Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Davamı →

"Duyğu aclığı" sindromu


Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə yemək yedikdə ac olmadığınız halıda belə nəsə yemək istəyirsiniz, televizor qarşısında sıx-sıx yemək yeyir, gecələr yatarkan yerinizdən qalxıb, özünüzü soyuducunun qarşısında tapırsınızsa, siz yeni bir psixoloji sindiromla qarşı-qarşıyasınız.

Psixoloqların fikirincə, əslində bu mədədəki, aclıq hissindən deyil “duyğularınızın aclığ”ından dolayı baş verir. Bu sindiromdan əsasən iş həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə bəxti gətirməyən, maddi durumu yerində olmayan insanlar əziyyət çəkir.
Davamı →

Ünsiyyət qarşılıqlı təsir kim

Ünsiyyətə girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir,  təsir birtərəfli deyil qarşılıqlı xarakter daşıyır. Belə ki, A. fərdin hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur,
Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı davranış modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt müəllim və ya şagird, bacı və ya qardaş, həkim və ya xəstə, müdir və ya işçi, ev yiyəsi və ya qonaq  və s. rolunu yerinə  yetirə bilər.


Ardı →

Temperament haqqında

Adətən, hər hansı bir insan qrupunda müşahidə apar­dıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu gö­rürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiy­yətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumi­ləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.


Ardı →

Şəxsiyyət haqqında anlayış

Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.

İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.


Ardı →

Melanxoliklər

Melanxolik –  ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir.

 Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.

  Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim çəmiyyətdən qaçar, çəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.

  Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər. 

  Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.


Ardı →

Postnatal depressiya

“Dünyanın ən gözəl, ən ülvi hissini yaşadım. Ana oldum, övladımı qucağıma aldım, amma özümü ana olmaq üçün yetərli hiss etmirəm, özümü çarəsiz hiss edirəm, xoşbəxt deyiləm…”

Uşağın dünyaya gəlməsilə ailədəki tarazlıq dəyişməyə başlayır. Tərəflər “həyat yoldaşı”ndan başqa “ata-ana” rolları da qazanırlar. Uşağın dünyaya gəlişi əlbəttə ki, çox gözlənilən sevinc və həyəcan dolu bir hadisədir. Bu, xüsusən də qadın üçün daha əlamətdardır. Çünki doğuş bir qadının həyatında yaşayacağı ən böyük və önəmli dəyişikliklərdən biridir. 

Ancaq heç də hər bir qadın bu mərhələni eyni cür keçirmir.  Yeni bir varlığı dünyaya gətirmək qadında həm hormonal, həm də duyğusal anlamda dəyişilmələrə, dalğalanmalara gətirib çıxara bilir. Qadın bir yandan canından bir parçası olan baxımına, yardımına möhtac kiçicik bir canlıya həyat verməkdən zövq alar, bir yandan da həyatında ola biləcək dəyişikliklərin verdiyi hüznə dalar…


Ardı →

Uşağım öyrənməkdə çətinlik çəkir

Bəşər tarixinə  baxdığımız zaman insanların inkişafının onların öyrənmə qabiliyyətləri ilə sıx əlaqəli olduğunu görə bilərik. Müasir informasiya cəmiyyətində artıq çoxlu məlumatın yadda saxlanılmasına baxılmır. Çünki ətrafdakı informasiya bolluğunda beynin bütün bu informasiyaları  mənimsəməsi və qəbul etməsi imkansız görünməkdədir.

Bu mənada uşaqlarda “öyrənməni” öyrənmək bacarığını formalaşdırmaq və bunun insanın ölümünə qədər davam edəcəyini aşılamaq əhəmiyyətlidir. Bu prosesdən zövq alan bir insan özünün bütün qüvvəsini  səfərbər edib həyatdan zövq almağa, öyrənmə, inkişaf etmə istəyi ilə alışıb yanmağa başlayacaqdır.

Beləliklə məqsədimiz  daha çox əzbərləyən  insanlar yerinə daha çox düşünən, fikirləri analiz edən, tənqidi yanaşan, yaradıcı fikirlərə sahib insanları cəmiyyətə qazandırmaqdır. Amma təəssüf ki, bəzən bu  xüsusiyyətlərə sahib olmayan uşaqlar da diqqətimizi çəkir. Psixoloqlar öyrənmə çətinliyi anlayışından istifadə edirlər.

Öyrənmə çətinliyi termini ilk dəfə 1962 ilində Kirk tərəfindən verilmişdir. O  öyrənmə çətinliyinin danışıq, dil, oxuma-yazma, imla, hesablama  sahələrindən birinin ya da birdən çoxunun  inkişafında çətinlik kimi ifadə etmişdir (ələ alınmışdır).


Ardı →

Natamamlıq effekti

Nə üçün biz bir neçə gündən sonra vacib bir hadisəni yada sala bilmirik, ancaq hansısa əhəmiyyətsiz bir vaqiə daim fikrimizi məşğul edir? Yaddaşın seçmə qabiliyyətinə ilk dəfə ciddi olaraq alman psixoloq Kurt Levin və onun rusiyalı tələbəsi Blyuma Zeyqarnik 1920-ci illərin əvvəllərində diqqət yetirmişdir.

Problemi həll etmə fikri tədqiqatçılarda təsadüfən yaranır. Bir dəfə tədqiqatçılar qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir.

Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.
Ardı →

Valideynlərin ev dəyişməsi uşaqlara necə təsir edir?

Məktəb yaşına çatmadan tez-tez ev dəyişdirən uşaqların davranışlarında problemlər yaşanır. Bununla bağlı ABŞ-da 3 min ailənin qatıldığı araşdırma aparılıb.

Araşdırma nəticəsində 5 yaşından öncə 3 dəfə, ya daha çox ev dəyişdirən uşaqlarda diqqətsizlik, narahatlıq,  hiperaktivlik və davranış problemlərinə 5 yaşına kimi eyni evdə yaşayan, ya cəmi bir dəfə ev dəyişdirən uşaqlara nisbətən daha çox rastlandığı ortaya çıxıb.

Əlbəttə, uşağın davranışındakı bu problemlər sadəcə ev dəyişdirməklə bağlı deyil. Valideynlərinin boşanması, sıxıntılardan qaçmaq, yeni arayışlar — bu kimi problemlər də uşağın həyat normasına mənfi təsir göstərə bilər.

Uşaqlar valideynlərinin yeni evdə xoşbəxt olduqlarını gördükləri halda bu problemlərlə tez başa çıxa bilər.

Araşıdırmanın digər nəticələrindən biri uşaq vaxtı 3, ya daha artıq ev dəyişdirən uşaqların 18 yaşına kimi narkotik vasitə istifadə etmə riskinin 3 dəfə artıq olması və yetişkinlik dövrünə uyğunlaşmaqda çətinlik çəkməsidir.   


Davamı →