Leykosit sisteminin pozulması ( leykositoz, leykopeniya, aqranulositozlar, aleykiya, onların növləri, səbəbləri və inkişaf mexanizmi )

Leykositoz leykositlərin sayının artması ilə xarakterizə olunan qanın hüceyrə tərkibinin dəyişilməsidir.
Normada leykositlərin qndakı miqdarı 3,5-8,8×109dir. Leykositoz pataloji və fizioloji ola bilər. Patoloji leykositoz xəstəliklər zamanı, fizioloji leykositoz isə sağlam orqanizmlərdə də yaranır.

Fizioloji leykositozun səbəbləri:

• Qida qəbulu (bu zaman leykositlərin miqdarı 10—12×109yuxarı olmur)
• Fiziki iş
• Hamiləlik

Patoloji leykositozun səbəbləri:

• Infeksion xəstəliklər
• Immun sistemin zədələnməsi
• Mikroorqanizmlər tərəfindən yaradılan xəstəliklər
• Müxtəlif orqanların infarktı
• Qanitirmə
• Yanıqlar
• Bədxassəli xəstəliklər
• Uremiya, diabetik koma
• Qan sisteminin proliferativ xəstəlikləri

Leykositlərin hansı növünün artmasından asılı olaraq leykositozun aşağıdakı növləri var:

• Eozinofiliya allergik xəstəliklərdə, qurd invaziyasında, düyünlü periartrit zamanı müşahidə olunur
• Bazofiliya xronik mieloleykoz, eritremiya, xronik xoralı kolit xəstəliklərində yaranır
• Neytrofilyoz irinli infeksion proseslərdə, orqanizmə yad zülal yeridildikdə, nekroz zamanı yaranır
• Monositoz xronik monositar leykozun əsas əlamətidir
• Limfositoz xronik limfoleykozun əsas əlamətlərindən biridir

Leykopeniya periferik qanda leykositlərin miqdarının azalmasıdır. Leykopeniyanın səbəbləri:

• Sümük iliyinin aplaziyası və hipoplaziyası
• Dərman preparatları və kimyəvi maddələrlə sümük iliyinin zədələnməsi
• Ionlaşdırıcı şüalar
• Hipersplenizm
• Kəskin leykozlar
• Mielofibroz
• Mielodisplastik sindrom
• Plazmositoma
• Adisson-Birmer xəstəliyi
• Sepsis
• Tif və paratif
• Anafilaktik şok
• Kollagenozlar

Simptomları:

Orqanizmin tədricən zəifləməsi. Bunun nəticəsində infeksion xəstəliklərin artması. Bu zaman ağızda, yoğun bağırsağın selikli qişasında iltihab və pnevmoniyalar zəif şokla nəticələnə bilər. Leykositlərin miqdarının azlığı qaraciyərin böyüməsinə, selikli qişaların şişləri, badamcıqların şişməsi ilə nəticələnir.

Leykopeniya inkişaf mexanizminə görə aşağıdakı qruplara bölünür:

1. leykositlərin damarlarda qeyri bərabər paylanması nəticəsində yaranan leykopeniya-anafilaktik şok zamanı yarana bilər
2. leykositlərin sürətlə parçalanması nəticəsində yaranan leykopeniya-antilimfositar antitellərin təsiri nəticəsində yaranır. Bu antitellər hapten və allergen təbiətli dərman məddələrinin iştirakı ilə yaranır.
3. leykopoezin zəifləməsi nəticəsində yaranan leykopeniya- leykopoez özü aşağıdakı hallarda pozula bilər:
• sitotoksik preparatların yüksək dozada qəbulu
• benzol və tetraetilqurğuşunla zəhərlənmələr zamanı
• qış vaxtı tarlada qalan və toksik təsirli kif göbələkləri ilə çirklənmiş dənli bitkilərlə zəhərlənmə zamanı ( buna aleykiya da deyilir )
• rentgen və radioaktiv şüaların təsiri zamanı
• qanyaradıcı toxumaları zədələyən autoallergen reaksiyalar zamanı
• infeksion xəstəliklər zamanı
• sümük iliyinə bədxassəli şişlərin metastazı zamanı

Qanda qranulositlərin miqdarının kəskin surətdə azalması aqranulositoz adlanır. Limfositlərin azlığı limfositopeniya, eozinofillərin azalması eozinopeniya, monositlərin miqdarının azalması isə monositopeniya adlanır.

Müalicəsi üçün aşağıdakı dərman preparatları istifadə olunur:

Batilolum
Leucogenum
Methyluracilum
Natrii nucleinas
Pentoxylum
Pyridoxinum

Aqranulositozlar

Aqranulositoz leykositlərdən aqranulositlərin miqdarının azalmasıdır. (1mkl-də 750-dən az olması) Adətən aqranulositoz müəyyən xəstəliyin sindromu kimi meydana çıxır. Mielotoksik və immun aqranulositə daha six rast gəlinir.

Yaranma mexanizmi:

Tam aydın öyrənilməmişdir. Autoimmun formalarında səbəb qranulositlərin erkən ölümüdür. Çox zaman sümük iliyinin funksiyasının ağır pozöunluqları zamanı yaranır. Anemiya və trombositopeniya ilə müşayət olunur. Bu zaman orqanizmin patogen mikroblara qarşı müqaviməti kəskin surətdə azalır. Bunun ciddi aöırlaşmalarından biri nekrotik xoralı anginadır.

Xəstəliyin əlamətləri:

Ən əsas əlaməti septik ağırlaşmalardır. Hapten aqranulositoz zamanı qanda qranulositlərin miqdarı çox aşağı olur. Amma digər leykositlərin miqdarı normal olur. Autoimmun aqranulositoz zamanı bəzən trombositlərə qarşı da antitel yaranır.

Xəstəliyin müalicəsi:

Xəstələr təcili surətdə aseptik mühitə keçirilməlidir. Autoimmun formasında qlükokortikoidlərdən də istifadə olunur.

Aleykiya

Qida qəbulu ilə bağlı qanda leykositlərin, trombositlərin, eritrositlərin miqdarının azalmasıdır. Bu qida maddələri sümük iliyinə təsir edərək orada nekroz ocaqları yaradır. Bu zaman aqranulositoz yaranır. Bununla bağlı selikli qişa və dəridə nekroz ocaqları, sepsis, pnevmoniya yarana bilir. Trombositlərin miqdarının azalması ilə bağlı olan qanaxmalar baş verə bilər. Qanın miqdarının da azalması xəstəliyin gedişinə pis təsir göstərir.

Müalicəsi üçün qanın yuyulması,B qrupu vitaminlər, askorbin turşusu, hormonal preparatlar, antibiotiklər, qamma-qlobulinlər və s-dən istifadə olunur.

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub