Siz necə yeriyirsiz?

Yerişlərdə insanların iç dünyasını müəyyən etmək olar. Çünki yeriş insanların xarakter və xasiyyətlərini tamamilə biruzə verir.Bunlardan birini seçin:
-Yeriyərkən sağa-sola baxan  
-Yellənə-yellənə gəzən
-Şax yeriyən
-Başı aşağı gəzən
-Gülə-gülə yeriyən
-Qəmli, fikirli yeriyən
-Naz ilə yeriyən  
-Özünəməxsus yeriş tərzi

YERİYƏRKƏN SAĞA — SOLA BAXAN

Ayağı sürüşkən şəxslərdir. Daima macəra axtaran insanlardır. Bir sevgi ilə kifayətlənməzlər. Sevgi onlar üçün yalnız əyləncə vasitəsidir. Xasiyyətcə əhlikef olan bu şəxslər sabahı heç düşünməzlər. Əllərindən yaxşılıqdan savayı hər nə desən gəlir. Öz eyiblərini əsla görməzlər. Əvəzində başqalarında səhv axtarmaqla yanaşı, onları ləkələməkdən də çəkinməzlər. Bu şəxslərə bel bağlamaq olmaz. Çünki səni yolda qoyacaq. Alış-veriş, sənəd toplamaq və bu kimi işlər onun üçün yaddır. Hazırına nazir olan bu kateqoriya davamçıları tənbəllikdə bənzərsizdirlər. Yeriyərkən belə sağa — sola baxan insanlar kimdəsə, nədəsə səhv axtarıb, tapıb qalmaqal yaratmaqla məşğuldurlar.

YELLƏNƏ-YELLƏNƏ GƏZƏNLƏR 

Olduqca yelbeyin şəxslərdir. Onları bir tapan bir də itirən sevinər. Onlar üçün yaxşı ilə pisin fərqi yoxdur. Ətrafda baş verən hər hansı bir hadisə onları əsla narahat etməz və reaksiya verməzlər. Təsadüfən bu baş veribsə, deməli, hadisə özləri ilə bağlı olub. Dostluqda, yoldaşlıqda dözülməzdirlər. Bu günlə yaşayırlar. Onlar üçün ailə, uşaq, hətta iş ad-san üçündür. İstənilən vaxt fikirlərini düşünmədən dəyişə bilərlər. Ağıla, həyat tərzinə deyil, geyimə görə insanlara qiymət verərlər. Belə şəxslərin dostları da özləri kimi olurlar.  

ŞAX YERİYƏNLƏR

Özlərindən yaman razı olurlar. Sanki alçaq dağları bunlar yaradıblar. Ac vaxtlarında belə özlərini tox göstərib bununla rahatlıq taparlar. Ev-eşikləri təmirsiz olsa da öz makyajları qaydasından da artıq olar. Xasiyyətcə ikiüzlü olan bu kateqoriya davamçılarına inanmaq, bel bağlayıb sirr vermək olmaz. Çünki öz mənafeyi üçün səni keçi qiymətinə utanmadan satar.Hətta öz səhv və günahlarını da sənin üstünə yıxar. Belə şəxslərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Onlar çörəyin, haqq-salamın, yoldaşlığın qədir-qiymətini bilməzlər. Onların görünüşləri, yerişləri özləri kimi yalandır. Bu insanlara əsla bel bağlamaq olmaz. Çünki onların mayası yalanla yoğrulub. Həyatda heç vaxt dostu olmaz. Heç sevgidə də bəxtləri gətirməz. Onların şux və özüdənrazı yerişi özləri kimi maskadır.  

BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR

Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.  

GÜLƏ-GÜLƏ YERİYƏNLƏR

Sadəlöhv, yeri gələndə isə mərd insanlardır. Bu şəxslərdə sevinc və kədər eyni səviyyədədir. Problemlər içərisində çabalasalar da, həmin problemləri özləri həll edirlər. Adətən danışanda, güləndə yüksək səslə edirlər. Onlara yalan danışmaq, satqınlıq, xəyanət, ev yıxmaq, dedi-qodu, pintilik və digəranlayışlar yaddır. Onlar həyatdan zövq alıb davasız yaşamağa daha çox üstünlük verirlər. Makyajdan bacardıqları qədər az istifadə edən xanımlar xəstəlik dərəcəsinə çatan səliqə-səhmana malikdirlər. Onların həm də yaxşı əl qabiliyyətləri var. İstəsələr çörəyi daşdan belə çıxararlar.      

QƏMLİ, FİKİRLİ YERİYƏNLƏR

Sanki bütün dünyanın yükünü öz çiyinlərində gəzdirirlər. Və hamının dərdi-səri elə bu insanlara qalıb. Tək özləri üçün yox, başqaları üçün də yaşayırlar. Ətrafdakıların dərd-qəmini özününkü hesab eləyirlər. Bu şəxslərə də inanmaq, etibar etmək olar.  

NAZ İLƏ YERİYƏNLƏR

Nazla yeriyən, bədən əzalarını burcudan insanlar, xüsusilə xanımlar ətrafdakıların diqqətini çəkmək arzusunda olurlar. Daima öz mənfəətlərini güdərlər. Əks təqdirdə heç bir addım belə atmazlar. Bəzən bu cür insanların nəfəsləri belə yalandır. Onlara bel bağlamaq olmaz. Kifayət qədər ikiüzlü və qısqancdırlar. Hamıdan yaxşı geyinmək, yaşamaq arzusundadırlar. Belə insanların dostları çox az olur. Bu cür insanların sevgidə də nadir hallarda bəxti gətirir.  

ÖZÜNƏMƏXSUS YERİŞ TƏRZİ

Bu insanlara güvənmək olar. Bütün kateqoriyalar içərisində yalnız bu kateqoriya sahibləri ideal insanlardır. Onlarda ailəyə, böyüyə-kiçiyə hörmət, Allah və din xofu düşünüləndən də artıqdır. Hər şeyin yerini bilən bu insanlar ədəbiyyata, musiqiyə, sənətə və yaşamağa yüksək dəyər verirlər. Bütün insani keyfiyyətlər yalnız bu kateqoriya daşıyıcılarında cəmləşir. Özləri ideal olduqları üçün hər şeyin yaxşısını tələb edirlər. Ətrafdakılarla münasibətdə mərd və diqqətcildirlər. Bir sevgiylə kifayətlənib xəyanətə xəyanətlə cavab verməzlər. Dava-dalaşdan qaçmaları onların qorxaqlığından deyil, böyüklüklərindən irəli gəlir. Onlar başqalarının fikirləri ilə deyil, öz ağıl və ürəklərinin hökmü ilə hərəkət edirlər. İstəsələr daşdan belə pul qazanan bu şəxslər heç vaxt başqalarına ağız, əl açmazlar, heç kömək belə gözləməzlər. Yaşadıqları dövrdə nə əldə ediblərsə, bunu ancaq özləri ediblər. Kifayət qədər dostları çoxdur. Və heç vaxt heç kimi yarı yolda qoymazlar. Düşmənləri çox olsa da onları heç nə qorxutmur. Çünki həyatda necə yaşamağı və necə hərəkət etməyi bilməklə yanaşı, nə istədiklərini yaxşı bilirlər.

  • ?
  • 30 oktyabr 2011, 15:12
  • MaksiMuS
Dünya bir tamaşadır

Şərhlər (24)

RSS qısalt / böyüt
MaksiMuS, bu araşdırma kimindi?
+2
Mənim:)) Əlbəttə ki psixoloqların
0

Burda bəzi yerişlər var ki, hər gün olmur. İnsanın əhvalından asılıdır.

+3
Əlbəttə burdada istisna hallar var..Ama biz ümumiyyətlə küçədə yeriş tərzimizlə yoxlamalıyıq özümüzü bu testlə..Sən adətən necə yeriyirsən?
+1
deyəsən şax yerişimi dəyişməli olacam))))
+5

Silen_ce, ən çox onunla razılaşmadım. Dəyişmə yerişini. Adam şux yeriyər. :))

+2
Adam şux yox, ona necə rahatdı elə də yeriyər.hm?
+1
Yaxşı, dəyişməyəcəm :)))
+2
Silence məncə bu testden təsirlənib öz yeriyişini dəyişmə,səni belə də qəbul edən tapılacaq...Əks halda o şux yeriyişini də unuda bilərsən :))
+1
Testdən təsirlənib özümü tıdım sadəcə :))) Necə də ikiüzlü, etibarsız insanıymışam mən… :P
+1
*tıdım = tanıdım
+1
Məncə yerişlə xarakteri müəyyən etmək düzgün deyil. Qıraqdan yerişini bəyənmədiyiniz adamı tanıyandan sonra bu fikrinizə görə peşman ola bilərsiniz. Ya da əksinə. :)
+4
Firəngiz söhbət gözəl yeriməkdən getmir axı..Pis olsa da özünəməxsus yeriyən insanlar təqdir olunur burda.Razıyam bu testlə insan tanımaq bir az gülünc olar. Ən azından bir insanı tanımaqçün bir ömür belə yetməz, o ki qaldı bir test :))
+2
şux yerişlə bağlı haradasa razıyam amma idmanla məşğul olanlar lap super güvənməli insan olsalar belə şux gəzirlər bu formalaşmış onurğa, qamətlə bağlı məsələdi " Pravilnaya osanka" söhbəti. ona görə hər şey nisbidi prinsipinə söykənərək burda yazılanlarla razılaşmaq olar
+4
Düz yeriş insanın yaşından, boyunun hündür, ya alçaq olmasından asılı olmayaraq hamıya yaraşır. Özünə inamlı olanlar düz yeriyər. :)
Yox əgər düzü keçib artıq özünü dartırsansa, bu qabağa əyilib yerimək kimi bir şeydi. İkisi də adamı pis göstərir. :)
+4
Tanıdığım insanları gözümün önünə gətirdim dəhşət uyğun gəldi xarakterlərə..Təşəkkür edirəm…
+1
Ne gözel.Umarim herwey qaydasindadir:)
+1
Melumati oxuyanda özümden utandim, men de sux yeriyenlerdenem.amma serhlere baxanda xeyli rahatlasdim:)
+2
Maraqlı məlumata görə təşəkkürlər. Mən özümü başı aşağı yeriyən və qəmli ,fikirli yeriyənlərə aid edirəm
+3
nece yeriyiriy yeriyey ama hemise can sagligi olsun.bir eli ,ayagi olmuyanda,bedende bawqa  prablemler  yeriwi cox deiwir. inanin bunan heckimi tanimag olmur..en azinan yeriyende qabaginan gecene 320 derece firlanib baxmiyanda her yeriw eladi)tewekkur
+1
Çox sağ ol Maksimus!Özünəməxsus yeriş tərzi mənə uyğundur.Mən təzə işə düzələndə çox adam məni kimi yerimək istəyirdi,lakin alınmırdı.Çox sonralar bunu etiraf etdilər,hətta məndən stimul aldiqlarını da dedilər!(Lap utandım,elə bil,ki özümü terifledim.Əgər elə isə üzr istəyirəm!)Amma anam deyirki,kimin yerişi necədirsə,işi də elədir.Teşekkürlər!
+2
Ayxan sevda ilə tamamilə razıyam.İdmançılar arakterlərindən asılı olmadan şux yerişə sahib olurlar.
+2
arakter yo xarakter yazmışdım
+1
Məni də şux yeriməyə məcbur etsələr də, əziyyət çəkməli oluram. 6-cı tip yerimə tərzi mənlikdir :)
+1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.