Misiri dəyişdirən qadın - Nefertiti

 Nefertiti haqqında heç kim heç nə bilmirdi. Onun sirri 1858-ci ildən sonra açıldı. I Dünya müharibəsi ərəfəsində, alman arxeoloqları Misirdə qazıntılar zamanı bir neçə qədim predmet tapıb, alman muzeylərinə tədqiqat üçün göndərdilər. Onların içində qutu kimi daş lövhə var idi. Berlində bu lövhə birdən-birə dönüb Nefertitinin büstünə çevrildi. Sən demə, bic arxeoloqlar şübhə doğurmasın deyə, büstü gümüşü kağıza büküb üstünü gipsləyiblər ki, diqqət çəkmədən onu Misirdən çıxarsınlar. Bu fakt aşkar olunan kimi böyük qalmaqal qopdu və almanlara Misirdə qazıntı aparmaq qadağan olundu. Amma, dəyərli sənət incisi, e.ə. XV əsrdə usta Tutmesin hazırladığı büst hər cür tərifə və qurbanlara laiq idi. Nefertitinin zərif, irəli çıxmış incə buxağı, sivri burnu, qeyri-adi uzun boğazı bəşəriyyətə yeni gözəllik etalonu gətirdi: Nefertiti gözəlliyi.

Kimdir Nefertiti?

NefertitiBir mülahizəyə əsasən onun atası şəhzadə Eye, anası fironun sarayındakı tərbiyəçi və süd anası qadın Teyadır. Amma saray əyanları Amenxotepdən Nefertitinin onun qohumu olmasını gizlədiblər. Buradan da digər versiya yaranıb və Qədim Misirin rəsmi sənədlərində bu fakt qeyd olunub: Nefertiti Kiçik Asiyada yerləşən Mitanni dövlətinin şəhzadəsidir.  O, hələ III Amenxotepin zamanında iki dövlət arasında sülh nişanəsi olaraq, əvəzinə onlarla ton qızıl, gümüş, fil sümüyü başlıq verilərək Misirin Fiv şəhərinə gətirilmişdir, Qızın əsl adı Taqupena idi. Onun adını dəyişib misircə “Nefertiti” qoyub, firon hərəmxanasına göndərdilər. Nil sahilini gözəllərinə bənzəməyən qeyri-adi üz quruluşu,  gözəlliyi və məsumluğu onu hamıdan fərqləndiyindən firon onu adi hərəmlərdən ayırıb, saray qadınları sırasına qatmışdı.
III Amenxotep öləndən sonra taxta keçən oğlu, 18 yaşlı IV Amenxotepin ixtiyarına bütün saray qadınları da keçdi. O isə yüzlərlə qadının içindən 15 yaşlı Nefertitini seçdi. Hamı bu məhəbbətə əyləncə kimi baxsa da Amenxotep fikrində daha qəti olub, Nefertiti ilə evləndi. Deyilənlərə görə, Nefertiti 15 yaşı olmasına baxmayaraq çox ağıllı, dünya görüşlü, yaxşı nitq qabiliyyəti və siyasəti olan qadın idi. Onun bədəni yetkin qadından daha çox yeniyetmə oğlan bədəninə oxşayırdı. Firona daha gənc, yəni 8-10 yaşlı, qanında firon qanı axan qızlar təklif olunduqca o, arvadına daha çox bağlandı və hərəmxananın yolunu birdəfəlik unutdu.
O zaman Misirdə orta yaş həddi 28-30 arasında idi və qadınlar 20 yaşında artıq yaşlanmış hesab olunurdular.
Nefertiti 7 yaşından eşq-məhəbbət, intim münasibət dərsləri keçmiş və bu işlərdə özünəməxsus fəndləri var idi. Və illər keçdikcə Nefertiti qocalmaq bilmirdi, əksinə, daha da cavanlaşıb, əvvəlki təravətində qalırdı.
Səhər-axşam sevimli arvadı ilə əl-ələ gəzən, hətta orduya baxış keçirən firon az qala Misirdə təkarvadlılıq qanunu çıxaracaqdı. İlk dəfə idi ki, fironun arvadı diplomatik görüşlərdə iştirak edir, ali kastanın iclaslarında qərarlar qəbul edərkən məsləhət verirdi. Firon heç kimdən çəkinməyən Nefertiti ilə məsləhətləşirdi. Qədim Misir barelyeflərində bu xoşbəxt ailənin az qala hər bir saniyəsi əks olunub. Fironun Nefertitini öpməsi səhnəsi qədim dünyanın ilk erotik rəsmi hesab olunur.
IV Amenxotep Misirdə dini reforma edən ilk firon kimi tarixə düşdü. O, kahinlərin dövlət işlərinə çox qarışdığını görüb, bu hökmranlığı məhdudlaşdırmaq qərarına gəldi və yeni din, yeni Allah olaraq ali Aton-Ranı təyin etdi və hamını ona səcdə etməyə çağırdı. Özü də adını dəyişib, Exnaton qoydu. Yeni din, Amon-Ra, yəni Günəş Allahını hər şeydən üstün və əzəli hesab edirdi. Əslində bu din Misirdə təkallahlılığın ilk işartıları idi.
Exnaton Misirin paytaxtı Fivdən çıxıb, ayrıca şəhər saldırdı, orada Allahının şərəfinə möhtəşəm məbədlər, saraylar tikdirdi və çoxsaylı bütləri, heyvan başları olan heykəlləri yığışdırtdı. Hər yerdə gur şəfəqlərini saçan günəş diskinin rəsmləri əks olunmuşdu. Exnaton xalqını bu dinə inandırmağa çalışaraq, əsrlərlə kök salmış kahin kastasına qarşı əsl müharibəyə çıxdı. Mənbələrin yazdığına görə, Exnatonu bu reformalara təhrik edən elə arvadı Nefertiti idi. Çünki, qadın əslən ari olduğuna görə onun ölkəsində bütlərə yox, təkallahlılığa inanırdılar. Nefertiti bu yolda ərinin yeganə məsləhətçisi və köməkçisi idi. Heç kim bu qadına qarşı çıxmağa cürət etmədi. Firon hamını, hətta kahinləri də həm özünə, həm də arvadına səcdə etməyi əmr etdi. Saraylarda, heykəllərdə, qablarda- hər yerdə Nefertitinin profildən əksi çəkilmişdi və onun büstləri bütün Misiri bəzəyirdi.
Nefertitinin qadın xoşbəxtliyi uzun çəkə bilərdi, amma tale ona oğul anası olmaq şərəfini qismət etmirdi. Bütün Misir gözləyirdi. Firon hər dəqiqə ölə və öldürülə bilərdi və onda taxt boş qalacaqdı. Exnaton başqa heç bir qadınla əlaqədə olmadığından onun hərəmxana qızlarından oğul övladının olması müşkül məsələyə çevrildi. Nefertiti özü ərinin varisini dünyaya gətirməyə qərarlı idi. O vaxt qadınlar uşaq dünyaya gətirmək üçün xüsusi olaraq iki kərpicin üzərinə çıxar və kahin-mamaça qadının kürəyindən tutardı. Nefertiti düz 7 dəfə bu kərpiclərin üzərinə çıxdıqca, Atona yalvarırdı ki, oğlu olsun. Ancaq o, 6 qız dünyaya gətirdi. Yeddinci qızı isə doğularkən ölmüşdü.
Saray əhli planlar qurdu və fironla arvadının arasını vurmaq üçün hər şeyə əl atdılar. Kef məclislərinin birində Exnatonu hərəmxanaya yenicə gətirilmiş, həddən artıq gözəl və bakirə kölə Kia ilə tanış etdilər. Təzəcə ana olmuş Nefertiti isə hələ yataqda idi. Amma firon ilk və əbədi məhəbbətini asanlıqla unuda bilmədi. Exnaton hərəmxana divarları arasında çox darıxırdı. Kiadan tez doyan firon Nefertitinin yanına qayıtdı. Nefertiti xəyanəti qadın qüruruna sığışdırmadı. O Exnatondan soyudu. Kia Exnatonu qızışdırmağa və Nefertitiyə qarşı qaldırmağa başladı. Qəzəbli firon Nefertitini saraydan qovdu, onun əlindən xəzinənin açarlarını aldı, saraydakı büstlərini sındırtdırdı və onun şəkillərinin çəkilməsinə qadağa qoydu. Kianın bütün günü deyinməsi və aravurması Exnatonu özündən çıxardı və o, Kianı hərəmxanaya qaytardı. Kia etiraz etdi, səs-küy saldı, amma geriyə yol yox idi. Özündən çıxmış Kiyanı cəzalandırmaq üçün qandalladılar və o, fironu həmişəlik itirdiyini anladı.
Hələ də oğul varisi olmayan Exnatonu xilas etmək üçün Nefertiti siyasət işlətdi. O,  üçüncü qızı Anxesenamonu Exnatona təklif etdi. Əlbəttə, indiki zamanda bu addım bizə və vəhşi görünə bilər, amma o dövrdə belə hallar adi qəbul olunurdu.
Nefertiti özü qızına fironun qəlbini ələ almağın sirlərini öyrətdi. Amma bu hekayənin də sonu kədərli bitdi. 9 yaşlı  Anxesenamon  firona oğul bəxş edə bilmədi və 3 ildən sonra dul qaldı. Firon Exnatonu sui-qəsd nəticəsində öldürdülər. 11 yaşlı Anxesenamon  yeni firon Tutanxamona ərə verildi. Kahinlər yenidən camaatıAmon-Raya itaətə vadar etdilər. Paytaxt  Fivə köçürüldü. Aton-Ra Exnatonla birgə unuduldu. Yavaş-yavaş Nefertiti də yaddan çıxdı. O, ərinin saldığı Axenaton şəhərini tərk etmədi.
Rəvayətə görə, Nefertiti 29, digər mənbəyə əsasən isə 32 yaşında vəfat edib. O, dünyadan köçənə kimi gözəlliyini itrmədi. Onun ölümündən sonra  Exnaton və Nefertitinin rəsmləri pozduruldu, heykəlləri, büstləri sındırıldı. Nefertitinin qızlarına analarının adını çəkmək belə qadağan olundu. Amma bəşəriyyətin qədim gözəllik etalonu, Misir səhralarından yenidən doğuldu Və Nefertitinin profildən rəsmi bu gün də dünyanın ən şah əsəri hesab olunur.

 
loading...

2 şərh

BaRLeLiTa
marağlı məlumat idi..əllərinizə sağlığ
gulya1
tewekkur edirem maraqli melumat idi