Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Hökumə Qurbanova

İpək kimi zərif, şimşəktək şaqraq Səs, hökmlü Səda, lətif hal-əda mücəssəməsi — Hökumə Qurbanova! 
Deyirəm, istedad öz sahiblərinə şan-şöhrət də gətirir, mər-məşəqqət də. Necə ki, deyirlər, Hökumə xanım həm zamanın sahilsiz sevgi-rəğbət dəryasına düşüb, həm də dür-düyünlü tilsim çamuruna; dövrünün bütün aktrisalarından ən azı bir baş yuxarı olmuş bu sənətkar, paxıllıq nişangahında da başda imiş.

Məsələn, o, yaratdığı məşhur obrazlardan birində (Xanuma) səhnədən fövrən çıxıb başqa bir libasda gəlməli ikən, həmin donun qayçıyla doğrandığını görür və kiminsə bu “kəsəyənlik istedadı”nı, dərhal əynindəkini tərsinə çevirərək geyinib qayıtma istedadı ilə qarşılayır...

Dövrünün ən sevgili ad-soyadı
Sağ çağlarında bu qızıl cingiltilər xəzinəsi “xəzinədar”ının nəinki sənəti, gör-görkəm zinəti, hətta ad-soyadı da səhnəyə, teatra ekvivalent kimi səslənirmiş. Ümumxalq teatr zövqünə, səhnə-sənət müzakirələrinə hakim kəsilib, öz zahiri-batini etiket-estetikası ilə, rəsmən proletarlaşdırılmaqda olan Azərbaycan sovet kütləsini mənən kübar-elitarlaşdırmaq hökmünə malikmiş Hökumə xanım.
Davamı →

Öz həyatını canlandıran aktrisa

Vera Alentova. “Moskva göz yaşlarına inanmır” filmində oynadığı rolu ilə böyük şöhrət qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş etdiyim sənətkarlardan biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən böyük şəhərə gələn, həyatın çətinlikləri ilə üzləşən, xəyanət görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan, zavodun direktoru vəzifəsinədək yüksələn, qızını tək böyüdən Katerina Tixomirovanı milyonlarla tamaşaçıya sevdirməyi bacardı.

O, 1942-ci il fevralın 21-də Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub. Vera 4 yaşında ikən atası dünyasını dəyişir. Anası həmişə ona təsəlli verərək deyirdi ki, qorxma, sənin bütün işlərin yaxşı olacaq. Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir, köhnə pərdələrdən paltarlar tikir və onları güllərlə, yarpaqlarla bəzəyirdi. Anası teatrla qastrollara getdiyindən onlar müxtəlif şəhərlərdə olurdular. Vera məktəbə Ukraynada getsə də, orta təhsilini Altayda bitirir, Barnaul şəhərində tibb institutuna daxil olur.
Davamı →

Nə etmək lazım olduğunu bilməyəndə huşunu itir

Kinoda beş dəfə ərə getmişəm, üç uşağım və sonsuz evlilik təkliflərim olub. 

Aktyor olmaq müşahidə etməyi bacarmaq deməkdir... 

Məni yaxşı kitab, yaxşı qida və dostlarla görüş xoşbəxt edir.

Yəqin, bunu demək ağılsızlıqdır, amma heç vaxt uşaq olmaqdan xoşum gəlməyib. Həmişə istəmişəm ki, insanlar məni daha ciddi qəbul etsinlər. 

İyirmi səkkiz yaşım tamam olanda düşündüm: “Bax belə, yəqin, bu gün böyüdüm. On yaşımdakı şəkli əlimə aldım. Əynimdə cins kombinezon vardı. Dərhal qərarlaşdırdım ki, eyni kombinezondan yenisini alım. Birdən kimsə mənə pəri qanadları hədiyyə etdi. Bir sözlə, 28 yaşımı arxasında qanadları olan cins kombinezonda keçirdim. Heç vaxt belə xoşbəxt olmamışdım.
Davamı →

Rübabə Muradova

Ədəbiyat və mədəniyyətimizin siyasi senzurasına baxış...
İllər ötsə də, zaman kainatla qocalıb, öz işini aramla görsə də, bu həyatdan boylanıb, xalqı üçün dahiyanə əməlləriylə keçənlər heç zaman unudulmur. Elə bu ənənə ədəbiyyat salnaməmizə ilk tarixi roman janrımız “Qılınc və Qələm”dən də məlumdur. Sözünü vərəqlərə nizam edən Nizaminin həyat hekayəsi buna əyani sübut olmuşdur. Dünya döndükcə, insanlar seçilir-ömrünü, gününü xalq sevgisindən xalqına sənətlə fəda etməklə…

Millət olaraq tariximizdə senzura ədəbiyatı; gərək keçmiş SSRİ’də şura ədəbiyatının xadimlərinə, gərəksədə Cənubi Azərbaycanda şah üsulunda amansız edamlar, sürgünlər yan keçməmişdir. Bundan əlavə, bağlanan sərhəd dirəkləri bizi cənubdan və Türkiyəmizdən ayrı salmaq istəsədə, ədəbiyyatımızın və mədəniyyətimizin xadimləri qorxmadan buna qarşı gələrək həyatlarını sənətə fəda etməklə- bir sözlə, sənətə möhür vuraraq xalqlarının rifahı və gələcəyi uğruna öz həyati mübarizələrinə çevirmişdirlər… Cənubdan gələn şair və sənətkarlar köhnə Bakısına sığınırdılar…
Davamı →

Kraliça Yelizaveta

Hələ 2 yaşında ikən anası edam edilmişdi. Ögey anasının dizlərinin dibində böyüdü. Amma taxta çıxan bacısı tərəfindən yalan iddialar əsasında həbs edildi. Lakin onun taxta çıxmasına və tarixi missiyasını həyata keçirməsinə mane ola bilmədilər. Kişi sərkərdələrin və hökmdarların görə bilmədikləri bir işi gördü. Orduya rəhbərlik edərək, o dövr Avropasının ən güclü dövləti olan İspaniyanı ağır məğlubiyyətə uğratdı. Çoxsaylı təkliflər alsa da ərə getmədi. O, taxta çıxanda İngiltərə kasıb bir ölkə idi. Ancaq qısa müddətdə ölkəni Avropanın ən varlı və inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Ölkəni idarə etdiyi dövr İngiltərə tarixinə qızıl əsr kimi düşdü. Bu əvəzedilməz idarəedici qadının adı Yelizaveta idi.
Davamı →

Rübabə Muradova: Gecikmiş məhəbbət nağılı

...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar.
Davamı →

Yelizaveta Batori - orta əsrlər cəlladı (1560-1614)

“Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən“. (Yelizaveta Batorinin haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan).
Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan oldu. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb. Amma bu, macar əsilli Batori soyuna mənsub olan medalın bir üzü idi. Medalın digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizaveta Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi.
Davamı →

Şakira

Şakira Isabel Mebarek Ripoll 2 Fevral 1977-ci ildə Kolumbiyada anadan olub. Qısaca Şakira kimi tanınır. Livan əsilli Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisadır.

90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, Pop, Latin Pop, Pop Rock, Latin Rock kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 2 dəfə Grammy, 7 dəfə Latin Grammy, 22 dəfə Billboard Latın Musiqi Mükafatını qazanmışdır.

Sadəcə studiya albomları dünya səviyyəsində 75 milyondan artıq satılmışdır. Bu rəqəm ümumi musiqi albomları ilə bir yerdə 100 milyondan artıq olar.

Təkcə Amerikada albomları 10 milyona yaxın satılmışdır. Ən çox albomu satılan Kolumbiyalı müğənnidir. Hips Don't Lie sinqlı 20 milyondan çox satılaraq son 10 ilin ən çox satılan sinqlı olmuşdur.
Ardı →

Dünyaca məşhur azərbaycanlı xanımlar

Dünyanın müxtəlif ölkələrində uğurlu idman və musiqi karyerası quran azərbaycanlı xanımlar az deyil. 


Tamilla Abbasova - Rusiyanın tanınmış velosipedçisi. O, 1982-ci il dekabrın 9-da Moskvada anadan olub. Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısıdır. Dəfələrlə Avropa çempionu olan Abbasova Rusiyanın əməkdar idman ustasıdır. Azərbaycanlı idmançı dini inanc baxımından baptistdir.
Ardı →

Silva Koşina

 Bu italyan kinodivası haqda çox danışmaq olar. Silva Koşina 60-70-ci illərin ən seksual aktrisası hesab olunurdu. Onun filmoqrafiyası 125 filmdən ibarətdir. Silva Koşina italyan əsilli olsa da, SSRİ ərazisində dünyaya göz açıb. 1994-cü ildə vəfatından sonra aktrisa unudulmağa başladı. Yeni gənc nəsil demək olar ki, bu aktrisanı tanımır. Amma Silvanın bir dəfə də olsa, ifa etdiyi hansısa rolunu görən olubsa, bu aktrisanı heç vaxt unuda bilməz. Hətta əgər Silva bu filmdə köməkçi obrazı canlandırıbsa da… Silvanın İtaliya ərazisindəki qazandığı şöhrət çox böyük idi. Hətta bəzən deyirlər ki, İtaliya aristokrat, eleqant qadın obrazlarının çoxunu onun simasında, onun ifası ilə görüb. Silva 1933-cü ildə Xorvatiyanın Zaqreb ərazisində doğulub. İkinci Dünya müharibəsi ərəfəsində Silva İtaliyaya – italyan kişi ilə evli olan bacısının yanına gəlir və ömrünün sonunacan burda yaşayır. Cazibədar, uzunboylu Silva idmanla professional şəkildə məşğul olur. 1954-cü ildə İtaliyanın velosiped turu müsabiqəsində birinci yerə çıxır. Silvanın gözəlliyi onu model biznesi ilə maraqlanmağa məcbur edir. Çox keçmir ki, o, özünü model kimi sınayır. Modellikdən sonra isə o, kinematoqrafiyaya qədəm qoyur.

1955-ci ildə Silva “Biz kişiyik, yoxsa kapral?” kinokomediyasında ilk kiçik rolunu alır. 1956-cı ildə isə bəxt onun üzünə gülür və Petro Cerminin “Maşinist” filmində rol ifa edir.


Ardı →