Ədəbiyyat, diplomatik karyera arzusu və kino…

Fransanın ən məşhur aktrisalarından biri olan Fanni Marqerit Jyudit Ardan 1949-cu ilin 22 martında Somyur şəhərində anadan olub. Onun atası süvari zabiti olduğundan Fanninin ailəsi İsveçrə, İspaniya və İngiltərə kimi ölkələri çox erkən yaşlarından səyahət etmiş və həmin ölkələrin kral ailələri ilə yaxından tanış olmuşdur. Fanninin atası tezliklə Monoko sarayında aparıcı vəzifəyə təyin olunur. Ailə də həmin şəhərə köçmək məcburiyyətində qalır. Gələcəyin aktrisası on yeddi yaşlı Ardan katolik liseydə təhsil almağa başlayır. Elə həmin liseydə də o, şəhzadə Qreys Kelli ilə çox yaxın rəfiqə olur. Onlar ciddi ədəbiyyat mütaliə edir və rus ədəbiyyatı ilə dərindən maraqlanırlar. Lev Tolstoyun, Turgenevin və Dostoyevskinin əsərlərini mütaliə edirlər.

Lakin, ədəbiyyata olan marağına baxmayaraq, Fanni atasının yolunu davam etdirmək və diplomatik karyera qurmağa hazırlaşır. Liseyi bitirdikdən sonra Fanni Fransaya geri dönüb Provansa Universitetində politologiya üzrə təhsil almağa başladı. Təhsil almaqla yanaşı onu dünya kinosu və teatrı da cəlb edirdi. Nəhayət Fanni Jana Perimonun aktyor kurslarına yazıldı. O, ilk dəfə 1974-cü ildə teatrda Pyer Kornellinin əsəri olan “Polievkt” dramındə rol aldı. Bundan başqa aktrisa televiziyada çəkilən tamaşalarda da kiçik rollar çəkilirdi. 1975-ci ildə Fanninin Dominiko Leverddən olan qızı Lumir dünyaya gəldi.

Məşhur rejissoru sehrləmək və…
Bir müddət sonra Fanni Dominikodan ayrıldı. 1976-cı ildə çəkilmiş “Marinin gəlincikləri” filmi ilə o, kinoda ilk debütünü edir. Daha sonra isə 1979-cu ildə “İtlər” filminə çəkildi. Lakin, bu filmlərin heç biri aktrisaya mükafat və dünya şöhrəti gətirməsə də, onun sonrakı yaradıcılığına gözəl başlanğıc oldu. Məsələ bunda idi ki, Fannini televizorda görən rejissor Fransua Trüffo onun ehtiraslı cazibəsinin sehrinə düşmüşdü. Bu sehr Trüffonu aktrisa ilə yaxından tanış olmağa vadar etdi.

Beləliklə onların arasında fırtınalı roman başlandı. Fransua bu erudisiyalı, qara saçlı, qaynar gözlü qadına vurulmuşdu. Tezliklə o, Fanniyə “Qonşu” filmində baş rolu həvalə etdi. Məhz həmin filmdə Trüffo ona lazım olan güclü, canlı, yumorlu qadın qəhrəmanını tapdığını deyirdi. Fanninin həmin filmdə tərəf müqabili təcrübəli aktyor Jerar Depardye idi. 1982-ci ildə aktrisa həmin filmdəki Matilda Boşar roluna görə Fransannın milli film mükafatı olan “Sezer”ə namizəd seçildi. 1981-ci ildə Ardan Fransua Trüffonun sonuncu arvadı olur. Bəzi mənbələrin məlumatına görə məşhur aktrisa heç kimlə qanuni nigah bağlamamışdır. 1983-cü ildə Trüffonun lentə aldığı “Nəşəli bazar” filmindən sonra Fanni Trüffoya Jozefina adlı bir qız övladı hədiyyə etdi. 1984-cü ilin oktyabr ayında isə böyük rejissor beyin xərçəngindən dünyasını dəyişdi.

Müsahibələrinin birində Fanni Trüffo ilə iş prosesi haqqında deyir “Fransua mənə filmin sinopsisini verdi. Mən heç bir dialoqdan ibarət olmayan ssenariyə nəzər yetirdim. Trüffo məndən soruşdu: Hər hansısa bir sualın var? Mən cavab verdim ki- yox. Beləcə hər dəfə o mənə nəsə bir sualım olduğunu soruşanda,mən yox cavabını verirdim. O, isə sevinclə deyirdi: İlahi necə də gözəldir”.

Karyerada qəfil yüksəliş…
Trüffonun ölümündən sonra Fanni hər janrlı filmlərdə oynamağa hazır idi. Çünki rejissorlar və tamaşaçılar onu hər zaman dramatik və ciddi rolların mahir ifaçısı kimi tanıyırdı. Sonrakı on illikdə o, “Ailə məsləhəti”, “Ailə”, “Avstraliya” kimi filmlərdə rol alıb Alen Rene, Andre Delvo, Folker Şlendorf kimi görkəmli rejissorlarla işlədi.

1990-cı ildə aktrisa üçüncü dəfə qız anası oldu. Onun Fabio Konversi ilə olan münasibətindən dünyaya gələn qızı Baladinin doğulmasından bir müddət sonra o, Fabiodan ayrıldı. 90-cı illərin ilk vaxtlarında Fanni Ardanın aktrisalıq karyerasında elə bir ciddi dəyişiklik baş verməid. 1994-cü ildə çəkilmiş olan “Polkovnik Şaber” və 1995-ci ildə lentə alınmış “Sabrina” filmlərindən başqa. 1996-cı ilin əvvəlləri aktrisanın karyerasında fasilə yaransa da, tezliklə rejissor Patris Lekontonun “İstehza” filminə çəkildi. Film çox böyük uğur qazandı. Aktrisa ən yaxşı qadın roluna görə çoxdan azuladığı “Sezar” mükafatına layiq görüldü. Film isə “Kann Kino festivalı”nda fərqli kateqoriyalar üzrə mükafatlar qazandı. Daha sonra isə həmin film “Oskar” mükatafına namizəd görüldü.



Arzuolunan mükafatdan sonra aktrisa daha həvəslə işləməyə başladı. 21-ci əsrdə “Yelizaveta” 1998, “Rasputnik” 2000, “Allahdan xəbər yoxdu”, “Əbədi Kallas” 2001, “8 qadın” 2002, “Paris mən səni sevirəm” 2006 kimi filmlərə çəkildi.

“8 qadın” filmində Katrin Denöv və başqa məşhur fransız aktrisalarla tərəf müqabili olan Fanni yaxın rəfiqəsi olan Denövlə bir filmə çəkilməkdən çox sevincli olduğunu dilə gətirir.

Cəsarətli açıqlama,məhkəmə qorxusu və üzrxahlıq…
Lakin, Fanni Ardanın həyatında xoşagəlməz məqamlarda baş verdi. Belə ki, o, 2007-ci ildə məhkəmə stulunda oturmaqdan güclə qurtulur. İtalyanın sol yönümlü terror təşkilatı olan “Qırmızı briqada”ya olan simpatiyasını publika qarşısında dilə gətirən aktrisa həmin təşkilatı “maraqlı və təccüblü fenomen” adlandırır. Həmçinin təşkilatın lideri olan Renato Kurçonu öz qəhrəmanı hesab etdiyini açıqlamaqdan da çəkinmir. Bu qalmaqallı açıqlamadan sonra aktrisanı sevən böyük tamaşaçı kütləsi əsl şok yaşayır. Aktrisa məhkəməyə verilir. İtliya Parlamentinin kəskin narazılığı ilə üz-üzə qalan aktrisa publika qarşısında üzrxahlıq etsə də 2007-ci ildə “Venesiya Film festivalı”na getməkdən imtina etməyə məcbur olur.

Altmış dörd yaşlı aktrisa hal-hazırda bir sıra filmlərə çəkilməklə yanaşı teatrtda olan işini də davam etdirir.

2008-ci ildə “Toz və qan” filminin ssenarisini yazan aktrisa filmi ekranlaşdırmaqdan çəkinməyib özünü rejissor kimi də sınayır. Filmin büdcəsi üç milyon evro təşkil edir. Fanni Ardan şəxsi həyatı və ailəsi haqqında danışmağı sevmir. Heç vaxt qanuni nigahda olmayan aktrisanın qızları fərqli sənət sahibidirlər. Böyük qızı Lumir rəssam, ikinci qızı Jozefina hüquq sahəsi üzrə təhsil almış, kiçik qızı Baladin isə mühasibatçı işləyir. O, qızları haqqında deyir: “Mən çox şadam ki, onlar tamamilə başqa-başqa sahələri seçdilər. Qızlarım mənə öz peşələri üzrə çox maraqlı tövsiyələr verirlər. Ən əsası odur ki, mən onlara azadlıq hissinin nə olduğunu öyrədə bilmişəm”.

O, özü haqqında isə belə deyir “Mən heç vaxt ikon ola bilmərəm. Mən ancaq aktrisayam və bu sahədə olan bacarığımdan başqa heç nə etməmişəm. Daxilimdə belə bir hiss var ki, həmişə sıfırdan başlayıram. Həmişə də öz-özümə deyirəm sabah hər şey yaxşı olacaq.



Tərcümə etdi: Samirə Əşrəf
 

Xoş rayihəli ətirləri sərfəli qiymətə almaq və seçmək indi çox asandır:
Qadın ətirləri
Kişi ətirləri

0 şərh