Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Kişini necə əldə etməli?

Bəyəndiyinizn kişinin sizə diqqət etmsini istəyirsinizsə, yazılanlara əməl edin. Məsləhətlər sayəsində istədiyinizi əldə etmək mümkün olacaq.  Bəyənidiyiniz kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin. 

Yaxın olun 
Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığnı təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq. 
Davamı →

Dar şalvarların zərərləri


Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur. Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.
Ardı →

Anaların ən yaxşı bildiyi 20 şey

Analar əvəzolunmazdıDostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız “usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: “Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl fəlakətdir.

Analar “axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. “Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub “5 dəqiqə də yatım, duracam”, — deyib yenidən yatacaqsınız. Bircə ananıza “Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala  bilirlər.


Ardı →

Aldadılan qadınların intiqamı

Aladadılan qadın mütləq intiqam alır...

Qadınlar ilk olaraq xəyanətin qoxusunu hiss edirlər. Daha sonra şübhələrin arxasınca gedirlər. Aldatıldığından şübhələnən qadını durdurmaq mükün deyil. 

Kişilər niyə xəyanət edir? Bütün kişilər xəyanət edirmi? Xəyanət edən kişi vicdan əzabı çəkirmi?

Bu kimi sualları başqa bir vaxta saxlayıb aldadılan qadınların nə etdiklərindən danışacağıq.
Kişilər xəyanət etdikləri zaman bunu sevdiyi qadından gizli qalacağını düşünsələr də, xəyanətləri bir gün ortaya çıxır. Qadınlar əvvəlcə şübhələnir və daha sonra başlarına gələn ən pis şeyin izinə çıxırlar. Qadınları şübhəyə salan məqam kişinin davranışındakı dəyişiklikdir. 

Ona olan diqqətini itiribsə, dalğın, gərgin və stresslidirsə, deməli, nəsə var… Heç bir səbəb olmadan əsəbi davranır, hətta mənasız davalar belə çıxara bilir. Bundan başqa huzursuz olur və cinsi istəkləri də azalır. Evə gəldikdə isə mobil telefonunu yanından ayırmır və gələn zənglərə ehtiyatla yanaşır. Ya da evə gəldikdən sonra telefonu səssiz rejimə qoyur. Bəziləri isə telefonu söndürür. Məşhur bir psixoloqun yanına gələn qadınlardan biri isə “Telefonu alt paltarında gizlətdiyini gördüyüm zaman məni aldatdığını anlamışdım”  deyib. Qısası, qadınlar bunu yaxşı hiss edirlər. 
Ardı →

Kişilərin heyran olduğu qadınlar

Şirin qızlar: Həmişə pozitiv düşünən, şən görünən qızlar şirin və ağıllı olur. Hər zaman xoşbəxt göründüyü üçün kişilər onlarla ciddi gələcək haqqında düşünməyə başlayır. Adətən gözəl olmasalar da, şirinlikləri ilə baş döndürürlər. 

Bərabərhüquqlu: Bu qadınlar əsl feministdilər. Bu qadınlar kişilərlə eyni hüquqa malikik və eyni maaşı alırıq lakin hesabı hər zaman mütləq kişilər ödəməlidir deyə düşünür.  Bu qadınlar kişilərlə eyni cərgədə durmaq üçün heç bir fürsəti əldən vermir və ağılları ilə kişiləri özünə cəzb edir. Münasibətlərdə məsuliyyətin 50 fazinin öz üzərinə düşdüyünü fikirləşirlər. 
Davamı →

Hamiləlik zamanı idmanın faydaları

Hamiləykən məşq etmək əhəmiyyətlidir. Hamiləlik müddətində edilən idman qadınla bərabər körpə üçün də çox faydalıdır. Məşğul olduğunuz idman növünə diqqət edin.

Yoga
Yogadaki bəzi mövqelər hamiləlikdə qətiyyən edilməməlidir. Bu səbəblə dərsləri yalnız hamilələrə xüsusi yoga dərsləri verən təcrübəli müəllimlərdən götürməlisiniz. Bu dərsləri hər yerdə çox asanca tapa bilərsiniz. 
Ardı →

Tarixin ilk qadınları

Gender probleminin ən çox müzakirə edildiyi bir dövrdə yaşayırıq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını, müqayisəsini və çək-çevirini görürük. Əbədi olaraq bir-birinə yoldaş, dost olan bu iki varlıq həm də əbədi rəqiblərdir. Halbuki həm elmi, həm dini baxımdan qadın və kişi anlayışı bir mahiyyətdə birləşir. 
Bəs niyə bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür? 
Ardı →

Qadın tipləri

qadin tipləri1. Bəxtsizlər – bu kimi qadınlar adətən universiteti fərqlənmə ilə bitirir və siqaret çəkirlər. Söhbət zamanı danışıqlarına və işlətdiyi ifadələrə diqqət edirlər. Başlarına nə gəlməsindən asılı olmayaraq, hər şeydən nəticə çıxarmağı bacarırlar. Onlar makiyaj etməyi sevmir. Çox zaman kişilər tərəfindən tərk edilirlər. Buna görə də spritli içkilərə düşkün olurlar. 

2. Gülən üzlü xanımlar – həyatın hər bir anında gülməyə və hər bir şeydən zövq alamağa çalışırlar. Eyni zamanda çox duyğusal olurlar. Ən adi hadisələrdən belə kövrəlib ağlayırlar və hələ də nağıllara inanırlar desək, yanılmarıq. Bu tip qadınlar kişilər tərəfindən asanlıqla güldürülə bilir. Bundan başqa serial həvəskarı olurlar. 
Davamı →

Dodaq boyasının rəngi nədən xəbər verir?

Diqqət çəkən qırmızı və ya göz qamaşdıran çəhrayı...
dodaq boyalarıDodaqlarında fərqli rəngləri təcrübədən keçirməyi xoşlayan qadınlar var. Lakin qadınların kişilər üçün də bəzəndiyini unutmaq lazım deyil. Bunu nəzərə alıb kişilərin sevdiyi pomada rəngləri öyrənək.

Taylor Swiftin klassik qırmızı pomadası  – Bu, “Mənə baxın rəngidir”. Bütün diqqətləri üzərimdə hiss etmək istəyirəm deməkdir. Rəfiqələrinizlə bir yerdə oturub və kimləsə tanış olmaq istəyirsinizsə, əsl qırmızı axtardığınız rəngdir. 

Blake Livelynin odlu çəhrayı pomadası – Bu rəng klassik və romantik çəhrayı tonlarına daxil deyil. Bu rəngdə daha çox punk, rok ulduzu və məcara axtaran insanların ruhu var. Bu sizin fərqli olmaqdan qorxmadığınızı əks edən rəngdir. Bu rəng pomada çəkən qızlar yaxşı musiqi dinləyir və romantik şahzadə deyil.

Ronney Maranın tünd bənövşəyi pomadası – Bu riskli olmaqdan qorxmuran deyən cəsur qadınların rəngdir. Bir az fərq yaradan qadınlardan olduğunu göstərir. Qaranlıq və ikinci mənası yoxdur. Sadəcə fərqliliyi sevənlər üçün idealdır. 

Jennifer Lopezin təbii dodaq boyaları – Dəri ilə eyni rəngdə pomada çəksəniz, uzun müddət soyuq yerdə qalmış bir adama ya da cəsədə bənzəyəcəksiniz. Bu rəng çox sıxıcıdır. Neytral rəngli dodaqlar qadınları gözəl göstərmir. 

Kristen Dunstın açıq narıncıı pomadası – Bu, “Fanta istəyirsən?”  sualını xatırladır. Yəni, bu rəngdə pomada çəkən qızların fərqli və əyləncəli xarakterə malik olduğu anlaşılır. Həmçinin özünə güvənin də yüksək olduğu düşünülür. Yeni şeyləri təcrübədən keçirməyi xoşlayaırlar. 

Lady Gaganın metalik pomadası  – Bu gənc qızlara aid pomadadır. Yəni, yetkin yaşda və ciddi həyatı olan bir qadının bu pomadadan istifadə etməsi düzgün deyil və onları bəsit göstərir.
Davamı →

Kürən xanımlarla bağlı inanclar

Kürən qızlarla bağlı əfsanələrin bəziləri gülməli, bəziləri qəribə, bəziləri isə alçaldıcıdır…

kurən1. Öldükləri zaman vampirə çevrilirlər – bu gülməli bir yunan əfsanəsidir. 

2. Aybaşı zamanı hamilə qala bilərlər – bu məntiqsiz və boş əfsanəyə bu gün də inananlar var. Bu əfsanənin yaranma səbəbi bəlkə də qısqanc insanların cahil uydurmalarıdır. 

3. Şansızdrılar – Qədim Misirdə çox geniş yayılan bir inancdır. Bunu aradan qaldırmaq üçünsə qurban verirdilər.

4. Çox əsəbidirlər – başqa bir əfsanə də onların əsəbi olması haqqındadır. Amma bəlkə də həqiqətdir. Bəlkə də sarışınlardan daha əyləncəli olduqdarı və kürənləri gözdən salmaq üçün deyilən fikirlərdir. 

5. Arılar kürən qızları daha çox sancır. Bu əfsanə də həqiqət ola bilər. Alimlər bunu təsdiq etməsə də, nənələr bunun gerçək olduğunu iddia edir. 

6. Kürən saçlar oğurlanmış cəhənnəm alovudur. Çox sərt sözlərdir. İspaniyada yüzlərlə kürən saçlı qızları cadugərliklə məşğul olduğu bəhanəsi ilə yandırıb və öldürüblər. 
Ardı →