Gizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.

1.Yuxuda tez-tez uçursunuz?
a)heç vaxt
b)altı aydanbir
c)həmişə

2.Evdə işlə məşğul olduqda, eyni zamanda
a)evdəkilərə hirslənirsiniz
b)soyuq şirə içirsiniz
c)rəqs edir və mahnı oxuyursunuz

3.Yeni paltar geyinmək sizdə nə qədər vaxt aparır?
a)bir neçə dəqiqə
b)təxminən yarım saat
c)nə qədər vaxt tələb edirsə, o qədər

4.Hansı güllərə üstünlük verirsiniz?
a)çəmən güllərinə
b)qərənfil və lalələrə
c)qızılgüllərə

5.Sizə baxanda xoşunuza gəlir?
a)xeyr, mənə elə gəlir ki, xarici görünüşümdə nə isə çatışmır
b)mənim üçün önəmli deyil
c)bəli, mən hətta yerişimi və duruşumu dəyişirəm

6.Əgər bayram masasına birinci oturursunuzsa, hansı yeri seçirsiniz?
a)qıraqda bir yer
b)mətbəxə qaçmaq üçün rahat yer
c)tam ortada ki, məni hər kəs görsün

7.Özünüzə baxmağı xoşlayırsınız?
a)bir az
b)xoşlayıram, amma vaxtım yoxdur
c)çox sevirəm, işim olsa belə, salona getməyi unutmuram

8.İldə neçə dəfə tədbirlərə gedirsiniz?
a)birdən çox deyil
b)iki-beşarası
c)beşdən çox

9.İşgüzar görüşdə özünüzü necə aparırsınız?
a)gözə girməməyə çalışıram
b)sual veriləndə cavab verirəm
c)hər zaman öz fikrimi bildirməyə çalışıram

10.Sevdiyiniz saç düzümü?
a)düz saçlar
b)hər zamankı saç düzümüm
c)dağınıq, hündür, qeyri-adi saç düzümü

Yekun:

Hər “A” variantı üçün 1,
“B” variantı üçün 2 və
“C” variantı üçün 3 bal ayırın. Sonra üst-üstə gəlin.

10-16: Təəssüf! Ya sizin gizli bacarıqlarınız yoxdur, ya da onlar çox dərindədir. Rahat yaşayın və edə biləcəyiniz işlərdən çox üzərinizə götürməyin.

17-23: Ola bilsin gizli istedadınız var, lakin bunu ya özünüzə, ya da başqalarına bildirmirsiniz.

24-30: Sizin istedadınız göz qabağındadır. Çox yaxında o, üzə çıxıcaq və həyatınızı tamamilə dəyişəcək.
  • ?
  • 17 oktyabr 2011, 13:29
  • yravil
Dünya bir tamaşadır

Şərhlər (11)

RSS qısalt / böyüt
mende 23 alindi,netice de qismen dogrudur.Tesekkur:)
+1
Məndə 19 alındı sağ oıun
+1
24 alındi.İnşAllah.gözləyək də))
+1
20. Təşəkkür edirəm.
6-cı sual ən çox qadınlara aid idi. Ümumiyyətlə, suallardan belə məlum olur ki, bu test qadınlar üçün nəzərdə tutulub.
+1
elədir
+1
mməndə də 23 alındı.ancaq gizletdiyim istedadım yoxdur.göz önündədir və istedadlarımdan hər zaman istifadə etmişəm.təşəkkür
+1
İstedad deyəndə ki, yaxşı rəsm çəkirəm. Əsas da baxıb olduğu kimi köçürə bilirəm. Amma elə də güclü deyiləm bu sahədə. O da yəqin ki, bunu inkişaf etdirməməyimdəndir.
+2
mende23 alındı.brek dans etmeyi xoslayiram.daha çox öyrənməyə çalışıram bunun haqda.gelen il «tanidim seni»ye getmeyi fikirlesirem
+1
16 — hec neye yaramiyan adam :))
+1
  • avatar
  • eGo
  • 23 oktyabr 2011, 12:26

İnanmaq olmaz. :)

+1
Men umid edirem ki, neyimse var, amma inanmiram ki, innen sonra nese tapim uze cixarim :)
+2
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.