Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Mariya Sibilla Merian

Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya — zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. 3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur. 

Mariyanın təbiətə olan böyük marağı ilə rəsm çəkməyə olan həvəsinin birləşməsi daha 13 yaşındaykən müxtəlif növ bitki və böcək təsvirləri yaratmasına səbəb olur.

1665-ci ildə Mariya ögey atası Marrelin şagirdi Cohann Andreas Qraff ilə ailə qurur. Ondan iki qız övladı olur. 1667-ci ildə Mariya ailəsi ilə birlikdə Nürnberq şəhərinə gedir. Orada ilk peşəkar uğurlarını əldə edir. 1681-ci ildə ögey atası vəfat edir və ailə mirası yerbəyer etmək üçün Frankfurta dönmək məcburiyyətində qalır.

Mariya 1685-ci ildə 38 yaşındaykən həyat yoldaşından ayrılır. Anası və qızları ilə birlikdə Hollandiyada qatı protestant cəmiyyət olan Labadistlərə qoşulur. Bu dövrdə Surinam plantasiyalarından gətirilən tropik bitkilərə qarşı böyük bir həvəs, maraq hiss edir.
Ardı →

Anna Axmatova

Anna AxmatovaŞöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.

Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri — birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.

1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə Anna Axmatovanın əsərlərinə qadağa mövcud olub. «Vətən xaini»nin anası və «vətən xaini»nin arvadı Anna Axmatovanın «təcrübəsi» öz əksini «Rekviem» poemasında tapıb.

Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı «personal» nifrətinə baxmayaraq, Anna Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə olunub. Məşhur rus şairəsinin həyat hekayətini sizə təqdim edirik.
Ardı →

Mila Kunis

Mila   KunisYəhudi əsilli, Ukrayna doğumlu, amerikalı aktrisa. Məşhur kişi jurnalı FHM 2013-cü ilin ən cazibədar qadınlarının siyahısını açıqlamağa hazırlaşırdı. Siyahıda Beyons, Rihanna, Kim Kardaşyan kimi məşhurların olmasına baxmayaraq, nəticə hər kəsi təəccübləndirdi. Birinciliyi gənc və gözəl aktrisa Mila Kunis əldə etmişdi.

Yəhudi əsilli Mila Kunis 1983-cü ildə Ukraynanın Çernivits şəhərində mühəndis ailəsində dünyaya gəlib. Anası Elvira fizika müəllimi, atası Mark isə mühəndis-mexanik olan Mila 8 yaşına qədər Ukraynada yaşayır. 1991-ci ildə Ukraynada getdikcə vüsət alan antisemitzm Kunis ailəsini Amerikaya immiqrant olaraq köçməyə vadar edir. Bununla da, ailənin və Milanın çətin günləri başlanır.

Mila müsahibələrinin birində belə deyir: “Əgər mənə sual versələr ki, həyatınızın hansı illərini silmək istərdiniz? Mən tərəddüd etmədən deyərdim ki, Amerikaya köçdüyümüz ilk 1 ili. Çünki mən hər gün ağlayırdım. Mən mədəniyyət başa düşmürdüm. Mən insanları başa düşmürdüm. Mən dili başa düşmürdüm. Mən kollecə daxil olarkən, yazdığım ilk essenin ilk cümləsi belə olmuşdu: 7 yaşında özünü kor və kar hiss etmək”
Ardı →

Cahidə Sonku

Cahidə SonkuCahidə Sonku… İlklərə imza atan qadın. İlk qadın rejissor və ilk qadın kinoprodüser. Türk filminin və teatrının ulduzu. Bütün bunları bir qadın bacarmışdı, bəli. Həm də bunu etməyin möcüzə sayıldığı bir şəraitdə — 30-cu illərdə. Bütün dünyada qadının daha çox əzildiyi və kişilərin aparıcı olduğu bir dövrdə o çıxdı, teatrda oynadı, filmdə çəkildi, üstəlik, rejissorluğu da sınadı. Türk tamaşaçısı o günə qədər aktrisa görmüşdü, əlbəttə, ancaq Cahidə qədər gözəlini görməmişdi. Sarı saçları ilə hamını valeh edirdi. O vaxtlar çox az qadının cəsarət edib geyindiyi dekolte paltarları, oynadığı iddialı rolları ilə “fetiş” olmuşdu Cahidə Sonku. Kişilər ayaqqabısından şampan içmək üçün növbəyə dayanırdı.

Sonkunu sənətə Möhsün Ərtoğrul qazandırmışdı. Məşhur rejissor, aktyor və prodüser. Ərtoğrulun diqqətini çəkmək, rəğbətini qazanmaq elə də asan deyildi, təbii. Di gəl, kino sahəsində heç bir təhsili olmayan on yeddi yaşlı bir qız bunu bacarmışdı. Amma Ərtoğrulun bir şərti var idi: fədakarlıq.  Ailəsini, dostlarını, şəxsi həyatını — hər şeyi unudacaqdı Cahidə. Sadəcə işləyəcək, çox işləyəcəkdi. Və o, çox çalışdı.


Ardı →

Mirey Matye

Fransanın vizit kartı və ya sadəcə, Mirey Matye… Bu zərif qadın bir əsrin simvoluna çevrilməyi bacardı...

İnsan sevəndə nə yatır, nə yeyir, nə işləyir...Mirey Matye
Fransa estradasının ulduzu Moris Şevalye Matye haqda demişdi: “O, həmişə küçənin günəşli tərəfi ilə yeriyir”.

Ürəkləri fəth edən lirika və yüksək vokal mədəniyyəti – bunlar Matye uğurunun əsasını təşkil edir. Matye dünyanın ən böyük, ən prestijli musiqi zallarında belə öz ifası ilə isti ev ab-havası yaratmağa nail olmuşdu..
Fransalı gözəl müğənni 1947-ci ildə Avinyonda anadan olub.

— “Bəxtim çox gətirib, mən o qədər kasıb ailədə anadan olmuşam ki, həyatda işləmək və daha çox işləməkdən başqa yolum olmayıb” – Matye müsahibələrində qeyd edir.

Dünya məşhurluğunu qazanmamışdan öncə Mirey poçtda çalışırdı, konvertləri yapışdıra-yapışdıra o, dodağının altında sevdiyi mahnıları zümzümə edirdi.
Mireyin musiqidəki ilk addımları heç bir uğurdan xəbər vermirdi. 1962-ci ildə on beş yaşlı qız özünü musiqi yarışmalarından birində sınamaq qərarına gəlir, nəticə uğursuz olur. Növbəti konkurslardakı uğursuzluqlarına da baxmayaraq, Mirey ümidini itirmir. Uğuru dadana qədər mübarizə aparır və istəyinə nail olur.
Ardı →

Zərif casuslar

Qadınlardan, xüsusilə də gözəl qadınlardan casus kimi istifadə olunması ənənəsinin tarixi qə­­dim dövrlərə gedib-çıxır. Bu ənənə indi də davam etdirilir. Əsrlərboyu yüzlərlə, minlərlə, on minlərlə casus qadın olub, müxtəlif əməliyyatlar həyata keçiriblər. Onların çoxu barədə, de­­mək olar ki, heç nə bilmirik. Amma fəaliyyəti ilə dünyaya səs-küy salan, adı tarixə düşən ca­­sus «ledilər» də az deyil.

Cazibədar casus
 2010-cu ilin yayında Vaşinqtonla Moskva arasında aparılan casus mübadiləsi, xüsusilə də, An­­na Çapman adı, yəqin ki, hamının yadındadır. Rusiyanın ABŞ-dakı casus şəbəkəsinin əsas sima­­larından olan Anna Çapman azadlığa buraxılandan sonra, haqqında söz-söhbətlər yayıldı.

Anna 1982-ci ildə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan Vasili Kuşenkonun ailəsin­­də anadan olub. Uşaqlıqdan oxumağa, öyrənməyə xüsusi maraq göstərən Anna ölkəsinin ən yaxşı institutlarında ali təhsil aldıqdan sonra, işləmək üçün Avropaya üz tutur. Elə burada da gələcək həyat yoldaşı, məşhur “Aşan” supermarketlər şəbəkəsinin sahibi ilə tanış olur. Amma nədənsə bu izdivacın ömrü uzun sürmür.
Ardı →

XVII əsrin qadın filosofları

“Oyan, ey qadın! İdrakın çağırışları bütün kainatda dalğalanır, haqlarını bil! Təbiətin nəhəng krallığını fanatizm və yalanlar bürüməyib. Həqiqətin məşəli artıq bütün axmaqlıq və lovğalıq buludlarını dağıdıb

Bu fikirlər Olimpiya de Quja aiddir. De Quj maarifçilik dövrünün böyük filosoflarından biri hesab olunur. Gəlin XVII-XIX əsr filosof qadınların həyatına birlikdə nəzər salaq. İntibah dövrü azad düşüncənin yenidən yaşamaq şansı qazandığı, elm aləmində böyük addımların atıldığı, yeniliklərin və kəşflərin insanlığa yeni istiqamət verdiyi dövrdür. Bu dövr fəlsəfəsinin ən böyük siması Rene Dekartdır. Hər şeydən şübhələnə biləcəyini söyləyən və “Dərin düşüncələr” adlı üsulu inkişaf etdirən Dekart heç şübhəsiz ki, bu dövrün qadın filosoflarında da təsir edib.

Olimpiya de Quja


Ardı →

Dünyanın məşhur qadın rejissorları

XXI əsrdə, sivilizasiyanın inkişaf etdiyi dövrdə yaşamağımıza baxmayaraq “Bəzi peşələr qadınlar üçün deyil” deyimi hələ də aktualdır. Qadın-təyyarəçi, qadın-siyasətçi, qadın-hərbçi və s. gördükdə bu deyimə qarşı çıxanlara haqq qazandırırıq. Çətin peşələrdən biri də rejissorluqdur. Düzdür, kino yaranandan bu günə qədər rejissor qadınların sayı kişilərə nisbətən azdır. Lakin dünya kino sənətində iz qoyan qadın rejissorlar da kifayət qədərdir. Onlardan bəzilərini təqdim edirik.

Leni Rifenştal
1902-ci ildə Berlində anadan olub. İlk qadın rejissorlardan hesab edilir. 1931-ci ildə şəxsi kinostudiyasını açıb, ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərib. 1932-ci il Berlin kinofestivalında qızıl medala layiq görülmüş “Mavi işıq” (“Das blaue Licht”) filmi ilk rejissor işi idi. Sonra Hitler onu nasist partiyası üçün filmlərin istehsalına rəhbər təyin edib. “Əzmkarlığın zəfəri” (“Triumph des Willens”) adlı məşhur sənədli təbliğat filminin, eyni zamanda “Olimpiya” (“Olympia”), “Xalqların bayramı” (“Fest der Völker”), “Vadi” (“Tiefland”) və s. filmlərin müəllifidir.


Ardı →

Charlize Theron

Charlize TheronHollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir.

6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtalyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda «Joffrey» adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas olma xəyallarının üstündən xətt çəkir.
Ardı →

Tarixdə iz qoymuş yeddi həyat yoldaşı

Jozefina Boqarnye
Josephine Bogarne250 il əvvəlin 23 iyun 1763-cü ilində Napalyon Bonapartın birinci və ən sevimli qadını olan  dünyaya gəlib. Kral, prezident baş nazir həyat yoldaşlarının bir çoxu kimi o, təkcə ərinin ürəyində deyil, eləcə də dünya tarixində iz buraxıb.

Karibdəki Martinika adasından olan Jozefina hələ 16 yaşındaykən Boqarnye soyadlı vikonta ərə gedib. Tezliklə boşanıb və iki uşaqla qalıb. Ancaq gözəlliyi ona itib-batmağa imkan verməyib. Təbii ki, yüngül həyat tərzinə meylliliyi də.

Jozefina 1789-cu ilin Fransa inqilabından sonra yaradılmış Milli yığıncağın sədri Pol Barrasın sevgilisi olur. Məhz Barras qadını gənc general Bonapartla tanış edir. Jozefinadan altı yaş kiçik olan Napalyon ona uşaq kimi vurulur. 1796-cı ildə cütlük evlənir.

Napalyon İtaliyada müharibə apararkən qohumları böyük sevinclə generala Jozefinanın kimlərlə gizli şəkildə münasibət qurduğunu çatdırırdılar. Ancaq bu xəbərlərin xeyri olmurdu. Bonapart həyat yoldaşının sədaqətsizliyinə və ordu hesabına apardığı şübhəli maliyyə sövdəşəlmələrinə göz yumurdu. Hətta çoxlu miqdarda pul verir, arvadının qohumlarını müxtəlif yüksək vəzifələrə təyin edirdi.


Ardı →