Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Leyla Məmmədbəyova

«…Əgər fırtına zamanı aeroport üzərində U-2 görünürsə — "çox güman ki, bu, Leyla xanımdır"»

1933-cü il martın 17-də, o zaman 24 yaşında olan Leyla Məmmədbəyova ilk dəfə paraşüt ilə tullanaraq Nina Kamnevadan sonra Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdu. Bundan iki il əvvəl, iyul ayında o, şəxsən özü təyyarəni göyə qaldıraraq, həm Azərbaycanda, həm Qafqazda, hətta Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi olacaq. Müsabiqələr, qalibiyyətlər, mükafatlar, çox sayda şagirdlər — onun hekayəsində ən çox bəhs etməli olduğumuz məqam hansıdır?


Davamı →

Artur Millerin kədərli sarışını Merlin Monro

Artur Millerin ömrünün son illərində ondan müsahibə alırlar. Monro barədə danışanda onun barmaqları titrəyir...
Onlar, yazıçının dediyi kimi, iki fərqli qütb idilər. Artur özü də etiraf edirdi ki, Monronu çözə bilməyib. Amma kim deyir ki, sevdiyini sonadək çözməlisən?
Yazıçıya elə gəlirdi ki, Merilinə ümid vermək üçün onun yanında olmaq kifayətdir. Amma o yanılırdı.
Onlar ziyafətdə tanış olmuşdular. Merilin, həmişə kimi açı-saçıq paltarda idi, şərab içir, öz qeyri-adi təbəssümündən hamıya pay verirdi. Əri sabiq beysbolçu Co Dimaco qısqanmaqdan yorulmuşdu.

Davamı →

Azərbaycanın ilk qadın kinorejissoru

XX yüzilliyin əvvəlləri, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanda qadınların mədəni mühitdə tədricən fəal rol oynamağa başladığı dövr idi. O dövrdə bir xanım soydaşımız da sənət aləminə doğru addımlayırdı və adı sonradan mədəniyyət tariximizə ilk qadın rejissor kimi düşəcəkdi. Bu, görkəmli mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə idi...

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır.


Davamı →

Fatma Muxtarova Azərbaycanın ilk qadın opera ifaçısı

Fatma Muxtarova dünya opera sənətinin ulduzlarından biridir.

Azərbaycanın ilk gözəl Karmeni və cəsarətli Dalilası Muxtarova alovlu, vulkanik temperament deməkdir. «Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya, ən yüksək həqiqətləri kəşf etmək vergisi». Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.


Davamı →

Xalidə Ədib Adıvar

Müstəqilliyimizin hələ fidan çağlarında əlimə bir kitab keçdi. Xalidə Ədib Adıvarın «Atəşdən köynək» romanı bizim dildə yenicə çap olunmuşdu. Yaşımın romantika ilə aşıb-daşan çağıydı, o zamanlar türk ədəbiyyatına sonsuz marağım vardı. Tofiq Fikrətin, Məhmət Akifin, Nihal Atsızın şeirləri dilimizin əzbəri idi. O şeirlər bizim istiqlal eşqimizi durmadan körükləyirdi. «Atəşdən köynək» İzmirin yunanlar tərəfindən işğalı və şəhəri işğaldan azad etmək üçün mücadilə verən qəhrəman türk əsgərlərinin həyatından bəhs edirdi. Qurtuluş savaşını biz o kitabdan öyrəndik. O zaman hələ əsərin müəllifinin kimliyi haqqında heç bir məlumatım yox idi. Sonrakı dövrdə türk ədəbiyyatı, tənzimat dövrü ədəbiyyatıyla dərindən maraqlandıqda Xalidə Ədib Adıvarın təkcə Qurtuluş savaşını qələmə almış bir romançı deyil, həm də bu savaşın bilavasitə iştirakçısı olduğunu öyrəndim.

Davamı →

Şərqin ilk qadın rəssamı Qeysər Kaşıyeva

Məhv edilmiş rəsmlər və Bağırov xofu

Repressiya dalğası mədəniyyətin digər sahələrini vurduğu kimi, rəssamlıqdan da yan keçmədi. Bu dalğanın öz ağuşuna aldığı insanlardan biri də Azərbaycanın ilk peşəkar rəssam qadını, hələ tələbəlik illərindən avropalı rəssamların diqqətini çəkən Qeysər Kaşıyeva idi.


Davamı →

Azərbaycanın ilk pianoçu qadını Xədicə Qayıbova

Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova represiya dövrünün musiqiçi qurbanlarından biri idi.

1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya altı övladın ən böyüyü olaraq göz açmışdır. Anası məşhur Terequlovlar nəslindən idi. (Bu, o Terequlovlar idi ki, onun iki qızı – Məlikə və Badigülcamal Üzeyir Hacıbəylinin və Müslüm Moqamayevin həyat yoldaşı idi).


Davamı →

Nərminə Məmmədova

Sənətdə olduğu 30 il ərzində bir dəfə də konsert verməyən, səsi yalnız radio və televiziyadan eşidilən məşhur müğənninin film kimi həyatı

Ay işığında…
Bir tək bu şərqinin səslənməsi yetər ki, qeyri-adi məlahətli səsin sahibi olan Nərminə Məmmədovanın sorağına düşək. Hərgah özü də kölgədə qalmağı sevirdi. Yeganə müğənnidir ki, sənətdə olduğu 30 il müddətində bir dəfə də konsert verməyib, səhnəyə çıxmayıb. Səsi yalnız radio və televiziyada yazılıb. Başqa heç yerdə görmək olmazdı bu ilahi nəfəsin sahibi, qənirsiz gözəl olan Nərminə xanımı.

Bəlkə indiyə qədər çoxları bu məlahətli səsin sahibini Şövkət xanımla qarışdırıb. Bəs, nədir Nərminə Məmmədovanı Şövkət Ələkbərovanın kölgəsində əridən? 


Davamı →

Məhsəti Gəncəvi

XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

Davamı →

Nəsibə Zeynalova

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Davamı →