Ana südünü azaldan vasitələr

  • Qadın
Ana südünü azaldan vasitələrdən adətən süddən ayırma zamanı istifadə olunur, lakin onlardan həmçinin süd ehtiyatının çoxaldığı fövqəladə hallarda, ənənəvi tədbirlər effektiv olmadığı zaman istifadə oluna bilər. Əgər siz süddən kəsmə prosesində deyilsinizsə, bu vasitələrlə ehtiyatlı olun! Əgər nəticəni görməyə başladınızsa, həddi aşmayın.

Ada çayı
Süd ehtiyatını azaltmaq üçün, ¼ çay qaşığı qurumuş adaçayını (Salvia officinalis) 1-3 gün ərzində, gündə 3 dəfə qəbul edin. Təzə adaçayını tərəvəz şirəsinə qarışdıra bilərsiniz. Siz həmçinin onu digər qidalara da qarışdıra bilərsiniz. Məsələn, şorbanıza qata bilərsiniz.

Süd ehtiyatını azaltmaq məqsədilə adaçayı çayı hazırlamaq üçün, 1 çay qaşığı qurumuş adaçayını 1 fincan qaynar suda (və ya 20 qram qurumuş adaçayını 50 ml qaynar suda) dəmləyin. 5-15 dəqiqə dəmləndikdən sonra, gündə 2-6 dəfə 1 fincan için. Çayın əvəzinə, gündə 3-6 dəfə, 30-60 damcı adaçayı cövhəri də içə bilərsiniz.

Kələm
Süd ehtiyatını azaltmaq üçün, kələm yarpaqlarını da döşün üzərinə qoymaq olar. Bir daha təkrar edirik, əgər süddən ayırma prosesində deyilsinizsə, ehtiyatlı olun.

Jasmin
Süd axınını azaltmaq üçün digər effektiv müalicə üsulu, əzilmiş jasmin (Jasminum sambac) çiçəklərini döşlərin üstünə çəkməkdir. Araşdırmalar bu üsulun effektivliyini göstərmişdir.

Digər bitkilər
Süd ehtiyatını azalda bilən digər bitkilər: yarpız (Mentha piperita), nanə, cəfəri (Petroselinum crispum), cincilim, dalayan gicitkən (süd ehtiyatını artıran gicitkən yox), boymadərən, Robert ətirşahı (Geranium robertianum), müalicəvi melissa, oreqano, cəzayir bənövşəsi (Vinca minor), turşəng (Rumex acetosa).

Adaçayı, yarpız, nanə, melissa, oreqano və kələm yarpaqlarının sıxılmasından alınan cövhərlərin hamısını yağlarla qarışdıraraq, südün azalması üçün massaj yağları hazırlamaq olar. Yarpız efir yağı, ənənəvi olaraq süd ehtiyatının azaldılması üçün istifadə olunub. Yarpızlı çay yalnız böyük miqdarlarda içildikdə, süd ehtiyatını azalda bilər. Bəzi qadınlar, süd ehtiyatını azaltmaq üçün güclü nanə və yarpız konfetlərindən uğurla istifadə ediblər.

Müəllif: Kelly Bonyata
Mənbə:www.kellymom.com
Tərcümə: Xumar Ərşadlı

0 şərh