Qan

Qanın tərkibi.Böyük adamın  orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi  hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir.
Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir. Hər birinin mühüm əhəmiyyəti vardır.
Eritrositlər. Eritrositlər qırmızı qan hüceyrələri olub,hər iki tərəfdən basılmış disk formasında olub, nüvəsizdir. Insan eritrositinin diametri 7-8 mkm, qalınlığı isə 2-2,5 mkm-dir, çox elastikdir, kapilyar damarlarda çox incə hərəkət edir. Eritrositin nüvəsinin olmaması və iki qat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır.
qan dövranı-trombosit,eritrosit,qan hissəcikləriQanda eritrositin miqdarı daimi deyil, 1mm3 qanda 4-5m/n eritrosit olur. (qadınlarda 4-4,5m/n, kişilərdə isə 4-5m/n). Lakin dağ ərazilərində yaşayan insanlarda dəniz sahillərində yaşayan insanlara nisbətən eritrosit 30% çox olur. Bu da onunla əlaqədardır ki, dağ ərazilərində oksigen çatışmamazlığından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı artır. Eritrositlərin  qanda miqdarının yaşla əlaqədar dəyişməsi aşağıdakı cədvəldə verilir.


Yaş dövrü

1mm3 qanda eritrositlərin miqdarı

orta

 

1. Anadan olanda  
2. Anadan olanda
Birinci gün
3. Birinci ay
4. Altıncı ay
5. 2-4 yaşında
6. 10-15 yaşında
7. Yaşlılarda

orta
525 0000
6 000 000
4700 000
4100 000
4600 000
4800 000
5000 000

 

4500 000    -     6000 000
5000 000    -     7500 000
3500 000    -     5600 000
3500 000    -     500 000
400 000      -     5200 000
4200 000    -     5300 000
400 000      -     550 000

Yeni doğulmuş körpənin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı dölün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir. Yeni doğulmuş körpənin qanında yetişməmiş (nüvəli) eritrositlərin-retikulositlərin miqdarı çoxdur. Bu zaman qanyaradıcı orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Bu eritrositlər 3,25-10,25 mkm ölçüsündə olur.  Doğumdan bir ay sonra nüvəli eritrositlərin sayı kəskin azalır. Eritrositlərin yaşama müddəti 100-200 gündür, dağılmalar dalaq və az hallarda qaraciyərdə gedir.
Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir. Daha doğrusu ağciyərlərdə oksigenli hüceyrələrə, oradan isə karbon qazını ağciyərlər daşıyır. Eritrositlər  orqanizmdə qazların nisbi sabitliyini təmin edir. Eritrositlərin tərkibi zülal mənşəli hemoqlabindən ibarətdir. Hemoqlabin iki hissədən ibarətdir: zülallı hissə- qlobin və tərkibində dəmir olan hissə-hemdir. Hemoqlabinin tərkibində 4 molekul hemin molekulu var, o da xaricdən ab zülal zənciri ilə əhatə olunmuşdur. Hemoqlabin ağciyərlərdə oksigenlə çox asanlıqla birləşir. Hemoqlabinin oksigenlə birləşməsi al-qırmızı rəngdə olur. Oksigenlə zəngin qan arterial qan adlanır. Hemoqlabinin oksigenlə birləşməsi davamsız olur. O parçalandıqda təzədən oksigen və hemoqlabinə parçalanır. 
Sərbəst hemoqlabin maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş karbon qazı ilə birləşib  karbohemoqlabin əmələ gətirir. Hemoqlabinin karbonla birləşməsi daha dözümlüdür. Ona görə də havada 0,1% karbon qazı olarsa, onun yarıdan çoxu  hemoqlabinlə birləşir, nəticədə toxuma və hüceyrələr oksigenlə lazımi səviyyədə təmin olunmur.
Yeni doğulmuş körpənin qanında hemoqlobinin (100%-dən çoxu) və eritrositlərin miqdarı çox olur. 5-6 günlüyündə bu göstərici aşağı düşür. O da sümük iliyinin qan yaradıcı funksiyası ilə əlaqədardır. 3-4 yaşında hemoqlabin və eritrositlərin miqdarı artır. 6-7 yaşında azalma baş verir, 8  yaşında isə yenidən artma müşahidə olunur. Eritrositlərin  miqdarı 3 m/n-dan, hemoqlabinin miqdarı isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığı) gətirib çıxarər.
Eritrositlər qanyaranmadan oraqnda- qırmızı sümük iliyində əmələ gəlir, sümük iliyi isə sümüklərin süngər maddəsində olur.

Eritrositlərin çökmə sürəti. Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda  eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökülür. Bu çökmə müəyyən sürətlə olur. Məsələn: qadınlarda  eritrositlərin çökmə sürəti 1 saatda 7-12mm, kişilərdə isə 3-9mm olur. Yeni doğulmuş uşaqlarda çökmə sürəti çox aşağıdır. Yəni 1 saatda 1-2mm, 3 yaşadək uşaqlarda 2-17mm, 7-12 yaşlarında isə EÇS 12mm olur.

Qan haqqında video

Leykositlər.Qanda olan qan hüceyrələrindən biri də leykositlərdir. Leykositlər rəngsizdir və onlara ağ qan hüceyrələri deyilir. Sağ adamın 1mm3  qanında 6-8 min leykosit olur. Leykositlərin funksiya və quruluşlarına görə fərqlənən növləri var. 1-ci leykositlər-danəli leykositlər, qranulositlər, 2-ci danəsiz leykositlər-aqranulositlər.
Danəli leykositlərin stoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik dənələrə rast gəlinir. Danəsiz leykositlərdə isə bunlar yoxdur.
Danəli leykositlər 3 qrupa bölünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər leykositlərin 55-60%-ni təşkil edir və faqositetmə qabiliyyətinə malikdir. Bazofillər leykositlərin 0,5-2%-ni, eozonofillər isə 3-5%-ni təşkil edirlər. Eozonofillərin sayı orqanizmdə iltihab prosesi zamanı bir qədər artır. 
Danəsiz leykositlər 2 cürdür: Limfositlər və monositlər. Limfositlər həlqəvi hüceyrələrdir və nüvəsi tünd rəngli dairəvi formaya malikdir. Monositlər isə bir qədər iridir və nüvəsi müxtəlif formaya malikdir.
Leykositlərin ümumi miqdarının 25-35%-ni  limfositlər, 5-8%-ni monositlər təşkil edir. Limfositlər orqanizmin müdafiə sistemində iştirak edir. Iltihab  prosesi zamanı makrofaqlara çevrilir və  orqanizmə düşən yad cisimləri faqosit edir. Qanda leykositlərin miqdarı dəyişilir. Qida qəbulu və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusilə orqanizmdə iltihabi prosesi zamanı sayı artır.
Yeni doğulmuş uşaqlarda qanda leykositlərin miqdarı daha çoxdur (1mm3 qanda 20000-ə qədər). Hətta 1-ci gün 1mm3 qanda 30000-ə qədər leykosit olur. 2 günündən başlayaraq leykositlərin sayı azalır. 7-12 günündə 10000-12000-ə çatır. Axırıncı miqdar isə uşağın 1 yaşı zamanı qalır, 13-15 yaşlı uşaqların qanında leykositlərin miqdarı yaşlıların qanında olan leykositlərin miqdarına bərabər olur. Körpələrdə leykositlərin belə çox olmağına səbəb toxuma parçalanmaları məhsullarının sorulması və doğuş zamanı qanaxmaları aradan qaldırmaq üçün müdafiəyə uyğunlaşma əlamətidir. Leykositlərin müxtəlif formaları arasında müəyyən nisbət var. Bu nisbətin faizlə ifadəsi leykositar formula adlanır. Leykositar  formulanın yaş xüsusiyyəti aşağıdakı cədvəldə verilir(%-lə).

İnsanın yaş (illərdə)

neytrofil

monosit

limfonit

1-2

34,5

11,5

50

4-5

45,5

9,0

44,5

6-7

46,5

9,5

42,0

7-8

44,5

9,0

45,0

8-9

49,5

8,5

39,5

9-10

51,5

8,0

38,5

10-11

50,5

9,5

36,0

11-12

52,5

9,0

36,0

12-13

53,5

8,5

35,0

13-14

56,5

8,5

32,0

14-15

60,5

9,0

28,0

Cədvəldən göründüyü kimi uşaq anadan olanda limfositlərin miqdarı çox, neytrofillərin miqdarı az olur. 5-6 yaşında isə limfositlərlə neytrofillərin miqdarı bərabər olur. Körpələrdə neytrofillərin az olması və yetişməməsi körpələrin keçirici xəstələrə tez-tez tutulmalarına gətirib çıxarır. Digər tərəfdən isə bu yaşda neytrofillərin faqositə aktivliyi aşağı olur. Leykositlərin yaşama müddəti 2-4 gündür, bəzi vaxtlarda isə yaşama müddəti 12-15 günə çatır.
Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisimlərdən, zülallardan, xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır. Leykositlər yalançı ayaqları ilə sərbəst surətdə hərəkətetmə qabiliyyətinə malikdirlər. Hərəkət etdikcə qarşısına çıxdığı zərərli mikrobları tutub məhv edir. Çox vaxt qan damarlarında leykositlərin hərəkəti qanın hərəkət istiqamətində olur, bəzən isə əksinə hərəkət edirlər. Leykositlərin hamısı eyni surətlə hərəkət etmirlər. Ən cəld hərəkət edən leykosit- neytrofillərdir ki, onlar 1 dəqiqəyə 30mkm məsafə qət edirlər, limfositlər və bazofillər isə daha az hərəkətlidirlər. Ancaq xəstəlik zamanı leykositlərin hamısının sürəti artır. Buna səbəb xəstəlik törədən mikrobların insan orqanizminə zərərli maddə toksinin buraxılmasıdır. Həmin toksində leykositlərin hərəkətlərini artırır. Leykositlər yalançı ayaqları ilə mikroorqanizmləri məhv edir. Bir neytrofil 20-30 ədəd mikrobu uda bilir. Əgər yad cisim ölçüsünə görə neytrofillərdən böyükdürsə, o zaman 1 yad cismin ətrafında 1 neçə neytrofil qrupu toplanır, özləri məhv olsa da, yad cismi də məhv edirlər. Leykositlərin yad cisimləri, ibtidai mikroorqanizmləri tutub, udması və həzm prosesi faqositoz, leykositlər özləri isə faqositlər adlanır. Bu hadisəni ilk dəfə İ.İ.Meçnikov öyrənmişdir. Meçnikova görə 2 kateaoriya hüceyrə faqosit etmə qabiliyyətinə malikdir. 1-cisi hərəkətdə olan ağ qan cisimciyi (limfositlər və monositlər) və 2-cisi limfa düyünlərində, damarların daxili divarlarında, qaraciyərdə, sümük iliyində olan qeyri hərəkətli hüceyrə.

Trombositlər- Eritrositlər və leykositlər kimi trombositlər də qanda müəyyən  funksiya yerinə yetirir. Eritrositlərin funksiyası hüceyrə və toxumaları oksigenlə təmin edir, leykositlərin funksiyası orqanizmi yad cisimlərdən qoruyur, trombositlərin isə əsas funksiyası qanın laxtalanmasında iştirak etməkdir. 
Trombositlər də kürə və ya oval şəkilli olub dalaqda və sümük iliyində əmələ gəlir. Trombositlərin nüvəsi yoxdur. İnsanın 1mm3 qanında 200 000 - 400 000 trombosit olur. Lakin onların miqdarı dəyişə bilər. Gündüzlər qanda miqdarı çox, gecələr isə qanda miqdarı az olur.
Güclü əzələ işi zamanı və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Yaşama müddəti 35 gündür. Trombositlərin dağılması dalaqda baş verir. Yeni doğulmuş uşaqların 1 mm3 qanında 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşdan 16 yaşadək uşaqlarda 200-300 min trombosit olur.
Qanın hüceyrəvi elementlərinə, plazmasına, tərkibindəki üzvi və qeyri- üzvi maddələrə nəzər salıb, istər ana bətnində istərsə də sonrakı dövrdə əhəmiyyətini qruplaşdırsaq, belə nəticəyə gəlmək olar.
1. Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir. Yəni ağciyərlərdən oksigeni hüceyrə və toxumalara, oradan isə karbon qazını ağ ciyərlərə daşıyır (eritrositlər- homoqlabin).
2. Orqanizmdə müdafiə sisteminin yaranmasında mühüm rol oynayır. Orqanizmə düşmüş yad cisimləri leykositlər (xüsusilə neytrofillər) faqositə etməklə məhv edirlər.
3.Bağırsaqların divararalarından sorulan qida maddələrin qan vasitəsilə toxuma və hüceyrələrə çatdırılır. Eləcə də həzm sistemində parçalanan zülallar, karbohidratlar, yağlar, vitaminlər, düz və su venoz qana və limfaya sorulur, üzvi və toxumalara nəql olunur.
4. Orqanizmin orqan və sistemləri arasında əlaqə qan vasitəsilə tənzim olunur. Məlumdur ki, daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar qanla birlikdə toxuma və hüceyrələrə çatdırır. Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilər.
5. Orqanizmin daxili mühitinin homeostazisini təmin edir ki, bu da onun bufer sisteminin hesabına olur.
6. Orqanizmin istilik tənzimində qanın əhəmiyyəti böyükdür. Sağlam adam ağır fiziki iş gördükdə və ya idmanla məşğul olduqda xarici və daxili mühitində güclü istilik əmələ gəlir. Həmin istilik enerjisinin orqanizmdən xaric olması qan kapilyarları, xüsusilə dəri altında olan qan damarları ilə həyata keçirilir. Bu prosesdə tər vəzilərinin də əhəmiyyəti böyükdür. Mexanizm işi belədir. Reflektor yolla damar mənfəzləri genişlənir, ora çoxlu miqdarda qan gəlir, qanın tərkibindəki istilik tər şəklində orqanizmdən xaric olunur. Orqanizm soyuduqdan sonra damarlar daralır və temperatur sabitləşir.
7. Qan orqanizmin ifrazat funksiyasında iştirak edir. Hüceyrələrdə maddələr mübadiləsi nəticəsində çoxlu lazımsız maddələr əmələ gəlir. Bu zərərli maddələr hüceyrəarası mayeyə keçir, sonra sorularaq ifrazat orqanlarına gəlir. Bu maddələrin zərərləşdirilməsində qaraciyərin rolu böyükdür. Qaraciyərdə ammonyak, bağırsaqda çürüyən üzvi və qeyri- üzvi maddələr zərərsizləşdirilir, sonra isə böyrəklərdən süzülərək orqanizmdən kənarlaşdırılır.
8. Orqanizmdə hər hənsı bir yerin zədələnməsi və cərrahi əməliyyat zamanı yaranın sağalmasında qanın  əhəmiyyəti böyükdür.
9. Travmatik xəstələrdə və cərrahi əməliyyatlar zamanı qan lövhəciyi olan trombositin böyük əhəmiyyəti var. Trombositlər qanı laxtalandırır, böyük qan damarlarının ağzını tutur və qanaxmanı dayandırır.

Qan qrupları və qan köçürmə

Alimlər tədqiqatlar nəticəsində müəyyən etmişlər ki, hər hansı bir səbəbdən qan itirən adama qan köçürməklə onu ölümdən qurtarmaq olar. Hələ 1830-35-ci illərdə rusiyada qan köçürmə öz müsbət nəticəsini verirdi. Amma ölənlərin də sayı az olmurdu. Buna səbəb qan qruplarının uyğun gəlməməsi idi. Amma o zamanlar alimlər bunu bilmirdilər. Yalnız  XX əsrdə öyrəndilər ki, ölüm hadisəsi olmamağı üçün qan qrupları uyğun gəlməlidir. 1900-cü ildə Vyana alimi K. Landşteyner qanın 3 qrupunu, bir qədər sonra (1907) Çex alimi Y.Yanski 4 qrup qan müəyyən etmişdir. Qan  qruplarının ayırd edilməsi qanın eritrositlərində aqqülütünogenin və plazmasında aqqülütünin olub-olmamasına əsaslanır.
I qan qrupu bütün qan qruplarına qan verir, ancaq özü I qan qrupu alır. Bu qan qrupu universal qan qrupu adlanır. II qan qrupu I və II qan qruplarını qəbul edir, özü isə yalnız II və IV qan qrupuna qan verir. III qan qrupu I və III qan qrupunu qəbul edir, III və IV qan qrupuna qan verir. IV qan qrupu isə bütün qruplardan qan qəbul edir və yalnız özünə qan verir. Qan qrupları insanın bətndaxili dövrünün ilk mərhələlərində (mayalandıqda) irsi olaraq formalaşır və sonradan onu dəyişmək mümkün deyil. Qan qrupları ilə yanaşı insanların 85%-də eritrositlərin tərkibində müsbət rezus-faktor aşkar edilib.  Insanların  15%-də mənfi rezus-faktor aşkar edilib. Rezus faktorunun tapılması mühüm əhəmiyyət daşıyır. Müsbət rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə plazmada eritrositləri hemoliz edən maddə əmələ gəlir ki, bu da həyat üçün təhlükəlidir. Rezus faktorunun yoxlanması hamilə qadınlar üçün vacibdir, çünki doğuşdan sonra ona qan köçürmək lazım gəlir. Ananın qanı mənfi rezus olduqda, döl atadan müsbət rezus qazanmışsa onda plasenta vasitəsilə dölün qanı ananın qanına keçərək ananın qanını immunlaşdırır belə anaya müsbət rezuslu qan köçürülərsə hemolizlə nəticələnir ki, bu da bədbəxt hadisəyə səbəb ola bilər. Göstərdiyimiz misal döl üçün də təhlükəlidir. Ananın  qanında antirezus- hemoliz əmələ gəlir ki, o da əksinə anadan dölə keçərək onun ölümünə səbəb olan eritrositlərin  hemolizinə və qansızlığa gətirib çıxarır.

Qanın laxtalanması

Orqanizm üçün qanın laxtalanmasının mühüm bioloji əhəmiyyəti vardır. Əgər qan laxtalanması olmazsa, kiçik bir zədələnmədən  orqanizmdəki qan axıb gedərdi. Ona görə laxtalanmış qan zədələnmiş və yaxud kəsilmiş qan damarının ağzını tutur və qanın axmasının qarşısını alır. Bir sözlə müdafiə funksiyasını yerunə yetirir.
Qanın laxtalanması mürəkkəb biokimyəvi və fizioloji 1 proses olub, qanın formalı elementlərindən- trombositlər, leykositlər, plazmada olan, Ca ionları, fibrinogen zülalı və nəhayət oksigenin iştirakı ilə gedir.  Qanın  laxtalanmasının əsas əhəmiyyəti maye halında olan fibrinogenin bərk hallı fibrinə çevirməkdir.
Qanın laxtalanması haqqında bir sıra fikirlər irəli sürülmüşdür. Amma dolğun fikir XIX əsrin axırında Tartu universitetinin professoru A. Şmidtin tərəfindən verilmişdir. Onun fikrincə qan laxtalanması maye halında olan fibrinogenin bərk fibrin tellərinə çevrilməsidir. Bu çevrilmə trombin və yaxud tromboza fermentinin təsiri altında baş verir. Trombin qan plazmasında hazır vəziyyətdə olmur, əks halda qan damarlarının zədələnməmiş yerində belə qan laxtalarına təsadüf olunardı.
Qanın laxtalanma sürətinə xarici mühit amillərindən-temperaturun yüksəlməsi, həyəcanlanma və qorxu hissləri öz təsirini göstərir. 
Orqanizmdə qanın tərkibində onun laxtalanmasında əks-təsir göstərən maddələr vardır ki, bu da orqanizmin antikoaqulyatit sistemini təşkil edir. Buna qaraciyərdə əmələ gələn heparini misal göstərmək olar. Qan laxtalanmaması patoloji olur ki, bu xəstəlik hemofiliya adlanır. Hemofiliya xəstəliyinə tutulmuş insanlarda  “qanın laxtalanma faktorları” adlanan antihemofil qlobulin A və V, eləcə də tromboplastilinin əsasını təşkil edən qlobulinin sintezi pozulmuş olur. Tədqiqatlar nəticəsində öyrənilmişdir ki, k vitamininin çatışmaması    qan laxtalanmasının sürətini azaldır.
Qanın laxtalanması fermentativ 1 proses olub 3 mərhələ ilə həyata keçirilir.
1. Protrombokinoza- trombotropin-trombokinoza
2. Protrombin- trombokinoza-trombin
3. Fibrinogen- trombin-fibrin
Qan laxtalanması fermentativ proses olmasına baxmayaraq, baş beyin yarımkürələri qabığı tərəfindən tənzim olunur.

Həmçinin bax: Ürək və qan-damar sistemi ; Limfa dövranı

Qan əsasında insan yaşını müəyyənləşdirmək mümkündür
Hollandiyanın Erasmus Universiteti nəzdindəki tibb mərkəzinin bir qrup alimi insanın yaşını qan nümunəsi əsasında müəyyən etməyə cəhd göstərib. Metodikada yaşın hesablanması T-limfositləri tərəfindən qoyulan xüsusi "nişan"lar üzərindən aparılıb.
T-limfositlərinin DNT-ləri ömür keçdikcə transformasiyaya uğrayır. Bu zaman hər bir T-limfositin DNT-sinin müəyyən hissəsi istifadə olunmamış qalır və halqavari yığılır. Tədqiqat qrupu qan nümunələrindəki bu halqaları sayıb. Bəlli olub ki, insan yaşa dolduqca T-limfositlərinin istehsalı, analoji olaraq bu markerlərin (nişanların) sayı azalır.
Hollandiyalı bioloqların təklif etdiyi yeni metodika əsasında bir damla qanla onun sahibinin yaşını 9 il xəta ilə təyin etmək mümkündür. Xəta dərəcəsi böyük olsa da, metodika operativ əməliyyatlar zamanı kriminalistlərin qan qalıqları əsasında dəyərli məlumat əldə etməsinə kömək edəcək. Məsələn, bu üsul isti izlərlə cinayətkarın və ya cinayət qurbanının, ən azı, hansı yaş qrupuna aid olduğunu bir neçə saata dəqiqləşdirməyə imkan verəcək. Araşdırmalar davam edir. Mütəxəssislər təkmilləşdirmə yolu ilə xəta fərqini minimuma endirəcəkləri qənaətindədirlər. Alimlərin iddiasına görə, test 2,5 il əvvələ aid qan nümunələri üzərində də aparıla bilər. Bununla belə, metodikanın elm ictimaiyyəti tərəfindən qəbulu və daha sonra praktik tətbiqi üçün təcrübə ən azı başqa iki müstəqil laboratoriya tərəfindən yoxlanılmalı, təsdiqedici müvafiq nəticələr alınmalıdır.

0 şərh