Kira Naytli

Kira NaytliKira Naytli (Keira Christina Knightley) 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onunanadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri — anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə,onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur.

Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə də artist ailəsində dünyaya göz açması onun bu arzusunu reallaşdırmağına kömək edirdi.

Hələ üç yaşında olarkən valideynlərində olduğu kimi, onun da şəxsi agenti olmasını istəyir. Valideynləri dərslərini yaxşı oxuduğu zaman Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. 

Balaca Keira tərs, inadkar və istədiyinə nail olan uşaq olduğu üçün dərslərini yaxşı oxuyur. Baxmayaraq ki, sözləri oxumaqda çətinlikçəkilən xəstəlikdən – disleksiyadan əziyyət çəkirdi. Lakin Keira bütün səyi ilə çalışır. Məktəbdə fərqlənməyi sevir və bacardığı qədər digərlərindən seçilir. Məktəb tətillərində isə artistlik dərslərini öyrənir. Onun səyi layiqincə qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi agenti olur.

O, 8 yaşında ölkəsində televiziya filmlərində oynamağa başladı. “A Village” (“Kənd”, 1994), “Innoccent lies” (“Günahsız yalan”, 1995), “Treasure Seekers” (“Dəfinə axtaranlar”, 1996) və “Coming Home” (“Evə gələn”, 1998) kimi müxtəlif filmlərdə rol aldı. 1999 cu il də “Star Wars” (“Ulduz savaşları”) filminin ilkində Kraliça Amidala’nın yerinə keçən Sabe rolunda oynadı. Makiyajları tamamlandığında Padme Amidala rolunu oynayan Natalie Portman’la özünü anaları belə bir-birilərindən ayıra bilməmişdi.

Daha sonra aktrisanın çəkildiyi ilk ciddi rolu İngiltərə serialı “Oliver Tvist” olur. 2002-ci il də “Bend it like Bechkam” (“Bekham kimi oyna”)filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir və aktrisaya unudulmaz şöhrət gətirir. Keira 2002-ci ildə daxil olduğu məktəbdəki təhsilini yarımçıq qoyub, özünü bütövlükdə kinoya həsr edir.

2003-cü ildə amerikan prodüsser Jerry Bruckheineer ona “Pirates of the Carribean: The Curse of the Black Pearl” (“Karib dəniz quldurları: Qara Mirvarinin Lənəti”) filmində baş rollardan birini verdi. Johnny Deep ve Orlanda Bloom’ la oynadığı bu film ilin ən çox izlənilən filmlərindən biri olur. Həmin ildə romantik komediya janrında olan “Love actually” (“Həqiqətən sevgi”) filmində rol aldı.
Keira Knightley2004-cü ildə onun növbəti filmi “Kral Artur” olur. Aktrisa rolu üçün 3 ay ərzində həftədə 4 gün ox atıcılığı və at minmə dərsləri aldı. 2005-ci ildə “Jaket” filminə çəkilir. Bu filmdə aktrisanın tərəf müqabili Adrien Brody olur.

Elə həmin il Tony Scot’un rejissor olduğu, Domino Harvey adlı muzdlu qatilin həyatına əsaslanan “Domino” döyüş filmində rol aldı. Film indiyə qədər Naytlinin ən böyük kritik iflasa uğraması olmuşdur. Aktrisanın ən uğurlu filmi 2005-ci il istehsalı olan “Pride and Prejudice” (“Qürur vəQərəz”) filmidir. Bu filmlə o, Oskara namizəd olmuşdur. 2006-cı il də Knightly, AMPAS-a (Kinofilm İncəsənət və Elmlər Akademiyasına) dəvətedildi. Və eyni ildə “Pirates of the Caribbean: Dead Man’s Chest” (“Ölü adamın sandığı”) filmin davamına çəkilir. Aktrisa 2007-ci ildə 3 əsas filmdə baş rola çəkildi. İlk olaraq Allessandro Barriconun romanı əsasında çəkilmiş “Silk” (“İpək”) filmi olur.

İkinci film Mc Evanın romanına əsaslanaraq çəkilən “Atonoment” filmi idi. Knightly bu filmdəki rolu ilə “Ən yaxşı dramatik aktrisa” kateqoriyasında Golden Globes və Bafta mükafatlarına namizəd olur. Ardınca “Pirates of the Carribean: At World’s End” (“Dünyanın sonu”) filmi olur.

Knightly 2008-ci ildə nümayişə girməsi gözlənilən “TheEdge of Love” (“Sevginin kənarı”) filminin heyətinə qatılır. Filmdə Cillian Murphy və Sieanna Miller də iştirak etməkdə idi. Bu filmin ssenarisini Keiranin anası Sharman Macdonald yazmışdır. Macdonald Keira üçün Caitlin rolunu yazsa da, aktrisa Vera rolunu oynamağı seçim edir.

Naytlinin növbəti filmi 2008-ci istehsalı olan “The Duchess” (“Duşes”) filmidir. Filmdə 18-ci əsr ingilis aristokratlarından olan Georgiana Cavendish’in həyatından bəhs olunur. 2010-cu ildə Naytli üç müxtəlif filmdə baş rol oynadı. “Last Night” (“Son gecə”), “Never let me go”(“Məni heç vaxt tərk etmə”) və “London Boulevard” (“London bulvarı”).2011-ci ildə aktrisa, psixoanaliz dünyasının iki böyük nümayəndəsi olan Sigmund Freud və Carl Jung bioqrafiyasından bəhs edən “A Dangerous Method” (“Təhlükəli üsul”) filmində rol alır.

2012-ci ildə aktyor Steve Carell ilə “Seeking a Friend for the End of the World” (“Qiyamət günü üçün dost axtarıram”) dramında rol alır. Bundan əlavə o, “Anna Karenina” filmində də baş rol ifaçısı olmuşdur. Kira film haqqında bunu demişdir: “Bu, inanılmaz dərəcədə çətindir. Əlbəttə ki, roman çox gözəldir, amma həcmi çox böyükdür və onu filmdə əks etdirmək çətin məsələdir. Ümid edirəm ki, bu işimiz də uğurlu olacaq.”
Bir müddətdir rok musiqiçisi James Righton ilə birlikdə olan Naytli 28 yaşında dünya evinə girdi. 
Mənbə: «Film Fiction» jurnalı 
 

1 şərh

Diamonds
Aktrisanı Pirates of Caribbean filmindən tanıyıram və çooox bəyənirəm.Amma digər filmlərinə baxmamışam.Çox sağ olun.