Kişilərin eşitmək istəmədiyi 10 ifadə

  • Qadın
Bütün kişilər gözəl sözlər eşitmək istəyir. 
İstər qadınlardan, istər dostlarından, istər müdirlərindən, istər yol polisindən...
Amma bəzən istədiklərini eşitmirlər. 

1- "Bu gecə olmaz"
Qadınların kişilərə verəcəyi ən böyük cəzalardan biri yataqla bağlıdır. Kişilər "bu gün olmaz" ifadəsinə nifrət edirlər.

2- "Danışmalıyıq"
Bu cümləni qadınlardan dünyanın harasında olursa olsun, eşitsəniz mənası eynidir. Nəticə - dava-dalaşdır.

3- "Məndə bir dəyişiklik hiss edirsən?"
Qadınlar detallara varmağı sevirlər. Kişilər bəzən bu xırda detallara fikir vermirlər. Qadının özündə etdiyi dəyişiklikləri (saçın rəngi, yeni paltarlar və s.) vaxtında görmək lazımdır.

4- "Onunla yatmısan?"
Bu sualı eşitdinizsə, deməli onu aldatmısınız və müharibə hələ qabaqdadır.

5- "Bir az kişi ol"
"Kişi deyiləm ki?"- deyə özünüzə suallar verməyin. Lazım olan vaxtı lazım olanları etmədiyinizə görə bu cümləni eşidə bilərsiniz...


6- "Hamiləyəm"
Aydaaa... Bu hardan çıxdı?

7- "Bu gün anamgilə gedək?"
Qayınana-gəlin gərginliyi kişilərdə də var. Ona görə kişilər qayənanasıgilə çox getmək təklifini bəyənmirlər.

8- "Zəhmət olmasa maşının sənədlərin təqdim edin"

Cərimələr onsuz da çoxdur. Yol polisinə yaxalanamaq adamın bir həftəsini burnundan gətirə bilər. Ona görə kişilər bu cümləni də eşitməkdən xoşlanmırlar.

9- Yataqda başqa kişinin adı eşitmək
Bütün insanlar yuxuda danışa bilərlər. Xanımınız, sevgiliniz yuxuda olanda tez-tez başqa adamın adını çəkirsə, bu çox pis əlamətdir.

10- "Kökəlmişəm?" və yaxud "arıqlamışam?"
Qadınlar çəki məsələsində çox həssasdırlar. Bir qram kökələn kimi və yaxud arıqlayan kimi kişilərin zəhləsin tökməyə başlayırlar. Tez-tez güzgü qabağında dayanıb yuxarıdakı sualları səsləndirirlər. 

 

Xoş rayihəli ətirləri sərfəli qiymətə almaq və seçmək indi çox asandır:
Qadın ətirləri
Kişi ətirləri

7 şərh

Aysel218
maraqli idi///tesekkurler
MaksiMuS
6ciyla razi deyilem. 5 ve 9cudaki ifadeni deyenin menim evimde yeri wubhe altindadi… umumen yaxwidi.maraqli topikdi.
Xrizoberil
))) kişi — «kişi kimi» kişi olarsa, heç bunları da eşitməz. bir az kobud səslənsə də mənim fikrimdir.
MaksiMuS
Qadin var kiwi ona baxanda kiwiliyi yaddan cixir:) kiwideki KIWILIYI sözun herfi menasinda qadin oyatmalidi:)
cahandar

Düşünürəm bunlar vecsiz ailəsini sevməyən kişilərə aiddir.Mənə görə kişi xanımına anlaşıqlı davranmalı onu hər sahədə anlamalıdır.1-ci bənddə səbəb üzürlü isə anlayışlı kişi acıqlanmaz,2-cidə kişinin xanımı qarşısında gizli qaranlıq işi yoxdursa onda da acıqlanmaz,3-cüdə kişi xanımını sevirsə ondakı hər dəyişikliyi hiss edər və sevdiyi varlığa komplementi özü edər,arıqlayıb ya kökəlib onu sevirsə 1 dəfə deyər mənə görə önəmi yoxdur(qadın gözəl görünməyə özü çalışmalıdır),hamiləlik xanımını sevən kişi üçün ən gözəl xəbərdir.Arzuolunmaz olsa da kişi üçün fərqi olmamalıdır xanımın istəyinə görə planlaşdırmalıdırlar ki,necə etsinlər.


Topikə görə təşəkkür ancaq bu faktlar həqiqətdir nə yazıq ki,əksəriyyət kişilər üçün məhz bu bəndlərdə qeyd olunduğu kimidir və təəssüflər olsun ki,bütün bunlar xəyanətin başlanğıcıdr.Qeyri sağlam ailənin təməlidir.

beyaz_gulum
hm bezi suallarin hec yeri yoxdu.ne bilim)
girl_moon
Uşaqla bağlı problem yaşayan o qədər ailələr olur ki, indi 6-cı sözü eşitmək istəyən  kişilərin sayı çoxalıb.