Kişilərə nə hədiyyə etməli?

İdeal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən ol­mamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə ol­mayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik:
  1. Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diski
  2. əgər mütaliəni sevirsə, kitab
  3. spirtli içki
  4. teatr və kinoya bilet, əvvəlcədən onun ha­min vaxt boş olduğunu öyrənin
hədiyyə verin kişilərə
  1. bilərzik və digər bəzək aksessuarları
  2. filmlər kolleksiyasi
  3. qol saatı
  4. təbiəti gəzməyi xoşlayana cib bıçağı
  5. qələm
  6. idmanla məşğul olana idman geyimi ya­xud alətləri
  7. kişilər üçün ətir dəsti
  8. kəmər
  9. pul kisəsi
  10. əgər onun pis vərdişi sizi qıcıqlandırmırsa,alışqan
  11. suvenir
  12. ətir
  13. elektrik üzqırxanı
  14. restorana dəvət
 

Kişilərə ətir hədiyyə alarkən


İstər atanız, istər qardaşınız, istərsə də sevgiliniz üçün ətir alın. Kişi ətiri almaq asandır, onu seçmək çətin deyilmi? Alacağınız ətirin iyi onun xoşuna gəlməli, dəyişik olmalı, təəccübləndirməli, getdiyi hər yerdə istifadə edə bilməli, tərzini əks etdirməlidir. Ən yaxşısı budur ki, siz ön hazırlıqlara başlayın, sonra alış-verişə çıxın!
Əvvəlcə nələrdən istifadə edirdisə, onları nəzərdən keçirin. Əgər lazımdırsa, özünüzlə aparın və ona uyğun ətir seçin.
  • Vücud tipi çox vacibdir — quru, normal və ya yağlı.
  • Gecə, yoxsa gündüz istifadə etməsi üçün alırsınız? Buna da qərar verin.
  • Kişi dostunuzdan kömək istəyə bilərsiniz.
  • Eyni yaşda olan kişilərin ən sevdiyi ortalama ətirlərə internetdə baxa bilərsiniz. Bu şəkildə dəbdən də agah ola bilərsiniz.
  • Artıq üzərində durduğunuz bir ətir varsa, o zaman onu yanınızdakı bir kişinin üzərində qoxlaya bilərsiniz.
  • Ətirlər arasındakı fərqlərə bələd olun.
  • Ağır, yoxsa yüngül qoxu?
  • Mövsüm şərtlərini gözardı etməyin.
  • Cibinizə uyğununu seçin.
  • İdman, yoxsa klassik üslubdakı ətir?
Kimdən soruşursunuzsa-soruşun, kişilərə alınacaq olan hədiyyələr siyahısında mütləq ətir vardır!

7 şərh

Leyla
Kimin hansı hədiyyədən xoşu gəlirsə onu yazsın.Bəlkə siyashıya nəsə əlavə olunmalıdır?
Westsider

Kompüter, mp-3 pleyer)

Dior
Birdə kişinin axşam evə gələndə qadının onu üzü gülər qarşılaması və birdə deyinməməsi kişi üçün ən yaxşı hədiyyə ola bilər.
2ral
Hər bir kişi üçün ən yaxşı hədiyyə məhz budur.
Freddie
Apple Mac pro. Microsoft Office ilə bir yerdə :)))
bankir
Ac olanda 18-ci hədiyyə:-)
Adi vaxt isə mobil telefon istəyərdim.