Рейтинг
+104.97

Psixologiya

111 üzv, 650 topik

Copgras sindromu

Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar; şizofreniya, depressiya və psixoz kimi məhşur sindromlardan önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilmişdir.

Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə almışdır. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox maraq yaratmışdır. Sindromun əsası bundan ibarətdir; şəxs ətrafinda olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur.
Davamı →

Narsizm

Narsistlər ən sadə dildə desək özlərinə sevdalı insanlardır. Ətraflarındakı insanlar duyğu naminə nə varsa əmər və bununla bəslənirlər. Daim başqalarından tərif, alqış gözləyir, lakin özləri heç bir şey verməyə yanaşmazlar.

Bəzi insanlar həqiqətən özlərini o qədər bəyənirlər ki, aynanın qarşısında uzun saatlar keçirə bilirlər. Bu uşaqlar üçün normal bir davranışdır. Uşaqlar özlərini tanımaq üçün uzun-uzun aynaya baxa bilərlər.

Yeniyetmələr də yetkinlik başlayan müddətdə bədənlərindəki dəyişiklikləri izləmək və ya sivilcələrini kontrol etmək üçün uzu müddət aynanın qarşısında qala bilirlər. Amma 30-40 yaşındakı bir adamın aynanın qarşısında saatlarla vaxt itirməsini heç birimiz normal qarşılamırıq.
Davamı →

Pika sindromu


Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur.Normal qidalardan xaric qida olmayan, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Bu xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha-daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…
Davamı →

İnsanların ən çox qorxduğu 3 şey

Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: “Bir çox insanlar üç şeydən – güvənmək,həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də,bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.

1. İnsanlara etibar etməkdən qorxuruq.
Geridə qoyduğumuz həyat yolu dost xəyanəti,yalan,saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir,lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o,bir gün mütləq sağalır. Bunun olması üçün isə,insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin,lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.
Davamı →

Asperger sindromu

Psixi pozğunluq olub, bəzən onu Autizmin bir formasıda hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.
Davamı →

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.
Davamı →

Məktəbi uşağa bu cür sevdirin

… Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür...

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni “dünyaya qapı açır”.
Davamı →

Ringelmann effekti

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.

Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.
Davamı →

Məktəb fobiyası

Məktəb fobiyası çox zaman ürək bulanması, qarın və ya baş ağrısı, baş gicəllənməsi, qusma kimi psixosomatik əlamətlərlə özünü büruzə verir. Eyni zamanda iştahasızlıq, aqressivlik və ya özünə qapalılıq, küsəyənlik kimi əlamətlərr də müşahidə olunur.

Övladınızla məktəb qorxusu haqqında danışın. Hisslərini, nə üçün məktəbə getmək istəmədiyini və ya valideyni olmadan məktəbdə qalmaq istəmədiyinin səbəbini öyrənin. Hisslərini ifadə etməsinə kömək edin və onu sonacan səbirlə dinləyin. Daha sonra onu başa salmağa çalışın.

Məktəb fobiyasının səbəbini müəyyənləşdirin. Məktəb müəlliməsi, uşaq psixoloqu və valideynlərin birgə işi məktəb fobiyasının tez bir zamanda aradan qaldırılmasına kömək edəcək.

Qeyd : Bu məlumat 2-ci sinif üçün nəzərdə tutulub.
Davamı →

Evlilik öncəsi stress


Aşiq olursunuz və həyatı birlikdə paylaşmaq istəyib evlilik qərarına gəlirsiniz. Bura qədər hər şey gözəldir. Lakin bu qərarı qəbul etdikdən sonra bəzi şübhələr və pis duyğular baş qaldırır. Mütəxəssislər buna evlilik təlaşı deyirlər. Bu dövrdə yaşanan stress evliliyi davam etdirə bilmə narahatlığından irəli gəlir. Mütəxəssislər bunun yeni həyata başlamağın təbii və müvəqqəti çətinliyinin nəticəsi olduğunu deyirlər. 

Türkiyəli psixoloq M. Saraçoğlu evlilik öncəsi sindromun evliliyə qədər olan müddətdə hazırlıqların sıxlığı, gərginlik və evliliyə psixoloji hazırlıqla bağlı yaşanan problemlərdən qaynaqlanan stressli dönəm olduğunu bildirir: “Evliliyi davam etdirə bilməyin narahatlığı, azadlığın bitməsi düşüncəsi, vərdiş edilən nizam-intizam, həyat düzənindən yeni bir həyat tərzinə keçmək fikri və məsuliyyətlərin artması evlilik qərarına gələn cütlərdə müşahidə edilən stressin səbəblərindəndir.
Davamı →