Şakira

Şakira Isabel Mebarek Ripoll 2 Fevral 1977-ci ildə Kolumbiyada anadan olub. Qısaca Şakira kimi tanınır. Livan əsilli Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisadır.

90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, Pop, Latin Pop, Pop Rock, Latin Rock kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 2 dəfə Grammy, 7 dəfə Latin Grammy, 22 dəfə Billboard Latın Musiqi Mükafatını qazanmışdır.

Sadəcə studiya albomları dünya səviyyəsində 75 milyondan artıq satılmışdır. Bu rəqəm ümumi musiqi albomları ilə bir yerdə 100 milyondan artıq olar.

Təkcə Amerikada albomları 10 milyona yaxın satılmışdır. Ən çox albomu satılan Kolumbiyalı müğənnidir. Hips Don't Lie sinqlı 20 milyondan çox satılaraq son 10 ilin ən çox satılan sinqlı olmuşdur.

2010-cu ildə səsləndirdiyi Dünya Kuboku musiqisi olan Waka Waka 5 milyondan artıq satışla ən çox satılan Dünya Kuboku musiqisi olmuşdur. Musiqi Youtubeda 215 milyondan artıq baxış sayıyla üçüncü ən baxımlı klip olmuşdur. Shakira Amerika, Avstraliya və İngiltərədə ən çox yüksələn Cənubi Amerikalı müğənnidir.



0 şərh