Qırmızımtıl və ya çəhrayı ana südü

Bəzən analar sinələrindən gələn südün qırmızımtıl çalarda və ya çəhrayı olmasından narahat olurlar. Bu zaman nə edəcəklərini bilmirlər- əmizdirməyə davam etməkmi, yoxsa süd normal rənginə qayıdana kimi fasilə verməkmi? Ana südünün qırmızı olmasının iki səbəbi ola bilər:

1. Döşdə və ya gilə daxilində qan kapilyarlarının partlaması ana südünü qımızımtıl rəngdə olmasına səbəb ola bilər. Ana südündə az miqdarda qanın olması ciddi problem deyil. Lakin anada qan vasitəsilə körpəyə keçə biləcək xəstəliyin mövdculuğu bu halda istisnadır. Ana südünə keçən cüzi qan südün rənginə təsir edə bilər. Ana südündə qanın çoxluğu körpədə qusmaya səbəb olsa belə ciddi narahatlığa səbəb yoxdur. Bu halda həkim və əmizdirmə məsləhətçisinin məsləhətini almaq tövsiyyə edilir.

2. Serratia marsescens adlı bakteriyanın ana südündə olması səbəbi ilə südün qızmızı və ya çəhrayı olmasını izah etmək mümkündür. Bu bakteriya adətən zərərsizdir. Əksər hallarda bu bakteriyaya uşaqların mədə-bağırsağında rast gəlmək mümkündür. Bəzi kəskin hallarda sidik və tənəffüz yollarında, yaralarda infeksiyalara, konyuktivit, sətəlcəm və meningitə səbəb ola bilər. Araşdırmalara görə bu bakteriya otaq temperaturunda saxlanılan ana südündə artaraq qırmızımtıllıq və ya çəhrayıllıq yarana bilər. Adətən bu cür rəng dəyişməsini analar gecədən qalan südsağanda, əmzikli şüşələrdə və üzərinə süd tökülmüş dəsmalda görə bilərlər.

Serratia bakteriyasının ana südündə az miqdarda mövcudluğu adətən körpəyə heç bir ziyan yetirməz, orta miqdarda körpədə narahatlğa, kəskin miqdarda isə ciddi xəstəliklərə səbəb ola bilər. Bu bakteriya daha çox vaxtından əvvəl doğulan körpəyə zərər yetirə bilər. Lakin yadda saxlamaq lazımdır ki, əgər körpə ana südünü bir başa ananın sinəsindən alırsa, ona keçən azsaylı bakteriyalar heç bir ziyan etməz. Lakin südsağan və əmzikli şüşədə müəyyən müddət qalan süd bu bakteriya üçün münbit şərait ola bilər. Ana südünün və ana südü ləvazimatlarının soyuducuda saxlanılması həmin bakteriyaların artmasına və südün rəngini dəyişməsinə mane ola bilər.

Həm ana, həm də körpənin sağlamlığını qorumaq üçün rəngi dəyişmiş və təzəcə sağılmış südlərin hər ikisi həkim tərəfindən müayinə olunmalı və körpədə infeksiyaların mövcudluğu yoxlanılmalıdır. Heç bir zaman həkim təhlili olmadan körpənizə rəngi qırmızımtıl və ya çəhrayı olan südü verməyin. Serratia bakteriyası ilə təmasda olan bütün avadanlıq və ləvazimatlar lazımlı şəkildə sterilizasiya edilməlidir. Düzgün aparılan sterilizasiya tədbirləri körpənin bakteriyanın xoşagəlməz və zərərli təsirindən qorumağa əsasdır.

Müəllif: Alex Forrester

Mənbə: www.infantrisk.com

0 şərh