Sevgili tapmağın yolları

  • Qadın
İstədiyiniz insanı tapa bilmirsinizsə, bu yolları təcrübədən keçirin. Birdən-birə kimdənsə xoşu gəlmək mümkün deyil. İlk görüşdən sevgi ancaq filmlərdə olur. Bəlli bir müddətdən sonra münasibətlər ciddi evlilik həyatına çevrilir. 

Münasibətləriniz heç cürə alınmırsa və sevgili istəyirsinizsə, ilk olaraq qarşı tərəfi yaxşı anlamalısınız. Dostluqla başlayan münasibətlər daha yaxşı inkişaf edir və təməli möhkəm olur. Çünki əvvəlcədən hər şeyi paylaşmağı öyrənirlər. 

İşin başqa bir tərəfi isə xanımlıq xüsusiyyətlərinizi həmin insana göstərə bilməkdir. Yəni, onda xoş təəssürat yaratmağı bacarmalısınız. Kişilər çox zaman qadınlardan yaxşı təəssürat və elektirik almaqdıqları üçün uzaqlaşırlar. Əgər münasibətlərinizdə hər ikiniz üçün potensial görürsünüzsə, duyğularınızı və hisslərinizi gizlətməyin mənası yoxdur. Çünki hisslərinizdən çəkinsəniz, bütün şansı əldən vermiş olursunuz. 

Hansısa kiçik hərəkətlərə ondan xoşunuz gəldiyini və sizi məmnun etdiyini hiss etdirin. Ona özünü təsdiq etməsi üçün vaxt və imakn verin. Qarşı tərəf sizdən aldığı cəsarətlə əlindən gələni edəcək. 

Özünü təsdiqlədikdən sonra ona qarşı hiss etdiklərinizi bir daha nəzərdən keçirin. Əvvəlcədən mənim bu insandan xoşum gəlmir demək əvəzinə ona şans verin və sonra düşünün. Bəlkə o, elə sizin daxtardığınız insandır. 

Unutmayın böyük sevgilər nifrətlə başlayır…

Müsbət aura yaratmaq üçün gülərüzlü olmaq yetərlidir. Bir-birinizi dinləməyi və paylaşmağı bacarmalısınız. Qarşıdakı insana həyatın sizinlə birlikdə daha yaxşı və nəşəli olduğunu hiss etdirmək vacib məsələdir. Bu həm də bir növ istedadır. Çünki insanlar onu xoşbəxt və yaxşı edən biri ilə olmaq istəyir. Sevginin ən böyük sirri və çətinliyi də məhz özünü qarşı tərəfə sevdirməkdir. Problemlərdən danışmaq əvəzinə həyatın sizə bəxş etdiyi anı yaşayın.
 
loading...

0 şərh