər-istəməz qeyri-iradi şəkildə öz gözləntilərini bu şagirdlərə ötürmüşlər. Şagirdlər isə öz növbəsində onlara inanan müəllimlərin ümidlərini doğruldub və əhəmiyyətli nailiyyətlər əldə ediblər. Bir sözlə, nə istəyirsənsə onu da əldə edirsən.

Xüsusən də bu çətin və xoşagəlməz ailələrin uşaqları ilə bağlıdır, çünki onlardan heç kəs yaxşı heç nə gözləmir. Amma qəribədir ki, onları əhatə edən insanların ən pis gözləntiləri belə halda özünü doğrudur. Və əksinə, heç nadir hadisə deyil ki, belə uşağı azacıq tərifləsən, ona bir az inansan, o sanki bu inamla qanadlanacaq və sözün əsl mənasında göz qabağındaca dəyişərək, inkişafa doğru gedəcək.


Ümumiyyətlə isə götürdükdə, söhbət təkcə uşaqlardan getmir. Müəyyən əməkdaşlar ilə bağlı pozitiv ümidləri olan rəhbərlər, özünü nikbinliyə kökləyən və öz xəstəsinin mütləq şəkildə yataqdan sağ-salamat qalxacağına inanan həkimlər də həmçinin – bu və ya digər formada müvafiq mikro iqlim yardırlar. Belə şəraitdə əməkdaşın və pasientin özünəinamı və özünüqiymətləndirmə səviyyəsi mütləq yüksəlir, omların uğurları isə artır.
 
loading...

0 şərh