Hamiləlik zamanı yuxusuzluq

  • Qadın
Hamiləlik zamanı qadınların çoxunda ilk günlərdən yuxusuzluq müşahidə edilir. 2-ci üç aylığında bu hal keçib gedir və hamiləliyin sonuna yaxın yuxusuzluq qadınlar üçün yenidən ciddi problemlərdən birinə çevrilir.

Yuxusuzluğa “qalib” gəlmək üçün aşağıdakılara riayət edin:

— gərginlikdən uzaq olun. Gün ərzindəki yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur;

— siz gündüzlər yatmağa öyrəşmişsinizsə, bu adətdən bir neçə günlüyə imtina edin. Bu zaman gecə yuxusu daha dolğun olacaq;

— yuxudan əvvəl ağır yemək yeməyin;

— axşamlar zehni və fiziki əməkdən uzaq olun;

— yuxudan əvvəl çoxlu maye içməyin, dolu sidik kisəsi rahat yuxunun düşmənidir;

— yatağa girərkən bir fincan ilıq süd için (südün dadını xoşlamırsınızsa ona bal, darçın və ya şəkər əlavə edin). Ot dəmləməsi də içmək olar. Adi tonuslandırıcı çay və kofe qadağandır;

— yuxudan əvvəl suda bişmiş hindquşu tikəsi ilə buterbrod, ərik qurusu, badam, qoz, banan yemək olar (bu qida məhsulları təbii yuxugətirici “triptofanla” zəngindirlər);

— yataq otağı sərin olmalıdır. Otağın havasını yatmazdan əvvəl dəyişin.

Hamiləlik zamanı yuxugətirici dərmanlardan istifadə etməyin, lakin buna ehtiyac varsa, həkimlə məsləhətləşin.


 

0 şərh