Qadınlar nə istəyini özləri də bilmir

Bir şəhərdə xüsusi bina açılır. Orda hər bir qadın özünə istədiyi kimi ər seçə bilər. Binada 6 mərtəbə olur. Hər mərtəbəyə uyğun da kişi tipi olur. Bunu bilən bir qadın həmin binaya getmək istəyir.
Binanın girişində şərtlər yazılıb:
1. Bu binaya cəmi bir dəfə gələ bilərsiniz.
2. Hər mərtəbədə oradakı kişilərin xüsusiyyətləri yazılıb. Əgər onlar sizi qane etmirsə, yuxarı mərtəbəyə qalxa bilərsiniz.
3. Geri qayıtmaq olmaz.

Birinci mərtəbəyə qalxan qadın oxuyur: «Bu kişilərin yaxşı işi var və onlar Allahı sevir».
Qadın bir qədər fikirləşib növbəti mərtəbəyə qalxır. 2-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər». Qadın o biri mərtəbəyə qalxır.

3-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər və çox gözəldirlər». Qadın bu dəfə də razı qalmır və növbəti mərtəbəyə qalxır.
4-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər». 5-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər və çox varlıdırlar».
Qadın 5-ci mərtəbədə dayanmaq istədi. Lakin növbəti mərtəbəyə qalxmaq istəyi ona burda dayanmağa imkan vermədi və o, altıncı mərtəbəyə qalxdı.
Altıncı mərtəbədə belə bir yazı var idi: « Siz bu mərtəbəyə çıxan № 4363012 adamsınız. Burda heç bir kişi yoxdur. Bu, tənha qadın üçün olan mərtəbədi. Bu mərtəbə ancaq bir daha sübut etməkçindir ki, qadınları sona qədər razı salmaq olmur. Sizə xoş gün arzu edirik».

Həmçinin bax:
Qadınlar nə istəyir?

5 şərh

SHATENKA407
biz beləyik dəə
cahandar
Bütün qadınları eyniləşdirməyək!!!
MaksiMuS
axirki boynunuza aldiniz :)))
ayxansevda
4363012 bu nə rəqəmdi statistik məlumatdı? :))) maraqlıdı o biri mərtəbələrdə neçə qadın olar görəsənr?
cahandar
Çox istəyən azdan da olar belə yerdə deyiblər.Ancaq qadınları belə də ucuzlaşdırmayaq.Faiz baxımından azlıq təşkıl etsədə fərqli qadınlar da var.Kaş o mərtəbələrdən birində «burdakı kişi həyat yoldaşına sadiq,qadınına sonsuz hörmət edəcək imanlı və idarə ediləcək imkanı olan birisidir olardı.düşünürəm ki özünə qiymət verən Qürurlu XANIMLAR bu mərtəbədə gerisini düşünmədən ayaq saxlayardılar.