Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün "hi-hi-hi" və "ha-ha-ha"larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

"A" saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. "A" saitli gülüş ən səmimi gülüş  hesab edilir.
gülüş dolu qadın-Elişa Katberq
"E" (he-he) ilə gülənlər isə fleqmatiklər və melanxoliklərdir. Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır. Özünə inanmayan, hər şeyə şübhə ilə yanaşan insan belə gülür.

"İ" saiti (hi-hi)  sadəlövh, müti və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Hi-hili gülüş səmimi və ikiüzlü, nazlı və sadəlöhv də səslənə bilər. Adətən yaşından cavan görünmək istəyən qadınlar belə gülürlər.

"O" saiti (ho-ho) ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir. Çox vaxt nədənsə möhkəm incimiş insanın  müdafiə reaksiyasını da ifadə edir. "O" saitli həm də səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edə bilər.

"U" saiti ilə (hu-hu) adətən təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu, hürkünü ifadə edir.


Mənbə: "Sağlamlıq" jurnalı.

Həmçinin bax: Gülmək faydalıdır

 

15 şərh

Nailə_Qasarayeva

Bütün hərflərə eyni işarə qoydum, nəşr etdikdən sonraİ hərfində niyə fərqli oldu başa düşmədim.

Ferbara
Çünki "ə" hərfi kimi nöqtəli böyük "İ" hərfi də üzüqaradı.
Nailə_Qasarayeva
Niyə üzüqaradı?
Ferbara
İngilis hərflərinə hər yerdə üstünlük verildiyinə görə məsələn, əgər Infinity sözündə I əvəzinə İ yazsanız səhv sayılacaqdır və İ hərfini tanımayacaqdır. Eləcə də Ə hərfində də eyni problem yaşana bilər. Microsoft Word proqramında azərbaycan mətnlərini yazanlar diqqətlilər bunu təsdiq edər. :)
burla xatun
Uşaqlar da hi-hi gülür.
Nailə_Qasarayeva

İndi də  sonra  sözü ilə İ hərfi arasındakı probel hara yoxa çıxdı? :-(

Ferbara
Haha gülənlər çoxdu. Amma qadınların əksəriyyəti yad adamın yanında haha gülmür, gülsə, hihi gülər. Ona görə A səsində ağız daha geniş açılır, İ səsində az açılır. Bu da bir növ çəkingənlikdəndir. Heç burda hıhı gülənlərdən yazılmadı. Hoho gülənə rast gəlməmişəm.
Nailə_Qasarayeva

Çalışaram hı-hı gülənləri də tapım.

Жасмин
A deyirəm necə də məni anlatmısız ee.:)
Responsible
İnsanın xarakterini gülüşündən əlavə, nəyə güldüyünə əsasən də müəyyən etmək olar. Maraqlı idi. Təşəkkür.
Nailə_Qasarayeva
Hə, elədir.Hər insan eyni şeyə gülmür.Gülüşlər də fərqlidir. Səmimi gülüş, satirik gülüş və s.
Responsible
Aralarında ən «pis»i qeyri-səmimi, məcburiyyətdən gülməkdir. :)
Ferbara
Deyəsən elə o hıhı-dır.