Qadınlar nə istəyir?

  • Qadın
Kişilərin tez-tez özlərinə, qarşı cinsə verdikləri suallardan biri də budur: Qadınlar nə istəyir?
Qadınların istəkləri sonsuzdur. Biz ancaq 35-ini qeyd edə bildik, sizin də əlavələrinizi gözləyirik.
Qadınlar:

Kişilərin onlara vurulmağını;
Eşqinin ömür boyu yaşamağını;
Başa düşülməyini;
Və bunun ömür boyu davam etməyini;  
Gözəl olmaq;
Və ömür boyu belə qalmaq;
Hətta 80 yaşında da olsa, hamının onu cazibədar hesab etməyini;
Dünya müharibəsi də başlasa, evlilik ildönümünün unudulmamağını;
Qulluqçusunun qadın, sürücüsünün kişi olmağını;
Bağbanın kişi olmağını;
Günün 8 saatını yataqda, 8 saatını gözəllik salonunda, 8 saatını alış-verişdə keçirməyi;
Özünə 1 milyon dənə şeir yazılmağını;
Doğuşdan sonra bədən quruluşunun pozulmamağını;
İstədiyi cür yeyib-içib, amma kökəlməməyi;
Çiçəyə qulluq etməyi sevməsə də, həmişə kişilərin çiçək hədiyyə etməyini;
Balaca vaxtı “evcik-evcik” oyanıb, böyüyəndə evlənməyi;
İlk görüşün unudulmamağını;
Saman altından su yox, okean yeritməyi;
Onun uğrunda öləcək bir kişi;
Göydəki ayın yerə endirilib, boşqabda qarşısına qoyulmağını;
Dalbadal 100 dəfə orqazm olmağı, üstəlik bunu bacaracaq kişininin də mövcudluğuna inanır və buna çox normal istək kimi yanaşır;


Təzəsini almaq üçün ən təzə ayaqqabılarının da tez köhnəlməyini;
Paltar ütüləyən bir cihazın da ixtira olunmağını;
Sırf ərini əsəbiləşdirmək üçün “Bu gün seks istəmirəm” deməyi;
Ərinin ondan nəsə gizlətməməyini;
Qayınanasının tez ölməsini;
Siqaretini kişilərin yandırmasını;
Günahkarı olduğu avtomobil qəzalarında da haqlı çıxmağı;
90 kilo da olsa, bikini geyinməyi;
Ərinin pul qazanmasını, özünün isə bu pulu rahatca xərcləməsini;
Etməsə də, ərinə “yolunda saçımı süpürgə elədim” deməyi;
Zəng vurmağı yox, ona zəng edilməyini;
“Qadın və kişi bərabərdir” fikrini ciddi-cəhdlə müdafiə etsə də, hesabı kişilərin ödəməsini, avtobusda yer verilməsini;
İstənilməyəcək nə varsa, hamısını istəyirlər.
 

1 şərh

_BUMERANQ_
Əslində qadınların istəyi birdi. «Onların fikirlərini oxuyub nə istədiklərini biləsiz və ona görə davranasız.» :))