Hamiləlikdə ürəkbulanma

  • Qadın
Hamiləliyin xüsusən ilk aylarında müşahidə olunan ürəkbulanmalarını azalda biləcək içkilər, şirələr və dəmləmələr kifayət qədər effektivdir. Bu vasitələri sizə təqdim edirik.

1. Alma şirəsi.
2. Badam südü. Çox faydalı içkidir, orqanizmi möhkəmləndirir, sakitləşdirir.

Hazırlanması:
— 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).
— Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.
— Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.
— Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.
— Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik. Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.

3. Limonlu su. İlıq suya 1/2 limon sıxın və kiçik qurtumlarla için. Suya bal da əlavə etmək olar.

4. Kokos suyu

5. Alma sirkəsi, su və bal qarışığı.
1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için. 6. Bananla smuzilər. 7. Nanəli çay. 4-5 təzə nanə yarpağı 1 fincan qaynar suda dəmləyin və qəbul edin.

vib.az

0 şərh