Naomi Uotts

İngiltərəli aktrisa Naomi Uotts:Naomi Uotts
Rol almaq üçün rejissorla yatmaq vacib deyil...
Bəzən mənə elə gəlir ki, xoşbəxtlik Hollivudun daha bir uydurmasıdır...

Həyatda hər bir şeyin öz səbəbi var. Əgər insan istəsə, onu tapacaq...
Deyə bilərəm ki, bəxtim hardasa gətirib. İlk böyük uğuru on üç yaşımda qazandım, bu yaşda insan, əslində, kim olduğunu dərk etməyə başlayır.

Kino sınaqlar – təhqiredici və alçaldıcı bir şeydir. Səni üzünə baxmayan insanların yanına salırlar və bəlkə də, yarım il məşq etdiyin səhnəni oynamağına yalnız beş dəqiqə vaxt verirlər. Bu heç də xoşagələn proses deyil.

Zaman keçdikcə, bütün bunlar dərin yaralara çevrilir və elə bir vaxt gəlib çatır ki, qadir olduğunu, sadəcə, göstərə bilmirsən. Buna gücün çatmır. Məhz bu səbəbdən, Devid Linçin mənim üçün etdiyini heç vaxt unutmayacağam. Məni “Mulholland Drive”ın sinaqlarına çağıranda elə də yaxşı formada deyildim. Ancaq o, mənim yorğunluğumun, məyusluğumun və qəzəbimin arxasında gizlənən istedadı görə bildi.

Rol almaq üçün rejissorla yatmaq vacib deyil.
İndiyə qədər Linçin məni niyə seçdiyini anlaya bilmirəm. Linç özü də bunu heç vaxt deməyəcək. O, çox qapalı insandır – qapalı və mövhumatçıdır. Mən çox şey ehtimal edə bilərəm: məsələn, onun dayəsinin adı Naomu olub. Ola bilsin, adımı da bir əlamət kimi qəbul edib.
Əlamətlər, simvollar və işarələr sənin həyatında həmişə var. Lakin bütün bunlar əhəmiyyətsiz şeylərdir, qətiyyən fikir verməyin.

Həyatda seçim edir və qərar verirsən, fəqət həyatda başqa bir şey də var – tale.

Oğlan uşağı kimi böyümüşəm. Uşaqlıqda daim qardaşımın dostları ilə əylənirdim. Ağaca dırmanır və onlarla əsgər-əsgər oynayırdım. Ancaq mən yenə də qadınam və dostları kişilər olan qadınları heç vaxt başa düşmürəm.
İyirmi yaşıma qədər bədən quruluşum, xarici görünüşüm məni tamamilə maraqlandırmayıb.
Karyeramın başlanğıcında agentlərdən birinin mənə dediyi cümləni indiyə qədər xatırlayıram: “Zamanın uçması sizi narahat etmir? Sizə elə gəlmirmi ki, çox tez qocalırsınız?” Mənim o vaxt otuz yaşım vardı. Anlayırsınız, otuz!

Amerikada populyar bir fikir var, demək olar ki, qanun: qırx yaşına adlayan aktrisa heç vaxt əsas rolda çəkilməyəcək. Ancaq Avropada başqa cürdür. Elə Katrin Denyova baxmaq kifayət edir. Odur ki, qocalmağın qarşısını almaqdansa, mən bu səfeh qanunları dəyişməyə çalışıram.

Kamera qarşısında soyunarkən əziyyət çəkirəm. Bunu qadınla etmək, əlbəttə ki, daha asandır, nəinki kişi ilə. Sən qadına sakitcə: “ehtiyatlı ol, burada sellülitim var” deyə bilərsən.

Əgər səni baş verəcəklər qorxutmursa, bəlkə, heç başlamayasan?...
Həyatımın ən yüngül yataq səhnəsi – “Mulholland Drive”dakı səhnədir, çünki burada qadınla idim. Nə utanırdım, nə sıxılırdım.

Həyatda ən çox həqiqətləri söyləməkdən qorxuram...
Ağrı Yer üzündə ən vacib şeydir. Bu hissi yaşadıqdan sonra həyatda hansısa yollardan keçdiyini iddia edə bilərsən.
İndicə açılacaq qapını döymək lazım deyil.
Mənim uşaqlığım lobya yeməklə keçib. Elə zamanlar olub ki, ailəmiz başqa bir şey almaq iqtidarında olmayıb. İndi mən qara kürü də yeyə bilərəm. Lakin siz heç vaxt məni qara kürü yeyərkən görməyəcəksiniz. Lobya – bax bu mənim yeməyimdir.
Наоми Уоттс
Əgər bir kişi məni güldürməyə nail olursa, deməli, o mənim ürəyimə gedən yolun yarısını keçib.

Avstraliyalılar üçün mən həmişə ingilis olaraq qalacam. İngilislər üçün də həmişə avstraliyalı olacam.
Avstraliyanın hər şeyini sevirəm – oranın günəşi daha işıqlı, ulduzları daha təmizdir.
Lon-Ancelesə gələndə siqaret çəkməyə başladım. Bura o qədər tənha şəhərdir ki, bəzən siqaret yeganə ünsiyyət vasitəsinə çevrilir.

Mədəniyyətimiz bizi ölümdən qorxmağı öyrədir. Ancaq mənə elə gəlir ki, biz ölüm haqda daha çox şey bilsək, həyata daha çox dəyər verməyə başlayarıq.

İblislərimi qovmağa çalışmıram, onlarla razılığa gəlməyi üstün tuturam.

Bəzən mənə elə gəlir ki, xoşbəxtlik Hollivudun daha bir uydurmasıdır.
Son vaxtlar dram janrı məni daha çox cəlb etməyə başlayıb, çətin ki, məni romantik komediyada görəsiniz...
İldən-ilə remeyklərin sayı artır. Bizim ideyalarımız tükənir. Buna görə, hamımız cəhənnəmdə yanacağıq.
“Kinq-Konq”dan sonra özümə söz verdim ki, bir də qaçmaq, hoppanmaq, yıxılmaq kimi səhnələr tələb olunan filmlərdə çəkilməyəcəm. Lakin bu uşaq dünyaya gətirmək kimi bir şeydir. Doğuş zamanı özünə söz verirsən ki, bir daha uşaq dünyaya gətirməyəcəksən. Ancaq verdiyin sözü çox tez unudursan.

İstəyirəm ki, övladlarımın həyatı səyahətlərlə zəngin olsun. Onlar artıq kifayət qədər ölkədə olublar. Əminəm ki, bu səfərlərdən onların xoş xatirələri qalıb.
Lon-Ancelesi tərk edib harasa uçmağı qərar verdiyim an, mütləq kimsə peyda olur və mənə yeni iş təklif edir.
Bu gün mən artıq uşaqlarımın bəyənəcəyi bir filmdə çəkilmək istəyirəm.

Məşhur olmağın öz müsbət cəhətləri var. İndi mən nə geyinmək, hansı evdə yaşamaq istədiyimi və hansı rolu seçəcəyimi dəqiq bilirəm. Məşhur olanda insan özü haqda daha çox şey öyrənir.

Düzgün insan həmişə daha seksual görünür.
Aktyorun işi rolun içində itib-batmaqdır.
Şahzadə Diana obrazını canlandırdığımdan sonra ətrafımdakı hamı yenidən britaniyalıya bənzəmədiyim barədə danışmağa başladı.
Həyatda ən çox qorxduğum şey ədalətin bərqərar olmasıdır.


Tərcümə: Aytən Cavanşir

0 şərh