Рейтинг
+33.21

Rəvayəti ifadələr

33 üzv, 20 topik

Moltanıya dayı demək

Orta əsrlərdə ticarətlə bağlı yaranmış məsələdir. Hazırda bu deyimdə “moltanı” sözünü “erməni” sözü əvəz edir. Həqarət mənasında daha çox işlənir, məsələn, “filankəs öz xeyri üçün erməniyə dayı deyir” kimi.

“Moltanı” sözü Hidistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər. Müsəlman deyildilər, ticarətdə sərt idilər. Malın qiymətində heç vaxt aşağı düşməzdilər. Malı barter edəndə isə, öz malını yüksək qiymət edər, əvəzində aldığı malı ucuz hesablayırdılar. Buna görə, yerli camaat onları qansız, insafsız bilirdi, inanırdılar ki, moltanılar cəhənnəm odunda yanacaqlar.
Davamı →
 

Şahın da qaraçıya işi düşərmiş

Nərdivan adlı bir şahın ərazisinə hər il qaraçı köçü gəlib alaçıqlar qururdu. Bu şahın Rəşid adlı pəhləvan cüssəli, boylu-buxunlu, enli kürəkli bir oğlu vardı. Bu oğlan at minib çapmağı, dağları-daşları gəzməyi sevirdi. Qaraçıların məşhur ağsaqqalı Köçərinin də Peykər adlı yeniyetmə qızı vardı. Peykərlə Rəşid neçə dəfə bir-biri ilə göz-gözə gəlmişdir. Tarixi mənbələrdən məlumdur ki, məhəbbət gözdə olar, özlərindən asılı olmayaraq gözləri bir-birinə məhəbbətlərini izhar etmişdir. Nə Rəşidin, nə də Peykərin ağlına sığan deyildi ki, şah oğlu qaraçı qızı ilə evlənə bilər. Lakin buna baxmayaraq, hər ikisi bu tilsimli möcüzənin cazibəsindən çıxa bilmirdi. Qız dağın döşündən dolayı yolla yeddi göz, yeddi tabaq bulağa gələrkən oğlan da ağ atını minib bulağa gəlirdi. Səhəng neçə yol dolub-boşalırdı. Lakin gənclərin bir-birinə baxmaqdan gözləri doymurdu.

Bir gün Rəşid Peykərdən içməyə su istədi. Peykər parçı doldurub bir daşın üstünə çox səliqəli qoydu. Rəşid Peykərə səmimiyyətlə müraciət edib deyir:
— Nə üçün suyu mənə öz əllərinlə vermirsən?
Davamı →
 

İSA MUSA QUŞU...

"İki oğlan cüt sürürmüş, biri İsa adında, biri də Musa adında. Bunlar yorulub bir az yatıllar ki, dinşdərini alsınlar. Öküzdər açılıp qaçıllar.
İsaynan Musa oyanır ki, öküzdər yoxdu. Nə qədər axdarıllarsa tapammırlar. Ağaları da çox əzazil adam olur. Bı uşaxlar qorxularından əvə qayıdammırlar. Allaha yalvarıllar ki, bizi quşa döndər. Allah bınları quşa döndərir. Bınlar başdıyıllar öküzdəri axdarmağa. Həmmişə də bir-birinnən soruşullar ki, tapdın?"

Mənbə:VikiMənbə

MÜƏLLİFDƏN; Mənim yaşadığım Rayonda bu quşun səsini eşitmək mümkündür.Və demək olar ki, bir çox kəndlərdə də bu quşun səsi aydin eşidilir.Bəzi böyüklərdən aldığm məlumatlara görə bu quş nadir hallarda insan gozunə görünur.Və bu quş sanki, insana bənzəyir.

 

Hz.Məhəmməd və çoban

      Bir gün bir çoban Məhəməd Peyğəmbərin qarşısını kəsir və ona deyir:

      — Allaha bir sözüm var, çatdırarsanmı? 

      — Çatdıraram.

      — Allaha de ki, Ondan küsmüşəm.

      — Çatdırdım. Allah da dedi ki, mən də çobandan küsmüşəm.


Ardı →
 

Öncə qadınlar

əvvəl qadınlarRusiyanın Krasnodar vilayətinin kəndlərindən birində bir uçurum var. O uçurumun üstündə də bir qala var. Qalanın adı «Məhəbbət və Məkr»-di.
Deyilənlərə görə, o qalada bir xan yaşayırmış. Bu xanın da çox gözəl bir qızı varmış. Bu qız kəndin gənc çobanını sevirmiş, çoban da bu qızı.

Sevgililər gizli-gizli görüşərlərmiş. Bir-birilərini o qədər çox sevirlərmiş ki, qovuşmayacaqları təqdirdə özlərinii öldürmək barədə qərara gəlmişlər.

Nə isə, aradan bir müddət keçir. Qonşu vilayətin xanının oğlu bu qıza elçi düşür. Qızın atası da tərəddütsüz qızını xan oğluna verməyə razı olur.
Qız isə bununla razılaşmır əlbəttə, lakin, heç vaxt da bir çobanı sevdiyini deyə bilmir. Çünki atası bunu bilsə, o çobanı öldürərdi.

Nəhayət toy günü gəlib çatır. Həyətdə toy davam edərkən qız öz sevdiyi oğlanın yanına qaçır. Sevgililər qovuşmayacaqlarını anlayırlar və özlərini öldürmək üçün o sıldırım qayanın kənarına gəlirlər. İlk olaraq oğlan özünü qayadan atır, bədəni daşlara, qayalara çırpılaraq parçalanır. Bunu görən qız ölümdən çox qorxur. Fikirləşir ki, bu vəziyyətə düşməkdənsə xan oğluna ərə getmək daha yaxşıdır. Toy davam edərkən gizlicə evə qayıdır və xan oğluna ərə gedir.

Bundan sonra da qadınlara birinci yol vermək ənənəsi başlayır.

© Günel İmanova

 

Su kimi get, su kimi gəl

Sasani hakimiyyətinin tabeliyində olan Hormozan İranın Xuzestan əyalətinə hökmranlıq edərdi. Ərəblər və farslar arasında gedən Qadisiyyə döyüşündə o,orduya başçılıq edirdi. Döyüşlərdən birində Hormozanın ordusu xəyanət nəticəsində mühasirəyə düşür. Ərəb qoşunlarına rəhbərlik edən Əbu Musa Əşəridən sağ qalacaqlarına dair vəd aldıqdan sonra təslim olur. Əbu Musa Əşəri sözünün üstündə durur, amma Hormozana hökm oxunsun deyə onu Mədinəyə, xəlifə Ömər ibn Xəttabın yanına göndərir. Beləliklə, Hormozan zərli sapla tikilmiş ipək əbası ilə Mədinə məscidinə, xəlifənin yanına gətirilir. Xəlifə onunla bir qədər söhbət etdikdən sonra edam olunması barədə fətva verir. Hormozan edam meydanına gətirildikdə ölümündən əvvəl ona bir içim su vermələrini xahiş edir. Xəlifə razılıq verir. Hormozan qabı akıb əlində saxlayır, suyu içmir. Xəlifə ondan bunun səbəbini soruşduqda deyir:
-Qorxuram suyu içib qurtarmazdan əvvəl məni öldürəsiniz.
Xəlifə deyir:
-Sənə söz verirəm, nə qədər ki, əlindəki suyu içib qurtarmamısan səni kimsə öldürməyəcək.
Bunu eşidən Hormozan əlindəki suyu yerə tökür. Belə olduqda Ömər verdiyi sözə əməl edib Hormozanı öldürməkdən vaz keçir. Çünki xəlifə də hökmüb icrasını məhz Hormozan suyu içib qurtardıqdan sonraya təyin etmişdir. Hormozan suyu yerə tökdükdə hökmünicrası təxirə salınmalı idi.
  Bu hadisədən sonra suyun yerə tökülməsi həyata qayıdış kimi qəbul olunmağa başladı. Sonradan müsafirlərin də öz el-obasına qayıtması üçün həmin ənənənə adət halına düşdü.
 

"Asiya" sözünün etimologiyası

Qitələr içərisində Asiya qitəsinin xüsusi çəkisi var Öz böyüklüyünə görə Asiya qitəsi digərlərindən fərqlənir. Asiya yeganə qitədir ki, onun sahil zolaqlarını şimalda Şimal Buzlu okean, şərqdə Sakit okeanın, cənubda Hind okeanının və qərbdə Atlantik okeanın — Aralıq dənizinin suları əhatə etmişdir. Doqquz iqlim qurşağının hamısına Asiya qitəsində rast gəlmək olur. Asiya qitəsi özünəməxsus heyvanlar aləmi və bitki örtüyünə malikdir. Bu qitənin xarakterik cəhətlərindən biri də odur ki, Yer kürəsi əhalisinin yarısından çoxu məhz Asiyada yaşayır.


Ardı →
 

Ho-ha var dağa çıxardar,ho-ha var dağdan endirər

Bu ifadə əslində qoşqu heyvanları ilə rəftarla əlaqədardır.Adətən arabaya qoşulmuş öküz və kəlləri həm eniş enərkən,həm də yoxuş çıxarkən “ho-ha,ho-ha” ilə səslərlər.Fərq ancaq bu sözün necə tələffüz edilməsindədir.İctimai məzmunu isə aşağıdakı əhvalata daha uyğundur.


Ardı →
 

Dəlidən doğru xəbər

Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən onun yanına bir dəli gəlir.Əylənmək məqsədilə dəlini kefli etmək fikrinə düşən şair özü ilə birlikdə çaxır içməyi dəliyə təklif edir.Dəli təəccüblə şairə baxıb deyir:


Ardı →
 

Əli işdədir

Bir kişi yumurtanın onunu 10 qəpiyə alıb 9 qəpiyə satırdı.Tanışları bu qəribə alverin məqsədini soruşarkən o,cavabında deyir:


Ardı →