Рейтинг
+21.90

Qan-damar sistemi

34 üzv, 86 topik

Qanda "-" və "+" rezuslar

Cavan bir qadın həyəcanla danışır, həkim onu diqqətlə dinləyirdi. Dediklərindən belə məlum olurdu ki, həyat yoldaşının və özünün razılığı ilə ilk hamiləlik abortla sonlanmış, ikinci hamiləlikdə körpə ölü doğulmuşdur. Üçüncü hamiləlik isə yeni doğulmuş körpənin sarılıq xəstəliyinə tutulması və bir neçə saatdan sonra tələf olması ilə nəticələnmişdir. İndi gələcək hamiləliyin qayğısına qalan qadın bunların səbəbini, müalicənin mümkün olub olmamasını soruşurdu...
Aparılmış müşahidələr göstərir ki, bəzən sağlam ailədə uşaq sarılıq əlamətləri ilə doğula bilər. Lakin belə körpələr bir neçə gündən sonra tələf olur, tək-tək sağ qalanlarda isə bir müddətdən sonra sinir sisteminin zədələnməsi müşahidə edilir. Müalicə olunmamış belə uşaqlar həyatları boyu əlil qalırlar. Bunun səbəbi uzun müddət müəyyən edilməmişdir.
1940-cı ildə isə insan qanında rezus amilin kəşf edilməsi həmin xəstəliyin səbəbini aydınlaşdırdı.

Davamı →

Qandakı nəzarətçilər

İnsan orqanizmindəki suyun miqdarı çox əhəmiyyətlidir. Suyun müəyyən səviyyədən aşağı düşməsi və ya orqanizmdə ehtiyacdan artıq su toplanması insan həyatı üçün təhlükəlidir. Bəs siz orqanizminiz üçün ən ideal su miqdarının nə olduğunu bilirsinizmi ?
Habelə, hər an orqanizminizdəki suyun nisbətini müəyyən edib lazımi miqdarı təmin etmək üçün tədbir görə bilirsinizmi? Əlbəttə, xeyr. Bəlkə də bu sətirləri oxuyana qədər bu mövzu haqqında heç düşünməmişdiniz. Çünki orqanizminizdə bu mühüm funksiyanı sizin üçün qüsursuz şəkildə yerinə yetirən qeyri-adi sistem mövcuddur. Bu sistemdə insanı heyran edən bir çox yaradılış möcüzəsi var. İndi bu sistemi təhlil edək.

Davamı →

Antitellər

İnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.
Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.
Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı

Davamı →

Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

Qanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn,

Davamı →

Leykemiya haqqında bilmədiklərimiz

Kəskin leykemiya (lösemi), uşaqlıq çağı xərçəngləri arasında ən çox görülənidir. Fərqli cəmiyyətlərə görə görülmə sıxlığı dəyişir və qəbul edilən nisbət; yüz min uşaqda 3-4 arasındadır. Leykemiyanın inkişafında; Radiasiya və boya sənayesində istifadə edilən benzinə məruz qalmaq çox təsirlidir. Bununla yanaşı leykemiya diaqnozu qoyulan uşaqların böyük hissəsində heç bir səbəb yoxdur.

Davamı →

Varikozun müalicəsi hansı formada aparılmalıdır?

Varikoz xəstəliyi (varikoz) – venaların genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur. Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.Diaqnozun qoyulması çətinlik törətmir. Hemodinamik pozğunluqların ağırlığını qiymətləndirmək üçün dupleks angioskanlama, aşağı ətrafların venalarının USDQ aparılır. Bundan əlavə rentgenoloji və radionuklid müayinələrdən istifadə etmək olar.


Davamı →

Miksoma nədir?

Ürək miksoması – qulaqcıq – və ya mədəcikdaxili böyümə ilə xarakterizə olunan birincili şişdir. Böyüklərdə ürəyin xoşxassəli şişləri arasında 50%, uşaqlarda isə 15% hallarda rast gəlinir. Miksomaların 75%-i sol, 20%-i isə sağ qulaqcıqda yerləşir; az hallarda şiş mədəcikləri və ya qapaq aparatını zədələyir. Miksoma daha çox 40-60 yaşlı şəxslərdə, xüsusən qadınlarda müşahidə olunur.


Davamı →

İnsult nədir? Əlamətləri hansılardır?

İnsult, beyin damarlarının tıxanması və bəzi hallarda beyin qanaması nəticəsində meydana gələn sinir toxumasının zədələnməsi nəticəsində meydana gələn funksional itkidir. İnsult riskini azaltmaq üçün nə etmək lazımdır?

Risk qrupuna kimlər daxildir?
Türkiyəli professor Atilla Özcan Özdemir insultun risk qruplarını və risk faktorlarını belə müəyyənləşdirib:
"İnsult, beyin damarlarının tıxanması və bəzi hallarda beyin qanaması nəticəsində meydana gələn sinir toxumasının zədələnməsi nəticəsində meydana gələn funksional itkini ifadə edir. Xroniki sistem və damar xəstəlikləri, xüsusilə də ürək xəstəlikləri «müalicə edilə bilən» risk qrupunu təşkil edir. Xroniki xəstəliyin sabitləşməsi ilə insult riski azala bilər. Ən böyük risk qrupu «uyğun» risk faktorlarıdır. Onların arasında siqaret çəkmək, hipertoniya, şəkərli diabet, dislipidemiya, piylənmə və oturaq həyat tərzi kimi ateroskleroz risk faktorları birinci yerdədir"
Davamı →

Damar tıxanmasından bizi qoruya biləcək məhsullar

İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.
Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir.
Alimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır. Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır.

Davamı →