Qadınları xoşbəxt edən 9 şey

  • Qadın
Duyğularını bəzən gizlədən, bəzən də hisslərini göstərməkdən çəkinməyən qadınları xoşbəxt etmək təsəvvür etdiyimiz qədər çətin deyil. Qadınların ən xoşbəxt olduğu an “brilliant üzüyü” barmağına taxdığı gün olduğunu düşünürsünüzsə yanılırsınız. Əslində onları cəsarətləndirmək üçün sərvətə ya da son dəqiqə alınan hədiyyələrə ehtiyac yoxdur.

“Kədərli” olduqları anda belə qadınları sevindirən 9 şey

1. Əslində tək ehtiyacları çiyindir!
Kədərli olduğunu anlayıb həmin an qadının yanında olan yoldaş ona hədsiz xoşbəxtlik bəxş edir.

2. Sevdiyi insanlar
Sevdiyi bir insanın müvəffəqiyyətini görmək qadını hədsiz sevindirir. Yadınıza salın ki, ibtidai sinifdə yazını anana göstərdiyin zaman o necə sevinirdi?

3. Sən arıqlamısan?
Bu sehirli cümlə ürəkdən və qəflətən deyildiyi zaman qarşısındakı qadının xoşbəxt olması qaçınılmazdır. Bir qadını xoşbəxt etmək bax bu qədər asandır.

4. İlk “Ana” kəlməsi
Körpəsindən eşidəcəyi o ilk “ana” kəlməsi qadını xoşbəxt etmək üçün kifayətdir.

5. Xüsusi günləri unutmayın!
Bir qadını xoşbəxt etmək üçün xüsusi günləri unutmaq olmaz. Bu zaman kişilər, diqətli olmalıyıq. Əgər tarixləri yadda saxlamaqla bağlı problemimi varsa, bu zaman xüsusi təqvimlərdən istifadə etməliyik.

6. Sadəcə rahatlıq!
Qadın həm də anadır, bunu unutmayaq. O ailəsini rahat və birlikdə gördüyü an xoşbəxt olur.

7. Alış- veriş etmək
Hər qadının özünü rahat hiss etdiyi yeganə yer təbii ki, “şopinq” üçün gedilən mağazalardır. Onlar üçün xoşbəxtlik bəzən yenilikdir.

8. Bəzən bir dəstə çiçək..
Qadını xoşbəxt etmyin ən yaxşı yollarından biri də onlara bir dəstə çiçək almaqdır. Qəflətən onlara tərəf uzadılan bir dəstə çiçək onların simasında təbəssüm yarada bilər.

9. Hazırladıqları yeməkləri tərifləyirsinizmi?
Hər qadın, bişirdiyi yemək bəyənilsə də, bəyənilməsə də mütləq “əllərinə sağlıq” cümləsini gözləyir. Qadınların könlünü xoş tutmaqdan heç kimsə heç nə itirməz. Elə deyilmi?

0 şərh