Qədim Mesopotamiya

Qədim yunanlar Dəclə və Farat çayları arasındakı ərazini Mesopotamiya adlandırırdılar. Mesopotamiya sözünün mənası "İkiçayarası" deməkdir. Mesopotamiyanın ən muhüm çayları Dəclə və Farat idi. Onlar vaxtaşırı daşır və ətrafın-dakı torpaqları gətirdikləri çöküntülərlə münbütləşdirirdi. Məhz buna görə də Mesopotamiya torpaqları məhsuldar olurdu.
Şumerlər Mesopotamiyanın cənubunda yasayırdılar. Onlar e. ə. VII - VI minilliklərdə Orta Asiya və Altaydan gələrək burada məskun-laşmişdılar. Mesopotamiyanın cənub hissasi "şumer ölkəsi" adlanırdı.

Şumer şəhər dövlətləri
e.ə. III minilliyin I yansında Uruk, Kiş, Ur, Eredu, Umma, Nippur və Laqaş şumer şəhər dövlətləri meydana gəlmisdir. Erkən şumer şəhər dövlətləri "en" adlanan kahin tərəfindən idara edilirdi. En aşağıdakı işlərə rəhbərlik edirdi:

► Suvarma kanallarının çəkilməsinə
► Ölkənin təsərrüfat hayatına
► Dövlət və məbəd işlərinə
► Hərbi işlərə
Qeyd: Sonralar şumer şəhər dövlətlərində hökmdar hakimiyyəti meydana gəldi. Şumer hökmdarları " luqal" və ya "ensi" adlanırdı.

Şumer mədəniyyətinə aiddir:

► Gil qabların düzəldilməsi
► Gil kэpicdən istifadə
► Sarayların inşası
► Məbədlərin inşası (Ur şəhərində Ay al-lahının məbədi)
► Zikkuratların insasi (e.ə. III minillik)
► Heykəltaraşlıq (e.ə. III minillik)
► Mixi yaziının ixtirası. (Mixi yaziları son­ralar akkadlar, assurlar va babillər mənimsəmişlər)
► Ədəbiyyat nümunələri ("Ümumdünya daşqını" və "Gilqameş haqqında dastan ")

Babil şəhər dövləti

e.ə. II minillikdə Mesopotamiyada Larsa, İsin, Mari və Babil şəhər dövlətləri yarandı. Bu şəhər dövlətlərindən ən tutarlısı Babil idi. Qədim yunanlar Babil şəhərini Vavilion, akkadlar isə "allahın qapısı" adlandırdılar. Babil şəhər dövləti Dəclə və Farat çaylarının bir-birinə yaxınlaşdığı, su və karvan yollarının birləşdiyi ərazidə yer-laşirdi. Babilin əlverişli mövqeyi onun tədricən iri dövlətə çevrilməsini sürətləndirdi.

Qədim Babilistan dövləti (e. ə. XIX əsr - e.ə.XVI əsr)
Qədim Babilistan dövlətinin qurucusu Sumuabum (e.ə.1894 - e.ə.1881) ən qüdrətli hökmdarı isə Hammurapi (e.ə. 1792- e.ə. 1750) olmusdur. Hammurapi Assur, İsin və Uruk səhər-lərini ələ keçirdi. Larsa dövlətinə güclü zərbə endirən Hammurapi öz müttəfiqi Mari dövlətini də məğlub etdi. Hammurapiyə aiddir:

► Kanallar və yolların çəkilməsi
► Yeni binaların inşası
► Əkin sahələrinin genişləndirilməsi
► Bagçılığın genişləndirilməsi
► Sənətkarlıq və ticarətin inkişafı
► 282 maddədən ibarat qanunlar külli-yatının tərtibi (qanunlar hökmdar hakimiyyətini möhkəmləndirməklə yanaşı quldarların mənafeyini və mülkiyyətini qoruyurdu.)
Qeyd: e.ə. 1595-ci ildə hetlərin hücumu nəticəsində zəifləyən Qədim Babilistan dövlətinə Kassi tayfaları son qoydu.

Qədim Babil mədəniyyətinə aiddir:
► Memarlıq
► Qanunlar
► Əfsanələr
► Salnamələr
► Məbəd və sarayların inşası
► Babil darvazası
► Babil qüllasinin inşası

Yeni Babil dövlətinə (e.ə. VII əsr-e.ə. 539 il) aiddir:
► e.ə. VII əsrdə yenidən dirçəlməsi
► e.ə. 586-cı ildə Yerusəlimin tutulması
► e.ə. 678-ci ildə ayın tutulmasının müəyyən edilməsi
► e.ə. 539 -cu ildə süqut etməsi

Həmçinin bax: qədim Mesopotamiyanın mədəniyyəti
 

0 şərh