Hamilə xanımlar hansı kosmetik məhsullardan istifadə edə bilməz?

  • Qadın
Hamiləlik dövründə makiyajı qadağan etmək doğru deyil. Çünki qadın həyatının hər mərhələsində daha gözəl görünmək istəyir. Lakin hamiləlikdə kosmetik məhsul seçimində xüsusilə diqqətli olmalısınız. Hamilə xanımlar kosmetik məsulların tərkibini nəzərdən keçirib sonra almalıdırlar.

Paraben
Kosmetik məhsulların istifadə müddətini uzatmaq üçün onların tərkibinə «paraben» adlı maddə əlavə olunur. Aparılan araşdırmalar göstərir ki, paraben xərçəng əmələ gətirən maddələr siyahısındadır. Hormon balansında dəyişikliklərə yol açan parabenin ana bətnindəki körpəyə də zərər verdiyi təsdiqlənib. Paraben tərkibli məhsullardan hamiləlik dövründə uzaq durun.

Metilbenzen
Dırnaq məhsullarında istifadə edilən metilbenzen toksik maddədir. Hamiləlikdə immunitet sistemini bu cür mənfi təsirlərdən qorumaq üçün tərkibində həmin maddənin olduğu kosmetik məhsullardan imtina edin.

Ftalat
Lak və ətir kimi məhsulların tərkibinə qatılan ftalatların əsas xüsusiyyəti onların istifadə müddətini uzatmaqdır. Ftalatlar kimyəvi maddələr arasında yer aldığı üçün tərkibinə bu maddə əlavə olunmuş məhsullardan istifadə etməməlisiniz.

Formaldehid
Formaldehidlər saç baxım məhsullarının böyük qismində istifadə edilir. Bu maddə zəhərlənməyə yol açacağı üçün təbii saç baxım məhsullarından istifadə etmək sizi bu riskdən uzaqlaşdıracaq.

P-feniledediyamin
Xüsusilə, saç boyalarında və digər saç baxım məhsullarında istifadə edilən p-feniledediyamin zəhərlənmələrə səbəb olan və xərçəngə yol açan maddələrdir.
 
loading...

0 şərh