Рейтинг
+104.97

Psixologiya

111 üzv, 650 topik

Hansı valideyn tipisən?

Həyatda hər kəsin öz vəzifələri vardır. Bu vəzifələr ilə biz nəyisə edirik, qarsılığında nəyisə alırıq. Lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq, qarsılığında heç nə istəməyən yeganə vəzifədir.

Bəs biz yaxşı valideynik?
Bəzən ana va ata olaraq bir cox səhvlər edirik. Valideyn istəyir ki, övladı üçün ən yaxşı həyatı qursun. Bəzən biz belə düşünürük ki, valideynin vəzifəsi övladlarını sevindirməkdən ibarətdir, lakin belə deyil; valideyn övladını həyata düzgün hazırlamaq üçün vəzifələndirilib. Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır. Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır. Əgər cəza və mükafatlandırma yoxdursa, bu zaman usaqda istək və davranışları qaydaya salmaq çətinlik yaradar və ya qarşısını ala bilməzsiniz.
Davamı →

Arzuolunmaz xatirələri yaddaşdan silmək mümkündürmü?

Yaşadığımız travmatik hadisələrdən sonra bir çoxumuz bu xatirələrin yaddaşımızdan necə silinəcəyi haqqında düşünürük. “Silinsin və bir də heç vaxt bu haqda düşünməyim, gözümün önünə gəlməsin” deyirik. Yadımıza düşdükcə daha çox stress yaşayırıq; ruhumuz ağrıyır; özümüzü günahlandırırıq; sosial həyatımızda istər-istəməz məhdudiyyətlər yaşayırıq və s. Yaxşı, bəs bütün bunları yaddaşımızdan bir düyməyə basarmış kimi silmək mümkündürmü?

Beyində əsas üç yaddaş bölgəsi var: ön yaddaş, ana yaddaş və ictimai/sosial yaddaş. Ön yaddaşın beynin hipokampus bölgəsində olduğunu təxmin edilir. Burada bəhs etdiyimiz gicgah bölgələrindəki (temporal və pariatal loblar) ana yaddaşlara və ön tərəfdəki (frontal lob) sosial yaddaşa davamlı hafizə transferi məsələsidir. Ön yaddaş qısamüddətli hafizədən məsuldur. Yaşanılmış ya da öyrənilmiş xatirələr burada 5-10 dəqiqəliyinə saxlanılır, sonra vacibliyinə və ciddiyyətinə görə ya buxarlaşaraq itir, ya da ana yaddaş və sosial yaddaş zonasına ötürülür.
Davamı →

“Şüursuzluq” anlayışının əsaslandırılmaları

Şüursuzun mövcudluğunu sübut etmək üçün faktlar axtarmaq lazım deyil. Şüurlu hissədə çatışmazlıqları görmək kifayətdir. Şüur səhvlərə qadirdir və bəzən hər hansı bir suallara tez-tez cavab vermir. Məsələn: Bu suala cavab yoxdur: “Mən nəsə istəyirəm, amma bilmirəm nə”. Şüur assosiasiya gücünəcaab vermək iqtidarında deyil, lakin bu işi ideal formada şüursuz yerinə yetirir. Cavablarsız qalan bu proseslər həm sağlam, həm də xəstə insanlara məxsusdur.

Məhz şüursuz öz funksiyalarının icra edilməsində şüura kömək edir – məntiqi əlaqəyə bütün prosesləri gətirmək. Freydin fikrincə, bütün olanlar əvvəlcə gizli – latent formada, amma bir müddətdən sonra şüur vəziyyətinə keçir. Sübutlar kimi psixi avtomatizmləri gətirmək olar. Əlbəttə, hipnoz istifadəsi və postqipnotik təlqin etmə şüursuzun mövcudluğunun ən böyük sübutu kimi xidmət edir.
Davamı →

Ölümü uşaqlara necə izah edək?

Hər bir ölkənin sağlam gələcəyi onun vətəndaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır.

Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

Ağır, acılı günlərimizi necə?! Bax, burda hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?
Davamı →

Van Qoq sindromu

Van Qoqda şəxsiyyətin ikiləşməsi hiss olunurdu – o, ailə və uşaqlar haqda arzulayırdı, lakin özünü incəsənətə həsr etmişdir. Psixi xəstəliyi ömrünün son illərində özünü daha çox biruzə verirdi: Van Qoq gah güclü ağıl çatışmazlğı sindromları keçirirdi, gah da, çox məntiqli və ağıllı düşünürdü. Rəssamın psixi xəstəliyində sirli məqamları çox idi. Məlumdur ki, psixi sarsıntılar zamanı rəssam əsəbi olurdu, boyaları yeyirdi, saatlara otağında qaçır və donub yerində dayanırdı. Van Qoqun öz sözlərinə görə, o, həmin zaman çəkəcəyi rəsimləri görürdü.

Həkimlərin rəssamın xəstəliyi haqqında fikirləri müxtəlif idi. Feliks Rey hesab edirdi ki, Qoq, epilepsiya xəstəsidir. Sen – Remi psixiatrik klinikasının həkimi Peyrom düşünürdü ki, rəssam kəskin ensefalopatiyadan əziyyət çəkir. Rəssamda psixozun yaranma səbəbi qəbul etdiyi absent (alkoqollu içki) idi. Bu maddə insanın orqanizminə daxil olanda əsəb sinirlərinə toxunur və psixi xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayır.
Davamı →

Uşağınızla yaşına uyğun davranın

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir. 

0-2 yaşda sosial bacarıqların inkişafı. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir. 
Davamı →

Rorşax testi

Bu test Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir. Rorschach testi subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir.

 Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar.
Davamı →

Uşaqlarda Minimal beyin disfunksiyası

Minimal Beyin Disfunksiyası diaqnozu rast gəlinən uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir. Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi, yarımçıq doğulma, erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomokomplekslərdir.

Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur.Ümumi intellektual inkişaf norma və subnorma həddində olur, lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.
Davamı →

Alisa Möcüzələr Ölkəsində Sindromu


İşdən evə gedərkən kibrit qutusu boyda avtobusun yaxınlaşdığını görürsünüz. Avtobus yaxınlaşsa da ölçüsü böyümür. Dinozavr böyüklüyündə bir sərçə pəncərənin şüşəsinə çırpılır, ağaclar göy üzünə göydələnlərdən daha yaxındır.

Yuxuda deyilsinizsə, bu Alisa Möcüzələr Ölkəsində Sindromunun (AİWS) göstəriciləridir. Alisa Möcüzələr Ölkəsində Sindromlu xəstələrdə cisimləri olduğundan böyük və ya kiçik görmək kimi problemlərə rast gəlinir. Problem görmədə deyil, alqılamadadır.

Davamı →

İzn verin uşaqlar ağlasın

Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur?

Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur.
Davamı →