Qadınların əleyhinə yazılmış qanunlar
Qadın hüquqlarını müdafiə qrupu “Equality Now” müxtəlif ölkələrdə qadınların əleyhinə yazılmış qanunları toplayıb.
Məsələn, Hindistanda ər arvadını zorlaya bilər. Ölkə qanunvericiliyində belə bir maddə var: “Kişinin yaşı 15-dən aşağı olmayan arvadına qarşı zorla seksual əlaqəyə girməsi və ya zorakı seksual xarakterli hərəkətləri zorlama sayılmır”. Bununla da, Hindistan evlilikdə zorlamanı qanuniləşdirmiş olur.
Belə bir qanun Sinqapurda da qüvvədədir. Sadəcə, orada 13 yaşdan yuxarı olan evli qadına əri tərəfindən zor tətbiq edilməsi zorlanma hesab olunmur. Bahamda isə bu yaş 14-dür.
Malta və Livanda isə qadın qaçırıla bilər. Məsələn, Maltada qadın oğurlanaraq qaçırılırsa və kişi onunla evlənirsə, bu, məqbul hesab edilir. Bu zaman kişiyə qarşı cinayət işi açılmır. Amma gərək qadını qaçıran kişi onunla məhkəmə prosesindən əvvəl evlənmiş olsun. Livanda da buna oxşar qanun layihəsi var. Əgər qadın zorlanar və ya qaçırılarsa, məsuliyyətdən onunla evlənməklə qaçmaq mümkündür. Bu cinayətin baş verməsindən 5 il sonra cütlük ayrılarsa, bu zaman ittiham qaldırıla bilər.
Ardı →