Qadınların kişilərdə xoşlamadıqları

Qadınların kişilərin bəzi hərəkətləri, davranışları və geyim tərzləri üçün xoşlanıb xoşlanmadıqlarını açıqlayan bir sorğu keçirilib və ortaya bu təəccüblü nəticə çıxıb.
Ağ şalvar: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan çəkinin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80′li illərin "Miami Vice" zamanlarında qaldı.
Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyən varmı? Əgər varsa əsla geyməyin.
Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parlayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər vaxt təmiz olsun.

Rəngli linza: Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl dayanır ola bilər, amma əhəmiyyətli olan təbii gözəllikdir… Ayrıca qadınlar orijinal kişilərdən xoşlanar.
Həddindən artıq əzələli bədən: Həddindən artıq əzələli bədənli kişiləri də sevmir qadınlar. İdman salonunda 500 kilo ağırlıqla bench press edən kişilər əsla seksual deyil.

Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi təqdir edərsiniz ki, həddindən artıq göbəkli kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hərhalda. Siz istəmirsinizsə hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşu gəlmir.

Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da bədəni təmiz olan kişiləri cazibədar sayırlar.. Tər qoxusu isə böyük bir təhlükədir qadına yaxınlaşmağınızda.

Sarı dişlər: Unutmayın ki, siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə dərhal buraxın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın.

Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi ya da nanəli saqqız işinizə yarayacaqdır.

Şalvardan görünən paltar: Bəli, indi beli aşağı şalvarlar dəbdədi, amma heç bir qadın şalvarın altından alt paltarınızın görünməsini istəməz.

Qızıl zinət əşyası: Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikiri: "Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır." Barmaq qalınlığında qızıl bir boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.

Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri, onun təmizkar olduğu fikrini yaradaraq qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri və altı qara dırnaqlarla bəzənmiş bir əli heç bir qadın tutmaq istəməz.

Burun tükü: Nəfəs alarkən tozun qaçmasını maneə törədən bu faydalı tüklər təəssüf ki, burundan fışqırma nöqtəsinə vardıqlarında qadınları iyrəndirməyə başlayırlar.

Uzun bığ: Üzün şəklinə görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə havanızı dəyişdirəcək, amma bunların uzunluğuna diqqət yetirməlisiniz. Bir qadının qarşısında burma bığlarınızla şorba ya da ayran içirsinizsə halınız xarab!

Kürək tükləri: Apolet kimi uzanmış çiyin tüklərini və kürəkdəki kürk mantonu atmaq məcburiyyətindəsiniz. Çünki istisnasız bütün qadınlar bunlardan nifrət edir. Qadınlar bir tük yumağına sarılmaq istədikləri zaman yataq otaqlarında baş tərəfə qoyduqları peluş ayıya sarıla bilərlər.

Slip çimərlik geyimi: Amerika sahillərində slip geyən bir kişi görüldüyündə belə deyərlər: "Ya Alman ya da …" Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərini yox etməlisiniz.
 

3 şərh

elshad

mövzuya xanımlar öz fikirlərin bildirsələr daha maraqlı oıar .

burla xatun
Xanımlar daha nə fikir bildirsin? Yazılıbdır hər şey))
elshad
bəzi fikirlər var ki bəzi  xanimlar həmin fikirlərlə razilaşmaz