Bir boşqab yoxsa iki boşqab?..

Psixologiya fakültəsinin bir tələbəsi əsgərlər arasında belə bir təcrübə aparmağı qərara aldı.Yemək vaxtı yeməkxanaya gəldi və əlində bir qutu ərik yemək paylanan yerin qarşısında dayandı.İlk gələn bir qrup əsgərdən: “Ərik istəməzdiniz,deyilmi?”- deyə soruşdu.

Və əsgərlərin 90 faizi “yox” cavabını verdilər.Sonra tələbə ikinci qrup əsgərdən: “Ərik istəyərdiniz,deyilmi?”-deyə soruşdu.Və əsgrlərin 50 faizindən çoxu “hə” cavabını verdilər.Sonra tələbə üçüncü qrup əsgərdən: “Bir boşqab ərik istəyirsiniz,yoxsa iki boşqab?”-deyə soruşdu.Və əsgərlərin 40 faizi bir boşqab,50 faizi iki boşqab ərik götürdü...

Yəqin ki,şərhə ehtiyac yoxdur...

Mənbə: "Ailəm" jurnalı
 

1 şərh

Aysel77
bu hallarla tez-tez rastlaşıram...Amma bunu  hansı psoxoloji amillə bağlı olduğunu bilmirəm(