Beynimizin suyun içində üzdüyünü bilirdinizmi?

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beynimiz hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içində üzməsidir.

Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə, beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə fəaliyyət göstərən sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir.

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə sümüyü ilə təmas etsəydi, öz ağırlığının altında əzilərdi. Bu da beyində təzyiqin meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 q-dan 50 qr-a qədər azalır. Yəni beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır:

Beynin daxilində bəzi boşluqlar və bu boşluqların daxilində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beynə gedən qandakı zərdabı süzməkdir. Qan zərdabı əvvəl beyin daxilindəki boşluqları doldurur, sonra müxtəlif yollardan beynin xaricinə çıxır. Ən sonda da bu maye beynin üst hissəsində yerləşən tək istiqamətli valf sistemi (araknoid villus) sayəsində ümumi dövrana (qan dövranına) geri dönür. Bu valfların çox mühüm vəzifəsi var: 

Mayenin beynə olan təzyiqini nizamlamaq
Əgər bu nizamlama olmasaydı və təzyiq artsaydı, o zaman beynə düşən təzyiq beynin funksiyalarına təsir edərdi və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı. “Hidrosefali” adlandırılan xəstəliyi buna nümunə olaraq göstərə bilərik. Bu xəstəlik növündə dövrandakı hər hansısa bir problemə görə beyində bir müddət sonra maye yığılmağa başlayır və yaranan təzyiq beynin funksiyalarına təsir edir. Əgər müdaxilə olmasa, yəni əməliyyatla bu maye boşaldılmasa, artan təzyiq ağıl zəifliyi, hərəkət edə bilməmə, korluq, hətta ölümlə nəticələnən problemlərə səbəb olar.

Beyindəki mayenin təzyiqi normadan daha az olduğu zaman da dözülməz baş ağrıları olur və beyin zədələnməyə başlayır.

Bəs onda beyindəki bu dizayn necə meydana gəlmişdir? Beynimizin ən funksional şəkildə işini təmin edən bu dizaynın təsadüfən ortaya çıxması, əlbəttə ki, mümkün deyil. Bütün bu funksiyaları gelə bənzər ət parçası olan beynin özü də yerinə yetirə bilməz. Bunu iddia etmək ağıl və məntiqdən tamamilə uzaqlaşmaq deməkdir. Beynimiz kəllə ilə mühafizə edilmişdir. Bundan əlavə, ağırlığını daşıması üçün bu kafi olmadığına görə, içində üzdüyü maye də yaradılmışdır. Bu şəkildə ağırlığı 50 q-ma, yəni həqiqi ağırlığından otuz dəfə aşağı düşür.

Bütün bu həssas tarazlıqları qüsursuz nizam içində yaradan hər şeyin yaradıcısı olan Allahdır.

1 şərh

Ramil

Sizin fikirlərinizlə tam razıyam, Bütün bəşəriyyət ALLAHA məxsusdur və insanın hər bir əzası ALLAHI tərənnüm edir. 

Amma mənə elə gəlir ki, düzgün bloq seçməmisiniz. Nəşri uyğun bloqda seçsəniz daha gözəl olardı. Nəşr üçün təşəkkür edirəm.