Ürək qüsurları

Ürək qüsuru dedikdə ürəyin qapaq aparatında və ya böyük damarlarda anatomik dəişikliklərinin getməsi,mədəcik və qulaqlıqarası çəpərin bitişməməsi nəzərdə tutulur

Ürək qüsuru 2 yerə bölünür:anadangəlmə və qazanılma

Anadangəlmə qüsurlar:Hələ uşaq ana bətnində olarkən əmələ gəlir.Bura qulaqcıqlararası və mədəciklərarası çəpərin deffekti,aorta və a ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması aiddir.

Qazanılma qüsürlar:İnsanın həyatında keçirdiyi bəzi xəstəliyin fəsadı kimi meydana çıxır.Qazanılma qüsürların əmələ gəlmə səbəbləri müxtəlifdir.Xəstəliyi ən çox əmələ gətirən səbəb revmatizmdir.Nadir hallarda isə aterosklerozdan,sifilisdən və ya birləşdirici toxumanın diffuz xəstəliyindən sonra əmələ gəlinir.Mitral və ya aortal qüsüra 3 taylı qapağın qüsuru da qoşula bilər.

1.Qapaq çatmamazlığı-burada qapaqda deformasiya olduğu üçün o dəliyi tam örtmür.Buna görə də qanın bir hissəsi geriyə qayıdır.

2.Dəliyin stenozu-qapaqlar bir-birinə yapışır,nəticədə qanın axmasına maneçilik törədilir.

Sol mədəcik-qulaqcıq qapaq çatmamazlığında sistolada qapaq sol atrioventrikulyar dəliyi tam örtməsi üçün,qan təkcə aortaya deyil,sol qulaqcığada tökülür.Qulaqciğa əlavə qan daxil olduğu üçün o böyüyür,divarı hipertrofiləşir.

Aorta qapağının çatmamazlığında:diastola zamanı sol mədəciyə aortadan qan daxil olur.Buna görə də sol mədəcik genişlənir,divarı hipertrofilləşir.

Ağ ciyər arteriyası qapağının çatmamazlığı zamanı ağ ciyər arteriyasından qan sağ mədəciyə tökülür,ona görə də sağ mədəcik genişlənir,divarı hipertrofilləşir

Sağ mədəcik-qulaqcıq çatmamazlığında da belə xarakter əlamət olur.Belə ki,3 taylı qapaq sağ qulaqcıq-mədəcik dəliyini tam örtmədiyi üçün qan sağ qulaqcığa qayıdır,buna görə də sağ qulaqcıq böyüyür və hipertrofilləşir.

Sol qulaqcıq-mədəcik dəliyinin stenozunda isə diastolada qan çətinliklə sol qulaqcıqdan sol mədəciyə daxil olur.Buna görə də sol qulaqcıq genişlənir və divarı hipertrofilləşir

Aorta dəliyinin stenozunda sistolada sol mədəcikdən qan çətinliklə aortaya daxil olur,nəticədə sol mədəcik genişlənir,divarı hipertrofilləşir.Eynilə bu proses ağ ciyər arteriyası dəliyinin stenozunda da olur.Nəticədə ürək qüsuru ürək daxili hemodinamikanın pozulmasına gətirib çıxarır.Belə ki, ürəyin yığılma funksiyasını icra edən hissəsinə böyük ük düşdüyü üçün onun iş qabiliyyəti aşağı düşür.Xəstəliyin müəyyən etapında ürəkdaxili hemodinamikanın pozğunluğu ürəyin başqa şöbəsi ilə kompensasiya olunur.Ancaq sonralar bu şöbənin də yığılma qabiliyyətinin aşağı düşməsi nəticəsində, ürək çatmamazlığı əlamətləri meydana çıxır.Həm kiçik həm də böyük qan dövranında durğunluq əmələ gəlir.

Qazanılma qüsürlar cavan və orta yaşlarda rast gəlinir.Belə ki, revmatizmlə uşaq və gənc yaşlarında xəstələnirlər.

Simptomlari: Ürək qüsuru olan şəxslər ola bilər ki, özünü yaxşı hiss etsin və uzun müddət həkimə müraciət etməsin.Ürəyin yığılma funksiyası azaldığı üçün xəstələr təngnəfəslikdən,ürək döyünmədən şikayətlənirlər.Qan dövranı pozğunluğu proqressivləşdikdə xəstələrdə şişlər,sianoz,fiziki işdən,yeməkdən sonra təngnəfəslik müşahidə olunur.

Ürək qüsurunun özünə aid əlamətlər.

Qan dövranı çatmamazlığını göstərən əlamətlər

Ürək qüsurunun özünə aid əlamətlərinə auskultasiyada ürək tonlarının dəyişməsi və küylərin medana çıxması aiddir.Bunlara:

1)Mitral qapaq çatmamazlığında 1-ci ton zəif,zirvədə sistolik küy

2)Aorta qapağının çatmamazlığında 2-ci ton zəif və ya 2-ci qabirğaarasında döş sümüyündən sağda diastolik küy

3)Sağ qulaqcıq-mədəcik çatmamazlığında döş sümüyünün xəncərəbənzər çıxıntısının əsasında sistolik küy

4)Sol atreo-ventrikulyar dəliyinin stenozunda zirvədə 1-ci ton kəskin güclənmiş,aortada diastolik küy.

5)Aortanın stenozunda 2-ci qabirğaarasında döş sümüyündən sağda 2-ci ton zəif,həmin yerdə kəskin sistolik küy

6)Kiçik qan dövranında durğunluq olduqda 2-ci qabırğaarası sahəyə döş sümüyündən solda 2-ci tonun güclənməsi.Perkussiyada və rentgenoloji muayinədə ürəyin ölçüləri böyümüş olur.

Tibb bacısı auskultasiya və perkussiya etmir,ancaq nəbzin xarakterinə fikir verməlidir.Kompensasiyalı qüsürda nəbz normal olur.Aorta qapağının çatmamazlığında nəbz dolğun olur.Ürəyin yığılma  funksiyası zəiflədikcə nəbzin dolğunluğu azalır.Bəzi hallarda ekstrasistoliya və ya səyrici aritmiyada ola bilər.Arterial təzyiq ürək qüsuru nəzərə çarpan olduqda dəyişir:mitral stenozda və aorta dəliinin stenozunda sistolik təzyiq aşağı düşür,aorta qapaq çatmamazlığında sistolik təzyiq qalxır,diastolik düşür.

Ürək qüsurunun dekompensasiyasında v ürəyin yığılma funksiyasının azalmasında dodaqlarda. Burunun ucunda,qulaqlarda, barmaqlarda sianoz olur.Ağ ciyərlərdə durğunluq olduğu üçün bronxitlərə və pnevmoniyalara meyillilik olur.Təngnəfəslik,zəif,aritmik nəbz sianoz,ödem bütün bunlar ürək kompensasiyasının pozğunluğu göstərir.Palpasiyada,rentgendə ürəyin bu və ya o biri şöbələrinin böyüməsi əlamətləri olur.Ürək qqüsurunun müəyyən olunmasında exokardioqrafiyanın böyük rolu vardır

Müəllif:Əhmədova Zeynəb

 

2 şərh

ayxansevda
maraqlı idi, faydalı məlumata görə təşəkkürlər
kulturoloq
tibii məlumatlara görə çox sağ olun!!1