Geyiminiz nədən xəbər verir?

Dekoltelər qadınların şirfəsini açır. Qadınların geyimlərindəki dekoltelər onların daxili dünyanın izah edir.

ABŞ-ın klinik psixoloqu Dr.Jennifer Baugmgartner qadınların daxilində gizlənən arzu və ehtiraslarını geyindikləri geyimdə bəlli olduğunu yeni kitabında izah edib.

Dr. Baumgartner’a görə geyimlərində sinə dekoltəsinə üstünlük verən qadınlar, həyatlarında onları kontrol edən güc axtarışında olur.

Dr. Baumgartner geyimlərini həddindən artıq aksessuarlarla bəzəyən qadınların özünə inam əskikliyi olduğu deyir. Onlar zinət əşyaları ilə özünə diqqət çəkməyə çalışır. “Geyindiklərimiz daxili dünyamızda olan hər şeyi xaricə yansıdan güzgü kimidir. Duyğular və düşüncələr yataq otağındakı dolabda gizli qala bilər. Sadəcə, hiss etdiklərinizi geyimlərinizə gətirməlisiniz”.

Dr.Baumgartner hesab edir ki, ofisdə köynəyinin yaxasını yuxarıya qədər bağlayan qadınlar müdirlərinə ciddi və çalışqan olduğunu sübut etmək istəyir. Lakin qeyd edək ki, 2013-cü ilin dəbində ciddi, klassik və düymələri yuxarıya qədər bağlanmış köynəklər dəbdədir.

Kitabda yer alan digər gənc və və yaşlı qadınlar bir-birilə qarşı-qarşıya qoyulub. Çox qısa ətəkdə bayıra çıxan qadınlar ətrafdakıların diqqətini çəkmək istədiyi mesajını ötürür. Yaşlı qadınlar isə yaşını inkar etmək üçün qısa geyimlərdə küçəyə çıxır.  

0 şərh