Kişini qadına bağlamağın yolları

  • Qadın
1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

xoşbəxt gənc ailə2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.

4. Kitab oxumağı vərdiş halına gətirin. Bir neçə hekayə oxuyun, yaddaşınızda saxlayın, evə gələrkən çay içərkən danışmağa başlayın. Hətta hekayənin əvvəlindən bir az danışın gerisini kitabdan oxumağa başlayın. Amma bunu edərkən həyat yoldaşınıza dərs vermək vəziyyətinə gətirməyin. Hələ dini mövzularda bir müəllim kimi danışmaqdan istifadə etməyin. Əks halda həmin dəqiqə həyat yoldaşınızdan «başıma müəllim kəsildin» sözünü eşidə bilərsiniz.

5. «Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin.

6. Ara-sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin

7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin.

8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin.

9. Bəzi axşamlar gəzməyə, alış-verişə, çöldə gəzməyə, yeməyə çıxın.

10. Özünüzdən, öz problemlərinizdən bəhs etməyin. Bir müddət həyat yoldaşınızın xoşbəxtliyinə vaxt ayırın. O xoşbəxt olarsa, sizin hüzurunuz da yaxşı olacaq.

11. Şikayətlərdən uzaq durun. Əksık olan şeyləri, dəyişdirilməsi lazım olan əşyaları hələlik gündəmə gətirməyin. Kişilər xüsusilə də əlavə xərcin çıxmasından narahat olurlar.

12. Uşaqlarınız varsa, onların təhsili, problemləri, həyata hazırlanmaları kimi atanın üzərinə düşən vəzifələri xatırladın.

Həmçinin bax:

 

xoşbəxt kişi və qadın

 

Xoş rayihəli ətirləri sərfəli qiymətə almaq və seçmək indi çox asandır:
Qadın ətirləri
Kişi ətirləri

10 şərh

kastanka

Hamısı özü-özlüyündə çox faydalı məsləhətlərdir.ama niyə birtərəfli yanaşma olur həmişə ailə münasibətlərinə mən anlamıram.Əslində kişi qadına şəfqət və nəvazişlə yanaşmalı onun nazını çəkməlidir ki, qadının ürəyi açılsın ki, ərinin üzünə gülümsəsin.


Bütün bunların olması üçün kişi ilə qdın arasında sevgi məhəbbət olmalıdır.Əgər əsl məhəbbət varsa  bütün bu sadalananları da özü ilə birlikdə gətirəcəkdir.Heç nə məcburi olammalıdır.Xüsusən də ailə münasibətləri.Hərşey insanın içindən gələrək etməsi lazımdır.Yalandan gülümsəmək də olmur.Bir dəfə iki dəfə sonra bunu süni olduğunu anlayıb bezəcək hər ikisi.Bütün ailələrə səadət və əmin-amanlıq arzulayıram.Allah yeni qurulan ailələri möhkəm etsin.Ümidləri boşa çıxmasın.amin.

Ferbara

4-cü mənə padşaha hər gün bir nağıl danışan Şəhrizadı xatırlatdı.


10-cu ilə heç razı deyiləm.


11-ciyə bir əlavə etmək istəyirəm. Kişilərin ən zəhləsi getdiyi şey evə gələn kimi ac qarına arvadın gün ərzində baş verən problem və şikayətləri eşitməsidi. Əgər arvad kişiyə nəsə demək istəyirsə, bunu həyat yoldaşına çörəyini, çayını verəndən sonra yavaş-yavaş desin. Bir də arvad kişinin hər hansı məsələni yerinə yetirməyini, həll etməyini istəyirsə, ondan tələb etmək, onunla dilbədil olmaq əvəzinə xahiş edərək, pişiyim-pişiyimlə desə istədiyinə daha tez nail olar.

2ral
Kişiyə «pişiyim-pişiyim» demək? Maraqlıdır:)
Ferbara
«Pişiyim-pişiyim» biz tərəfdə nəvazişlə danışmaq mənasındadı. ))
Ferbara
O demək deyil ki, arvad ərinə «pişiyim» deyir. Bu sözü «nəvazişlə danışmaq» sözünün sinonimi kimi yazmışdım. :)
Əliyev
«Pişim-pişim» deyildiyini eşitmişəm,amma «pişiyim-pişiyim» yox.Amma fərqi yoxdur,əsas odur ki,ərini xoş sözlə çağırasan.
Əliyev
Yuxar;da yazılanlara kiminsə əlavəsi yoxdur?
Ferbara
Nə deməyimizi istəyirsən?
Aynur
13. Az qeybət edin.
ayxansevda
Məcburiyyət olmasa yaxşıdır, amma yenə bunları məcbur etmək olar. ziyanın görmərik deyə düşünürəm