Hamiləlik dövründə hansı musiqilərin faydası var

  • Qadın

Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.

Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının — nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.

Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.

Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir — sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.

Ana bətnində olan uşaq səsləri eşidir və bu səslərə müxtəlif reaksiya verir. Alimlərin fikirinə görə, musiqi ana bətnində olan körpənin inkişafına (xüsusilə onun beyninin inkişafına) çox müsbət təsir edir, hətta gələcəkdə onun zövgünün formalaşmasında böyük rol oynayır.

Araşdırmalar nəticəsində məlum olub ki, Mosart və Vivaldi kimi dahi bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinin xoşuna gəlir, onları sakitləşdirir.

Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına üstünlük verin. Hər hansı melodiya körpənin xoşuna gəlməyə bilər (siz bunu körpənin «davranışından» başa düşəcəksiniz).

Klassik melodiyaları arasında mütəxəssislər bu melodiyaları tövsiyə edirlər:

— Mosart «Simfoniya N40»

— Betxoven «Sonata N14»

— Şubert «Ave Mariya»

— Vivaldi "İlin fəsilləri" («Времена года»)

— Çaykovski "Şelkunçik", «Yatmış gözəl»

— Şopen «Noktürn-sol-minor»

— Qaydn «Sonatalar»

— Qlinka «Ruslan və Lyudmila»

— Bokkerini «Minuet».

Hamilə qadınlar üçün mütəxəssislər tərəfindən hazırlanmış xüsusi musiqi disklər  buraxılır.

Təbii ki, zövqünüzə uyğun olan digər klassik melodiyaları seçə bilərsiniz.

Həmçinin ana körpəsinə beşik mahnıları oxuya bilər — ananın səsi körpə üçün ən yaxşı melodiyadır.

Təbiətin səsləri (yağışın, okeanın, quşların, meşənin səsi) də həm uşağa, həm də anaya müsbət təsir edir.

0 şərh